Cüdoçumuz Balabəy Ağayev "Krakov Open"də birinci olub
Polşanın Karakov şəhərində U-14, U-16, U-18 və daha böyük yaş kateqoriyasından olan idmançılar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı cüdo üzrə "Krakov Open-2026" beynəlxalq turnirinə yekun vurulub. Turnirin don günü Azərbaycanın daha 4 cüdoçusu inamla güləşərək turnirin qalibi olub və baş mükafata layiq görülüb.
Böyüklər arasında bu uğura 66 kq çəki dərəcəsində tatamiyə çıxan Balabəy Ağayev olub.
Daha üç qızıl medalı isə U-16 millimizin üzvləri - Aqil Hacıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) qazanıb.
Bununla da, "Krakov Open -2026" turnirində Azərbaycan millisinin aktivindəki medalların sayı 11-ə (7-2-2) çatıb.
Xəbər verdiyimiz kimi, bir gün öncə U-18-lərin yarışı başa çatıb. Həmin yarışda isə cüdoçularımız 7 (3-2-2) medal qazanıblar.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.