"Neftçi SOKAR" klubu DQS-da cari mövsümü ikinci pillədə başa vurub
Azərbaycan təmsilçisi "Neftçi SOKAR" klubunun da çıxış etdiyi Dünya Qadın Seriyasında (DQS) 2026-cı il mövsümü başa çatıb. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, mövsüm ərzində 12 mərhələ yarışında iştirak edən "Neftçi SOKAR" topladığı 672 xalla çıxışını ikinci pillədə başa vurub. Qeyd edək ki, "Orlean" və "Marsel" (Hər ikisi Fransa) mərhələsinin qalibi kimi yadda qalıb. Yalnız Hollandiya (715 xal) millisindən geri qalan və heyəti Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova və Aoi Katsuradan ibarət olan təmsilçimiz "Ulaanbaatar Amazona" (665 xal), "Beijinq" (660 xal),"Rapid Buxharest" (595 xal), Çin (567 xal), Fransa (535 xal) və Almaniya (517 xal) kimi kollektivləri geridə qoyub.
Xatırladaq ki, Yaponiyanın Takasaki şəhərində keçirilən son mərhələdə mübarizəni 1/2 finalda dayandıran "Neftçi SOKAR" klubu 2025-ci ildə Avropa Kubokunda ikinci olub. Yeri gəlmişkən, klubu qarşıda daha bir mötəbər yarış gözləyir. Söhbət 11-13 sentyabr günlərində Antverpendə (Belçika) keçiriləcək analoji turnirdən gedir.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.