28 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Vaqif Bəhmənli: OXUSUN

2 il əvvəl 651 01

Vaqif Bəhmənli:

OXUSUN

Bu gün – 16 fevral 2024-cü il, saat 19-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xalqının əvəzsiz, bənzərsiz xanəndəsi, özünəməxsus dəst-xətti ilə milli muğam sərvətimizi zənginləşdirən ustad sənətkar Süleyman Abdullayevin doğumunun 85 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu münasibətlə Dədə Süleymandan söz açan “Oxusun” adlı şeiri ixtisarla təqdim edirəm. Rəhmətlik çox bəyənirdi bu yazını. Azərbaycanın əməkdar artisti Nizami Abdullayevin ifasında bu şeir televiziyalarda tez-tez səsləndirilir. Şeir qələmə alınanda xanəndənin canından çox sevdiyi müqəddəs Qarabağımızın işğal altında olduğunu nəzərə almanızı xahiş edirəm. “Oxusun” əvvəllər nəşr edilən iki kitabımda, axırıncı dəfə “Vaqif Bəhmənli. Əsərlər” çoxcildliyinin 5-ci cildində yer alıb. (2024-cü il, Bakı, Zərdabi nəşriyyatı).

Maarif Soltan:

Vaqulya, Süleyman dədəni sənin sayəndə Montinin üstündəki kafedə çox dinləyib, çox feyziyab olmuşam. Qəzəli də oxumuşdum, əsl dədəyə layiq yazılıb. Foto isə əsl sürpriz oldu mənimçün, ilk dəfədir görürəm. Kaş sənin bir neçə dəfə də 50 yaşın olaydı, biz də hamılıqla başına yığışaydıq.

QEYD. Sarı fonda verilən başlıqlar Facebook sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir

OXUSUN

Binədən sirr demişik, olmuşuq heyran, oxusun,

Dədənin gur səsinə səs verib hər yan oxusun!

Adamın qiymətini versin adam övladı,

Cini cin ram eləsin, şeytanı şeytan oxusun!

Kökünü qan aparan ərzə yəqin gəlməz idi,

Fili-filman fələyə oldu ki, mehman; oxusun!

Qarabağ ellərinin bəxti bəyaz günlərini

Köndələndən su içən bir qara oğlan oxusun!

Qarabağ varmı məgər, varsa əgər sübhə qədər

Taxtapuşlar dil açıb, gül tutan eyvan oxusun.

Nə deyək öylə bir Allaha ki, yurd yağmalanıb

Sıra dağlar, təpələr belində düşman oxusun?

Nədən, ey tanrı, yağır başımıza sərçə səsi

Göyə qalxsın nizələr, gərəkdi qalxan oxusun.

Dədənin dərdi dərin, dillənsə dillər dirənər,

Ən dərin dərdləri qoy tüstülü qəlyan oxusun.

Horadizdən qazılıb kökləri torpaq qarışıq

“Qanlı göl” səmtdə bitən bir topa yovşan oxusun.

Bircə yol kimsə qulaq assa Süleyman səsinə

Bu, mənə bəsdi desin, qoymasın insan oxusun!

Ulu bir səs atasız qaldı, ey Allah, de, niyə? –

Ələsgər, Seyid Ağa, şah Şuşadan Xan oxusun!

Bu qədər baş kəsilir, yaşmı qalar ağlamağa,

Qağamın təkdi səsi, külli-müsəlman oxusun!

Dili bir quş dilidir bəlkə də azadəliyin -

Kölə bilməz bu dili, çox da Süleyman oxusun!

"Hər iki yanda", dedin, "bağ salım Arazım üçün"...

Bağı vaxtsız saralan bir qoca bağban oxusun.

Həsrətin, ayrılığın donqarını qır, ustad,

Çırpılıb sərt qayaya çatlamış hicran oxusun!

Qocaman dağ dağılır zəlzələdən, əlbəttə,

Fəryadı eyləsə də qəlbimi viran, oxusun!

Ağrıdan dərd nə ki var, qoy zilə çəksin dədəmiz,

Qəmimiz bəmdisə, qardaş, onu vicdan oxusun.

Anamın laylasıtək şipşirin avaz yiyəsi,

Belə əhd eyləmişəm, üstümdə quran oxusun!

Vətənin öz səsidi, şanlı Süleyman dədənin,

O mübarək səsinə Bəhmənli qurban, oxusun!

2003

Bu foto məmim 50 yaşımda çəkilib. Şəkildə: sağdan-Rəşad Məcid, Süleyman Abdullayev, Maarif Soltan, Vaqif Bəhmənli, ustadlarımız Anar və Fikrət Qoca, Tofiq Nurəli, Qulu Məhərrəmli, Umud Rəhimoğlu. Gedənlərə rəhmət, qalanlara can sağlığı...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

NARINC MƏMMƏDOVADAN DANIŞMAQ İSTƏYİRƏM

NARINC MƏMMƏDOVADAN DANIŞMAQ İSTƏYİRƏM

John Doe 3 gün əvvəl

22 İYUN -XATİRƏ VƏ KƏDƏR GÜNÜDÜR

22 İYUN -XATİRƏ VƏ KƏDƏR GÜNÜDÜR

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: Qalmışıq

Məmməd Əvəzoğlu: Qalmışıq

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

John Doe 1 həftə əvvəl

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

John Doe 2 həftə əvvəl

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
• Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar}

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada B...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com