25 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tehran Qalibafın istefasını rədd etdi

Tehran Qalibafın istefasını rədd etdi

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

“Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları”

2 il əvvəl 903 01

“Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” - TƏQDİMAT

Vətən ana bətnindən, doğulduğun yurddan, eldən, obadan, o yerlərin suyundan, havasından başlayır. Qılınc qınından çıxdığı kimi beşiyindən sıyrılıb yaddaşlara yazılacaq bir yola çıxırsan. Ömür yolu, tale yolu, haqq yolu, VƏTƏN yolu! İsmayıllı rayonunun Talıstan kəndindən başlanan bu Vətən yolundan baxarkən professor Qafar Cəbiyevin “Mənim Azərbaycanım”ında  bir ömrün yadda qalan anları aydınlığı ilə görünür. Bu aydınlığın içində dupduru bulaqlardan, coşqun çaylardan, ucu-bucağı görünməyən yamyaşıl çəmən, meşə və dağlardan, mavi gözlü  Qaranohurdan, əsrlərin o tayından hələ də əzəmətlə boylanan Cavanşir qalasından başlanan bir əzəmətli Vətən seyr edirik.

Qafar Cəbiyevin “MƏNİM AZƏRBAYCANIM, yaxud ömrün yadda qalan anları” kitabını oxuduqca mən də o şirin, kövrək və qürurlu xatirələrin izinə, sehrinə düşdüm. Uzun illər dostluq elədiyim bir insanın taleyinin sehrinə bələnmiş xatirələrinin işığında nəinki Azərbaycanımızdan, eləcə də dünyanın müxtəlif ölkələrindən keçən ömür payının səlnaməsini vərəqlədim. Və bir də düşündüm ki, əcəba, müəllif ömrün maraqlı, duyğulu, qayğılı və keçməkeşli anlarını oxucusu ilə paylaşmaqda nədən gecikiib? Cavabını da elə müəllifin öz qeydlərində tapdım: – “Bəli, nə qədər ki, Qarabağımız, Şuşamız düşmən əlində idi, bu millət nə yata bildi, nə də yarada bildi. Əslində yatmağa heç haqqı da çatmırdı. Baxın, o illərdə ədəbi hadisə olaraq hansı əsərlər meydana gəldi?! Gələ də bilməzdi! Çünki yazanların da, yaradanların da halı o hal deyildi. Mənim xatirələr kitabım da bax elə o səbəbdən də neçə illərdir ki, yarımçıq qalmışdı”.

Ürək götürməyəni əl götürməz, – deyiblər. Qafar müəllim ürəyindən keçənləri içində gizlədən adam deyil, onu bölüşür ki, itirməsin, vərəqə köçürür ki, qoruya bilsin, üzə çıxarıb yaşada bilsin. Bəli, üzə çıxdıqca üz ağardır ömrün yadda qalan anları. Hətta bəzən duyğularını cilovlaya bilməsən də, hər kəsin ürəyincə olur üzə çıxan bu reallıqlar. Elə ona görə də müəllif yazır ki, “Əziz oxucu, inanın, bütün bunlar təkcə xatirə deyil, həm də bir tarixdir. Bizlər, sizlər bu tarixi yaşamışıq axı! Kimini ağladan, kimini güldürən, kimini ləngidən, kimini tələsdirən bu canlı həyat lövhələrini indi də qələmə almadan nə vaxtadək sinədə gəzdirəsən?!”

Əsərdə uşaqlıq və gənclik illərindən ta bu günümüzədək keçdiyi ömür yolunun ayrı-ayrı məqamlarını qələmə alan insanın həyatın təzadları, burulğanları içində əldə etdiyi uğurlarının heç də həmişə asan başa gəlmədiyinin şahidi oluruq. O, çox yaxşı bilirdi ki, alim olmaq heç də dildə deyildiyi qədər də asan deyil. Bu davamlı, uzun, çətin, mərhumiyyətlərlə dolu olan yolu qət edərək hədəfə yetişmək, sözün tam mənasında hünər və fədakarlıq tələb edir. Bu yolu fərd olaraq hərə bir cür keçsə də, ümumi və oxşar məqamlar olduqca çoxdur”. Müəllif çox səmimi şəkildə “keçdiyim yola nəzər salanda özüm də özümdəki iradəyə, dözümə və əzmkarlığa heyrət edirəm”, – deyir.

İllərin axarında əldən düşmüş yol­la­r, heydən düşmüş cığırlar Qafar müəllimi heç vaxt kök­dən sala bilməyib. Ona pislik edənləri sadəcə olaraq təəssüf hissi ilə xatırlayır. Yaxşılıq edənlərə isə həmişə “yolunuz açıq olsun”, – deyir və könül xoşluğu ilə yazır ki, “Təmənnasız yaxşılıqları Allah onların övladlarının, əzizlərinin qarşısına çıxarsın. Mənə də belə təmənnasız yaxşılıq edənlər çox olub”. Əslində Q.Cəbiyev də heç vaxt ona yaxşılıq edib doğru yol göstərənlərin etimadını unutmayıb. Yurd yerinin, təhsil aldığı məmləkətinin, havasını udduğu, suyunu içdiyi torpağının ötən günlərini də, bu gününü də yaxşı öyrənib və ömrü boyu yaddan çıxarmayıb. Yaddan çıxarmayıb ki, həm də onu gələcək nəsillərə ötürə bilsin??

O, Bakıda evsiz-eşiksiz yaşayanda da, alim olmaq üçün daşlı-kəsəkli yollarla irəliləyəndə də, özününkülərdən ağır zərbə alan məqamında da ruhdan düşməmiş və inadkarcasına məqsədinə nail olmaq üçün əzmlə çalışmışdır. Çalışmışdır ki, bu yurdun, bu torpağın, bu xalqın əsl vətəndaşı ola bilsin. Ona görə də həyat onu sıxsa da, yoluna davam etmişdir: – “…namizədlik dissertasiyası müdafiə edənədək nə ev ala bildim, nə də özümə müvəqqəti də olsa, bir sığınacaq tapa bildim. Ömrümün-günümün çox hissəsi, necə deyərlər, təkər üstə keçdi. İnanın, məqalələrimin bir qismini avtobuslarda yol gedə-gedə yazmışam. Amma bu çətinlik və problemlərimi heç ailə üzvlərimə də hiss etdirməmişəm”.

“MƏNİM AZƏRBAYCANIM, yaxud ömrün yadda qalan anları” kitabında Qafar Cəbiyevin müxtəlif səpgidə qələmə aldığı xatirələrinin hər birinin öz yükü, öz çəkisi var. Bu xatirələr peşəkarlıq, yığcamlıq, axıcılıq baxımından oxucunun içində bir rahatlılıq və şirin ünsiyyət yaradır, ürəklərdə xoş əhval-ruhiyyə təməli qoyur.

Elmi və ya xidməti işi ilə bağlı dünyanın bir sıra ölkələrində olan müəllif gündəlik yol qeydlərini də yazmağı unutmamışdır. Türkiyə, İtaliya, ABŞ, Çin, Britaniya, İspaniya, Rusiya, Ukrayna, Şimali Makedoniya, Bosniya-Hersoqovina və Belçikada ömrünün ən maraqlı, unudulmaz anlarını yaşamışdır. Müəllifin qələmə aldığı bütün xatirələrinin oxucuda maraq doğuracağına əminəm: – “Neapolda bələdçimiz Treza xanımın bizə ilk xəbərdarlığı,- “çantalarınızı qoruyun, bura o qədər də sakit şəhər deyil, – deməsi oldu. Axşamçağı və gecələr Neapol küçələri xüsusilə qorxulu təsir bağışlayır. Şəhərin yamac ərazisində yerləşən qədim hissəsində gecə yarısınadək içkili-nəşəli gənclərin bir-biri ilə ucadan danışması, mübahisə etməsi, arabir də ordan-burdan atışma səslərinin eşidilməsi orada kriminogen elementlərin kifayət qədər fəal olmasından xəbər verirdi”.

Əslində müəllif bu faktları qələmə almaqla həm də oxucusuna onun ölkəsində insanların daha etibarlı və təminatlı yaşadıqlarını xatırladır. Maraqlıdır ki, müəllif qürbətdə gördüklərini və eşitdiklərini də oxucusuna çatdırmağı özünə borc bilmişdir. İstanbul arxeoloji muzeyində toplanan dünya mədəniyyəti inciləri onu heyran etsə də, üç həftə Amerikada olarkən orada ünsiyyətdə olduğu hətta bir çox tanınmış şəxslərin belə Azərbaycanı yetərincə tanımadıqlarına görə təəssüf hissi keçirir. Makedoniya və Frankfurtdakı Arxeologiya muzeylərini görəndən sonra isə yazır ki, “ürəyimdən keçdi ki, kaş Bakıda da ayrıca arxeologiya muzeyi olaydı. Ola bilsin ki, kimlərsə mənim bu sözlərimə etiraz edərək desin ki, əşi, bizdə də arxeologiya muzeyi var axı. Yox, əzizlərim, sizin dediyiniz muzey o muzey deyil”.

Q.Cəbiyevin yazılarında Və­tən sev­gi­si, tor­pa­ğa, yurda mə­həb­bət önəmli yer tutur, bə­zən həm də ic­ti­mai-si­ya­si mo­tiv­lə­rə kök­lə­nir, gü­nü­mü­zün qlo­bal prob­lem­lə­ri­nə yö­nə­lir: – “Mən uşaq vaxtı elə bilirdim ki, müəllimlərimiz çörək yemir və s. İndi də, deyəsən, bəzi media nümayəndələri elə düşünürlər ki, sanki alim olan kəsin bütün ömrü kitabxana, laboratoriya və ya iş otaqlarında keçməlidir. Ay əzizlərim, məgər siz azad, müstəqil və demokratik bir ölkədə yaşadığınızın fərqində deyilsiniz? Məgər alim insan deyil?! O, asudə vaxtında parka gedə bilməz, orada hansısa dostu, tanışı ilə nərd oynaya bilməz?! Nə olsun ki, vaxtı ilə bir çoxlarınıza dərs demiş, imtahan və ya zaçot götürmüş alimlərin aylıq maaşı sizlərin maaşınızdan qat-qat aşağıdır”.

Professor Qafar Cəbiyevin “MƏNİM AZƏRBAYCANIM, yaxud ömrün yadda qalan anları” kitabı oxucuda mən deyərdim ki, bir ömrün en­­sik­­lo­­pe­­diyası təəssüratı canlandırır. Hər bir insanın öz dünyası olduğu kimi, söz dünyası da vardır. Bu söz dünyasında Q.Cəbiyevin öz yaradıcılığı ilə yanaşı, doğulduğu, bütün varlığı ilə bağlı olduğu kəndininin tarixi, unudulmaqda olan bir çox müsbət ənənələri yada salınır, dünyanın müxtəlif ölkələrində olarkən görmədiklərimiz və bilmədiklərimiz barədə bizi, oxucularını da məlumatlandırır. “Dünyanı gəzmək, görmək nə qədər maraqlı olsa belə, o, heç vaxt Vətən qədər əziz və cəlbedici ola bilməz. …Həqiqətən də yazdıqların tarixə çevrilərək yadda qalır. Zamanında qələmə almadıqlarının bir çoxu isə tədricən unudulur”.

İndi kitab yazan çoxdur. Açığını deyim ki, oxuduğun hər kitabdan nələri isə öyrənmək, əxz etmək heç də hər zaman oxucunun qismətinə düşmür. Memuar üslubunda yazılan kitablar isə o vaxt oxucunu özünə cəlb edir ki, qəhrəmanın özünün nümunəvi iç dünyası, daha maraqlı və zəngin ömür yolu olsun. Gərək hər bir xatirəni də sevgi ilə yaşayıb yaza biləsən. Bunun üçün həyati müşahidən, hadisələrə real, gerçək yöndən yanaşa bilmək məharətin olmalıdır. Fikrimizcə, professor Q.Cəbiyevin bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunmuş “MƏNİM AZƏRBAYCANIM, yaxud ömrün yadda qalan anları” memuar əsəri də bu mövzuda yazılan kitablara ən yaxşı örnək ola bilər.

Natiq Qubadoğlu,

Coğrafiya İnstitutunun böyük elmi işçisi,

coğrafiya elmləri namizədi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

John Doe 1 gün əvvəl

“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu

“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu

John Doe 2 gün əvvəl

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib (VİDEO/FOTO=78)

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib (VİDEO/FOTO=78)

John Doe 3 gün əvvəl

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu

John Doe 4 gün əvvəl

“Halay” folklor kollektivinin hesabat konserti - MƏSALLIDA

“Halay” folklor kollektivinin hesabat konserti - MƏSALLIDA

John Doe 4 gün əvvəl

Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək

Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının...

24 aprel 2026 10:27:47
• Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub}

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com