07 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukraynalı deputatlar İranın Naxçıvana hücumunu pisləyiblər

Ukraynalı deputatlar İranın Naxçıvana hücumunu pisləyiblər

BMT-nin on səkkiz əməkdaşı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib

BMT-nin on səkkiz əməkdaşı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib

İran Baş Qərargahı Türkiyəyə raket hücumu ilə bağlı açıqlama verdi

İran Baş Qərargahı Türkiyəyə raket hücumu ilə bağlı açıqlama verdi

Pezeşkian: Xameneinin öldürülməsi şiələrə qarşı müharibə elanıdır

Pezeşkian: Xameneinin öldürülməsi şiələrə qarşı müharibə elanıdır

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Faiq Balabəyli- 60

2 il əvvəl 506 01

Elman Eldaroğlu:

Faiq Balabəyli- 60

İlhamının müdriklik dövrünə qədəm basan şair

Onu həyatda cəmi iki dəfə görmüşəm- Bir dəfə Şuşada, bir dəfə də Bakıda, salam-əleykum salam, bitdi! Cəhd edib iki dəfə gözlərinin içinə baxa bildim. Adama yovuşmasa da, necə deyərlər, gözlərindən mahiyyətinin surətini götürdüm. Oradan oxuduqlarımı sizə şərh etmək istəyirəm. Danışmağa mövzu var...

Kimdir o? Həddibuluğa çatana kimi, doğulduğu kəndin yaxınlığından axan "Qarayar" çayını dünyanın ən böyük çayı bilib sularında fəxrlə üzən, sonradan həyatını Xəzərə bağlayan, çox fırtınalardan keçən gəmi kapitanı, dəryalar cəngavəri, dalğalar fatehi, yenilməz dənizçi, dəmir qələmli müzəffər şair, sayt rəhbəri- Faiq Balabəyli!..

Haqverdi Nuriyev:

Elman Eldaroğlu, Siz iki dəfə görübsünüz. Mənsə 222 dəfə.Faiq istəməli oğlandı. Nəsimi dərisinə sığmadı deyə "soyundurdular". Faiq də kəndinə, elinə obasına, ətəninə, heç paytaxtına da sığmır. Həyatı boyu içində narahatlıq olub. Axtarıb,arayıb. Güclü (məndə olmayan) müşahidəsi var.İlk şeiri mənə verməsindən bu günə qədər izləyirəm onu. Elman Eldaroğlu, çox sağ olun ki, Faiq haqqında belə səmimi sözlər yazmısınız . Var olun. Fürsətdən istifadə edib bu gözəl gündə Mən də təbrikə qoşuluram.

Rəfael Həbiboğlu:

Təbriklər, Faiq Balabəyli!

Özün demişkən:

"Çox yaşa, xoş yaşa!.."

QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Problemin asan olduğunu bildirmək üçün deyirlər; "bu mənim əlimdə 2 vur 2-dir". Faiq yaşın mübarək.2-ə vur.

“Xəzər maraqlı dənizdir. Onun qoynunda işləmək, dənizçi olmaq çox şərəflidir. Xəzərlə dostluq etmək çətindir, gərək onunla dil tapmağı bacarasan. Elə ki, coşdu dözülməz olur, amma susanda adamın pıçıltılarını da eşidir. Dünyanın bir çox dənizində üzmüşəm, amma heç biri mənə Xəzərin yerini verməyib. Xəzər daha canlıdır, daha çılğındır. Əbəs yerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkət edə bilər...”- söyləyir...

O, 1964-cü ildə Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakıya üz tutub. Üç il 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. Məktəbi bitirən kimi əsgərliyə yollanıb, Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra isə təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. O, eyni zamanda iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib. Hazırda İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. O cümlədən "müstəqil. az" saytına rəhbərlik edir...

İtedadlı adamdır, gözəl poeziya nümunələri, publisistik yazıları var. İndiyədək ondan yuxarı kitabı nəşr olunub...

Deyir ki,- "İlk dəfə 8-ci sinifdə oxuyarkən ədəbiyyat müəllimim Haqverdi müəllimə bir şeir göstərdim. Oxudu, “sən şair olacaqsan”, – dedi. Görürdüm ki, mənə qarşı daha həssasdır, istiqamət verir. Sonra şeirlərimi Böyükxan Bağırlı rayon qəzetində dərc etməyə başladı. Beləiklə, mən qələmə sarıldım. İndiyədək ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm, publisistika və s.. Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım, reportajlarım və müsahibələrim olub. Dənizçi olsam da, bütün ömrüm boyu bədii yaradıcılıqla da məşğul olmuşam. Bu, bir növ mənim hobbimdir. Heç vaxt hansısa yazıma görə ədəbiyyat tarixində qalmağımı düşünməmişəm. Elə buna görə də yaradıcılığıma bələd olanlar yazılarımda səmimiyyət olduğunu qeyd edirlər...”

Görüşə bilməsək də hərdən zəngləşib dərdləşirik. İncə yumor hissi var, zarafat etməyi bacarır. Səsinin ahəngi gəmi kapitanının əmiranə səsindən daha çox, şair səsinə bənzəyir, yumşaqdır. Sosial şəbəkədə paylaşdığı yazılarından hiss edirəm ki, insanlar arasında olmağı xoşlayır. Necə deyərlər, insapərvər adamdır. O gün yubileyi olacağından xəbər tutub, mən də bu xəbəri əvvəlcədən sosial şəbəkədə paylaşdım ki, qələm yoldaşlarının da məlumatı olsun. Kim istəsə, ona yubiley hədiyyəsi kimi, bir yazı ərmağan etsin. Hər ikimizin dostu Rövşən Kəbirli altdan rəy yazıb bildirdi ki, onun haqqnda ən maraqlı yazını sən, ya da Aydın Can yaza bilər. Cavab yazdım ki, əgər publisistikanı səmaya bənzətsək, mən orada uzaqdan, lap uzaqdan közərən ulduzlardan biriyəmsə, Aydın Can o səmanı nura bələyən günəşdir...

Adətən, gəmi kapitanları qəlyan çəkən olurlar. Amma Faiq Balabəyli qəlyan yox, qəm-qüssə, necə deyərlər, millətin, xalqın dərdini çəkir. Şeirlər elə-belə yaranmır axı. Bəli, hər şeir, ağrı-acının, qəm-qüssənin məhsuludur. Öz aramızdır, şairlər də elə kapitandırlar, “SÖZ” dəryasında üzən gəmilərin kapitanları…

Fevralın 23-ü Faiq bəyin 60 yaşı tamam olur. Bu yaş ola bilər ki, gəmi kapitanları üçün çoxdur, amma şair ilhamının müdriklik dövrünün başlanğıcından xəbər verir. Faiq Balabəyliyə tükənməz ilham, uzun ömür arzulayıram.

60 yaşın mübarək, şair!

Hörmətlə, Elman Eldaroğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Gül Rüstəmli - XəyaliGül: KAŞ...

Gül Rüstəmli - XəyaliGül: KAŞ...

John Doe 10 saat əvvəl

Vaqif Bəhmənli: Dərdin dərəcəsi

Vaqif Bəhmənli: Dərdin dərəcəsi

John Doe 2 gün əvvəl

Nərmin Eyruzqızı: Eyruz...adı kimi "Həyata gətirən işıq"

Nərmin Eyruzqızı: Eyruz...adı kimi "Həyata gətirən işıq"

John Doe 3 gün əvvəl

Xuraman Muradova: Sükutlarda sevmək

Xuraman Muradova: Sükutlarda sevmək

John Doe 3 gün əvvəl

Məmməd Əvəzoğlu: İranpərəstlərə

Məmməd Əvəzoğlu: İranpərəstlərə

John Doe 4 gün əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirilib

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirilib

John Doe 4 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com