25 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi +VİDEO, FOTO=10

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi +VİDEO, FOTO=10

Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi +VİDEO

Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi +VİDEO

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib +VİDEO, FOTO=10

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib +VİDEO, FOTO=10

Daşkənddə İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü +VİDEO, FOTO=4

Daşkənddə İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü +VİDEO, FOTO=4

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Xankəndində kafedə YANĞIN: xəsarət alanlar var

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Məmməd Əvəzoğlu: Aşıq Ələsgər

1 ay əvvəl 88 01

Məmməd Əvəzoğlu:

Aşıq Ələsgər

Artıq o torpaqlara ikinci səfərimdir,

Yolumu salmalıyam Qərbi Azərbaycana.

Qədim Oğuz elləri yaralı yerlərimdir,

Qoparılan sol qolum böyük dərd olub cana.

Yenə seyrinə çıxdım gözəl Göyçə gölümü,

Göy Gölün, Maral gölün o qərib qardaşını.

Ağkilsədə şad edim bu nisgilli könlümü,

Sərinlədim alışan ürəyimin başını.

Sanki quş tək uçuram Zəngəzura, Göyçəyə,

Gözəl Dərələyəzə, Şərura, Dilicana.

Orda qonaq olacam hər gülə, hər çiçəyə,

Xəyalən qovuşacam böyük Azərbaycana.

"Kitabi-Dədə Qorqud" bu yerlərdən danışır,

Tariximdən söz açır dağı, dərəsi, düzü.

Ulu Alban kilsəsi Ağkilsəyə yaraşır,

Gözəlliklər önündə aciz biləcəm sözü.

Göyçə, Ağkilsə qədim ozanlar diyarıdır,

Burda dünyaya gəlib bizim Dədə Ələsgər.

Yamyaşıl biçənəklər Vətənin gülzarıdır,

Yurd eləyib buranı Ərdəbildən gələnlər.

Döş bulaq, Mehdi bulaq, Səhnəbanı bulağı,

Bulaqlar həyat verir Bəşir düşən dərəyə.

Bəzirxanov bulağı, balaca Axund dağı,

İnanılmaz gözəllik qatır bu mənzərəyə.

Altı oğul, iki qız bəsləmişdi Alməmməd,

Ev tikib Ağkilsədə, bənnalıq eləmişdi.

Söz deyib bədahətən, qazanmış idi hörmət,

Cavanşir meşəsinə oduna da getmişdi.

Uşaqlar böyüdükçə güzəran çətin oldu,

Artıq ağır gəlirdi ataya çörək dərdi.

Böyük oğlu Ələsgər on dörd yaşına doldu,

Kərbəlayi Qurbana onu nökər göndərdi.

Mülayim və mehriban bir kişi idi Qurban,

Səhnəbanı adında bir qəşəng qızı vardı.

Bir-birini sevməyə başladı iki cavan,

Hər ikisi bu evdə məsud və bəxtiyardı.

"Pullu Məhərrəm" adlı qızın zalım əmisi

Bu işdən xəbər tutub Ələsgəri qovdurdu.

Oğluna almaq idi o zalımın həvəsi,

Sevişən cavanların ürəyinə od vurdu.

Səhnəbanı eşqinə həvəsləndi Ələsgər,

Meyil saldı şeirə, aşıqlıq sənətinə.

Harada toy-düyündən xəbər tutsaydı əgər,

Gedib qulaq asardı aşığın söhbətinə.

Savadı olmasa da, yaxşı yaddaşı vardı,

Dastanlar və nağıllar öyrənmişdi Ələsgər.

Dodaqdəyməz,müxəmməs, qoşmalar da qoşardı,

Artıq bir şəyird kimi yetişmişdi Ələsgər.

Atası Ələsgəri Qızılvəngə apardı,

Xalq Aşığı Alıya şəyird verdi oğlunu.

Uşağın musiqiyə böyük həvəsi vardı,

Ustad aşıq özü də hiss eləmişdi bunu.

Məqam gəldi, Ələsgər kamil oldu işində,

Bir toyda deyişməyə apardı Aşıq Alı.

Şəyirdinə uduzdu camaatın içində,

Sazını Ələsgərə uzatdı Aşıq Alı.

"Bir şəyird ki, ustadına kəm baxa,

Onun gözlərindən qan damar,damar"

Söyləyərək Ələsgər, götürmədi o sazı,

Mərifət sahibitək tanıtdırdı özünü.

Məclisləri bəzədi onun şirin avazı,

Gözəllərə qoşurdu ürəyinin sözünü.

"Ələsgərəm hər elmdən halıyam,

Gözəl, sən təbibsən, mən yaralıyam,

Dedi nişanlıyam, özgə malıyam,

Sındı qol-qanadım, yanıma düşdü."

Uca boy, enli kürək yaraşıqlı kişiydi,

Əynində arxalığı yaraşırdı o boya.

El-el gəzib dolaşmaq aşıqların işiydi,

Türkiyə ellərinə gedirdi hətta toya.

Dillər əzbəri oldu Aşıq Ələsgər adı,

Gah Qazaxa gedirdi, gah da ki, Naxçıvana.

Xalqın dilində idi şən nəğmələrin dadı,

Gedirdi Qarabağa, ulu yurd İrəvana.

Bir gün də Kəlbəcərə,Yanşaq kəndinə getdi,

Sinni qırxa yetəndə bir qız ilə evləndi.

O gözəli özünə ilham pərisi etdi,

İkinci vətən oldu Anaxanımın kəndi.

Baxmadı qocalığa doğru gedən yaşına,

O da öz ustadının yollarını gedirdi.

On iki şəyirdini yığaraq öz başına,

Aşıqlıq sənətinin sirlərin öyrədirdi.

"Adım Ələsgərdir, mərdi-mərdana,

On iki şəyirdim işlər hər yana."

Taxıl üçün yer sürür, əkin-biçin edirdi,

Toylara getməyəndə araba da yığırdı.

Çörək qazanmaq üçün hər qulluğa gedirdi,

Evinin, külfətinin hər işinə baxırdı.

Doğma ailəsində baş verən faciələr,

Dağ vüqarlı aşığın sındırmışdı belini.

Əbədi sakin oldu ürəyinə qəm-kədər,

Bir daha telli saza vurmadı öz əlini.

"Nagah badi-sərsər əsdi üstümə,

Ömür bostənımın tağı kəsildi.

Öz əlimlə xəta dəydi özümə,

Bədəndən qolumun sağı kəsildi."

Bu yandan başqa bəla döyürdü qapıları,

Daşnak köpəklərinin axmaq ağlı sürüşdü.

Nahaq qana bələndi göyçəli balaları,

Xalq öz yurd-yuvasından köçüb didərgin düşdü.

Ələsgər də yol aldı Kəlbəcərə-Yanşağa,

Arvadın ellərini özünə doğma bildi.

İki il orda qalıb getdi daha uzağa,

Kəlbəcər dağlarını aşıb Tərtərə gəldi.

Vətəndən ayrı düşmək ona ağır gəlirdi,

Göyçədəki qırğınlar səngimişdi bir qədər.

Köçənlər qayıdırdı, vəziyyət düzəlirdi,

Ələsgər də qayıtdı, içində ağır qəhər...

Məni özünə tərəf çağırırdı o cənnət,

Axtarırdım özümə bələdçi, yol yoldaşı.

Yoluma körpü saldı şair Çoban Məhəmməd,

Bizim ustad aşığın məşhur şair qardaşı.

Bir az acı, bir az da şirin duyğular ilə,

Nəhayət ki, yetişdik o müqəddəs ocağa.

Qəm susduran aşıq da hərdən gəlirdi dilə,

Eyvanda yer verdilər vaxtsız gələn qonağa.

Mitəkkəyə baş qoyub mürgüləyirdi aşıq,

Deyəsən hiss elədi qonaq gəlib mənzilə.

Qocalsa da üzündə qalmışdı o yaraşıq,

Əhvalatı anlayıb beləcə gəldi dilə:

"Səksəni, doxsanı keçibdir yaşım,

Əzrayıl həmdəmim, məzar yoldaşım,

Gor deyə tərpənir bəlalı başım,

Daha köç təbilin çal, qoca baxtım!"

Ələsgərin ömrünün qürub çağları idi,

Qonağa deyəcəyin bu qoşmada demişdi.

Dərdi qocalıq deyil, ürək dağları idi,

Öləcəyi günü də vəsiyyət eləmişdi.

Ağkilsə məscidində azan səsi ucaldı,

Onda ozan elindən bir az aralı idim.

Xalq Aşıq Ələsgəri torpağa yola saldı,

O məzar Ağkilsədə qalıb hələ də yetim.

Məmməd Əvəzoğlu

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

John Doe 1 həftə əvvəl

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

John Doe 2 həftə əvvəl

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

John Doe 2 həftə əvvəl

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

John Doe 3 həftə əvvəl

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

John Doe 1 ay əvvəl

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi +VİDEO, FOTO=10

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlər...

24 avqust 2026 21:47:34
• Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi +VİDEO}

Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılı...

24 avqust 2026 16:06:50
• Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib +VİDEO, FOTO=10}

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranı...

24 avqust 2026 15:41:33
• Daşkənddə İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü +VİDEO, FOTO=4}

Daşkənddə İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək...

24 avqust 2026 13:14:47
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com