24 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Rafiq Yusifoğlu: İsmayıl Şıxlının tələbəsinə- mənə yazdığı məktub

2 il əvvəl 930 01

Rafiq Yusifoğlu:

İsmayıl Şıxlının tələbəsinə- mənə yazdığı məktub

Sevimlı müəllimim İsmayıl Şıxlının 1967-ci ildə öz tələbəsinə - mənə yazdığı məktub…

Ruhun şad olsun, ustad!

Ираде Елифова:

Dəyər veririk, yüksək qiymətləndirir, əziz ruhunu hörmətlə yad edirik, unudulmaz İsmayıl Şıxlının.

Sizə də Allahın verdiyi ömür payını sağlam və mənalı yaşamağınızı arzulayırıq hörmətli Rafiq Yusifoglu .

İnsana həyatda yalnız xoş xatirələr və xoş əməllərlə tarixdə təmiz ad qalır.

Elxan Ağayev:

İSMAYIL ŞIXLI haqqında bir xatirəcik

50-ci illərin ikinci yarısında Kazımabad yeddiillik məktəbinin balaca kitabxanasında bir-iki səhifəsini oxuduğum kitab mənə maraqlı və şirin gəldi. Kitabın üz qabığı və arxadan sonluğu yox idi. Adı və müəllifi də bilinmirdi. O vaxtlar Ənvər Məmmədxanlı və İlyas Əfəndiyevin hekayələrini çox sevirdim. Niyə? Bilmirdim.

Adını, müəllifini bilmədiyim, tamamlanmayan bu əsəri oxuduqdan sonra yuxarıdakı müəlliflərdən birinə aid olduğuna tam əmin idim.

Göytəpədə 8-ci sinifdə oxuyarkən çox mütaliəçi olan Səbzəgül adlı sinif yoldaşıma məzmunu danışanda o bu əsərin İsmayıl Şıxlının ,,Ayrılan yollar" povesti olduğunu söylədi (povestlərin romanlaşması sonralar baş verdi). Bənövşəyi cildli bu kitabı tapıb sonluğunu oxudum.

...İsmayıl müəllim birinci dəfə auditoriyaya girəndə heyrətdə idim. Bilirsiniz, kənd uşağının canlı yazıçı ilə üzləşməsinin necə hiss olduğunu, güman edirəm ki, keçirmisiniz. Adam bu tanınmışlara qeyri-adi zirvə kimi baxır.

O, əzəmətli, həm də yaraşıqlı bir kişi idi. Hündür boy, enli kürək, dolu sifət, iri gözlər, arxaya daranmış səliqəli saçlar! Bizim yanımızda dağa bənzəyirdi. Hələ gözlərindəki dərinliyi demirəm! Aramla və sakit səslə danışardı. Onun səsini ucaltdığını görmədik. Rəvan və dəqiq nitqi vardı.

Savadı, elmi haqqında danışmaq mənim işim deyil. Ondan dərs alanlar bunu yaxşı bilirlər.

İş elə gətirdi ki, 1-ci semestrdə ilk zaçotumuz xarici ədəbiyyatdan-İsmayıl müəllimin fənnindən idi. Söz yox, yuxarı kurs tələbələri zaçotun mahiyyəti haqqında məlumat versələr də, ilk verəcəyimiz bu zaçota görə həyəcanlı idik.

İndiki kimi yadımdadır, həftənin beşinci günü idi.

Əlifba sırasına görə adım ikinci idi. Lakin sonralar olacağı kimi, indi də birinci cavab verməli oldum. Sual yazdırmadı.Sakitcə soruşdu :

-Verdiyim siyahıdakı əsərləri oxuyubsanmı?

-Latın qrafikası ilə olan ,,Qırmızı və Qara", ,,Gözəgörünməz adam", ,,Paris Notrdam kilsəsi" əsərlərini, bir də V. Şekspirin ,,Şıltaq qızın yumşalması" əsərini oxumamışam. Qalanların hamısını oxumuşam.

-Zaçot yazmıram. Həftənin birinci gününə kimi Şekspiri oxuyub gələrsən.

Öldüm də! Vay dədə! İlk zaçotu verə bilmədim! Görəsən, taleyim necə olacaq? Əslində, qorxulu heç nə baş verməyibmiş! Sadəcə, biz yola bələd deyildik.

Bütün qrup qorxdu. Kimdən soruşdusa, dedi ki, hamısını oxumuşam. Heç kəs gözü çıxan mən qardaş kim olmaq istəmədi.

Rəhmətlik əsərlərdən suallar verir, cavab almayanda sakit-sakit deyirdi : ,,Qızım(oğlum), yadına sal, bəlkə, oxumamısan? Oxuyub gələrsən".

Yox e, kimə deyirsən?

Zaçot yazırdı.

Elə bilməyin ki, hamı belə edirdi. Qrupumuzda yaxşı oxuyan uşaqlar da çox idi.

Məndən başqa, hamının zaçot kitabçasına ,,məqbul" yazıldı.

Mənim halımı təsəvvür edin; ilk zaçot ola və səndən başqa hamı ,,məqbul" ala!

Şekspiri oxuyub həftənin birinci günü kafedraya getdim. Qapıdan içəri boylandım və məni görən kimi əli ilə çağırdı. Heç nə soruşmadan və bir söz demədən zaçot kitabçamı istədi və alıb ,,məqbul" yazdı. Sakit səslə dedi:,,Sən hamıdan çox oxumuşdun! Düz danışdığına görə sağ ol! İmtahan vərəqinə ,,məqbul" yazmışam. Get, imtahanlarına hazırlaş!" Təşəkkürümü bildirib çıxanda bir də adımı soruşdu. Dedim.

Növbəti semestrdə bizə Həyatzadə dərs dedi.

4-cü kursda oxuyarkən tarix-filologiyanın son buraxılışı olacağından yanvar ayından filologiya fakültəsinə Afad müəllim(Qurbanov) dekan təyin olundu. Mart ayında prof. Dəmirçizadənin dərsindən qaçan 40 nəfərin içindən cəzalandırılmaq üçün 7 nəfər seçildi. Əslində, günah özümdə oldu. Dəmirçizadənin narazılığından sonra Afad müəllim ,,potok"a gəldi. Qaçanlardan səbəbini soruşmağa başladı. ,,A" qrupunda məndən başladı. Söz tapa bilmədim, ,,üzrsüzdür" dedim. Elə zənn etdi ki, onu dolayıram. Məndən başqa, 7 xanımı da seçib dekanlığa gətirdi.,,Gedin, sənəd gətirməyincə sizi dərsə buraxmayacağam". Qızlar getdi. Dedim : ,,Axı üzürsüzlüyə hardan kağız alım?" Məni otaqdan çıxartdı. Hər gün dekanlığa gəlir, dərsdə oturmağa icazə istəyir, rədd cavabı alırdım. Artıq əsəbdən boğulurdum. Dekanlığa girib ürəyimi boşaltdım. Afad müəllimi bürokratlıqda, duyğusuzluqda, qeyri-humanistlikdə təqsirləndirən bir təntənəli nitq söylədim. Daha bezmişdim. Nə ola-ola! İsmayıl müəllim də içəridə idi. Allah bilir, o orda olmasa idi, mənim taleyim necə olacaqdı! Ayağa durub yanıma gəldi, əlini çiynimə qoyub Afad müəllimə dedi :

,,Elxan(adım yadında qalıbmış) yaxşı tələbədir. Düz danışmağının cəzasını niyə çəksin ki?"

Sonra çiynimə yavaşca toxunub Afad müəllimin qərarını gözləmədən dedi : ,,Get dərsə!"

Məni ağlamaq tutdu və Afad müəllimə baxdım. O da başı ilə təsdiq etdi. Hər ikisinə ,,Sağ olun!" deyib 5 günlük fasilədən sonra məşğələlərə qatıldım.

Mən tam əminəm ki, İsmayıl müəllimin həyatında oxşar hallar çox olub. Hətta onun insanpərvərliyi, tələbələrə gizli maddi dəstəyi haqqında söhbətlər də tələbələr arasında danışılırdı. Nə dərəcədə düzdür, deyə bilmərəm.

Belə adamlara bir ifadə yaraşır : əsl kişi!

12.08. 2021.

Rafiq Yusifoglu:

Ruhu şad olsun! Gözəl insan idi. Qismət elə gətirdi ki, bizim qrupa dörd il dərs dedi. Yazıçılar İttifaqına üzvlük vəsiqəmdə də onun imzası var… Ruhu şad olsun!

Siz də sağ olun, Elxan müəllim. Maraqlı xatirədi…

QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

John Doe 12 saat əvvəl

“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu

“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu

John Doe 1 gün əvvəl

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib (VİDEO/FOTO=78)

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib (VİDEO/FOTO=78)

John Doe 2 gün əvvəl

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu

John Doe 3 gün əvvəl

“Halay” folklor kollektivinin hesabat konserti - MƏSALLIDA

“Halay” folklor kollektivinin hesabat konserti - MƏSALLIDA

John Doe 3 gün əvvəl

Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək

Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyas...

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
• İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim...

10 aprel 2026 14:35:25
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com