Xatirə Rəhimli:
Hippokrat andı içmiş şərəfli peşə sahibləri...
Savadlı, vicdanlı, qayğıkeş həkimlər...
Bir neçə ildir səhhətimdə problem yaranıb. Bu baxımdan mütəmadi olaraq müalicə qəbul edirəm. Bəzi hallarda isə vəziyyətim bir qədər gərginləşəndə çox böyük əziyyət çəkirəm.
Yenə də əvvəlki illərdə olduğu kimi səhhətimdəki bəzi problemlər ucbatından bronxlarımda asmatik tutmalar baş verdi.
Özümü çox narahat hiss etdiyim üçün Binəqədi rayonunda fəaliyyət göstərən 15 nömrəli Biləcəri poliklinikasına üz tutdum.
Poliklinikanın şöbə müdiri, həkim-terapevt Pərvanə Məhərrəmiyə müraciət etdim.
Pərvanə həkim vəziyyətimin çox ağır halda olduğunu görən kimi tapşırıq verdi ki, mənə ilk tibbi yardım göstərilsin.
Həkimlər mənə tibbi yardım etdikdən sonra səhhətim həqiqətən də bir qədər yaxşılaşdı.
Pərvanə həkim söylədi ki, göndəriş vərəqəsi yazacaq və bu sənədlə müalicə olunmaq üçün Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutina müraciət etməliyəm.
Yəni səhhətim ciddi şəkildə gərginləşdiyi üçün Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna müraciət etməli oldum.
Elə həmin gün müalicə məqsədi ilə bu tibb müəssisəsinə qəbul edildim. Həkimlərin məsləhəti ilə iki həftə ərzində Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olundim.
Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun pulmonologiya şöbəsinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Vasif Abdullayevə, həkim-pulmonoloqlar Reyhan Hacıyevaya və Afət Hüseynovaya, Böyük tibb bacısı Gülnar Qədirovaya, eləcə də həmin şöbənin qayğıkeş tibb bacılarına mənə göstərdikləri xoş nəvazişə, sayğıya və diqqətə görə çox-çox böyük minnətdarlıq edirəm.
Çox sağ olsun qayğıkeş həkimlər.
Çox dəyərli inisan, həkim-pulmonoloq Reyhan Hacıyevaya, həkim-pulmonoloq Vasif Abdullayevə, həmçinin tibb bacıları Aynur Ağayevaya, Pərvanə Bədəlovaya, Şəfəq Məmişovaya, Kəmalə İsmayılovaya xüsusi olaraq təşəkkür etməyi özümə borc bildim.
12 gün bu institutda müalicə aldım. Nəhayət, bu tibb ocağındakı 2 həftəlik müalicəm başa çatdı. Müalicə olunduğum Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İntitutundan aprelin 18-də evə buaxıldım.
Doğrudan da uca, Böyük Yaradanın biz insanlara bəxş etdiyi can sağlığı həyatın ən şirin nemətidir. Bu, birmənalı olaraq belədir.
İki həftəlik müalicədən sonra sağ-salamat doğmalarımın, əzizlərimin yanına qayıtdım. Buna görə Allaha şükranlıq duaları edirəm.
Şükr olsun, səhhətimdə böyük irəliləyiş var.
Həkimlərə bir daha təşəkkürümü bildirirəm.
Həqiqətən də bu tibb ocağında mənə sözün əsl mənasında çox böyük qayğı göstərildi, həkimlər müalicəmə çox ciddi yanaşdılar desəm, heç də yanılmaram.
Çox yüksək səviyyədə müalicə olunduğum Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb kollektivinə minnətdaram.
Həkimlərdən çox böyük nəvaziş, diqqət və qayğı gördüm. Bu tibb müəssisəsində mənə və həmçinin digər müalicə olunan xəstələrə də həkimlər və tibb bacıları çox böyük sayğıyla, ehtiramla yanaşırdılar.
Səhhətimdəki problemlə bağlı müalicə aldığım bu tibb ocağında mənə böyük qayğı göstərən, zəhmətimi çəkən, məni yenidən sağlamlığıma qovuşduran hər bir həkim və tibb bacısı çox sağ olsun.
Uca Tanrı Hippokrat andı içmiş savadlı, vicdanlı, qayğıkeş həkimləri qorusun!
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.