24 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Fikrət Şiriyev: Tanrının seçdiyi insan, yaxud 10-cu...

2 il əvvəl 733 01

Fikrət Şiriyev:

Tanrının seçdiyi insan, yaxud 10-cu uşaq 9 eylüldə...

1991-ci il...  Həmin dövrü yaşayanların ölkəmizin tarixində olan ən ağır, siyasi hadisələrlə silkələnən, iqtisadi baxımdan kritik, bütün parametrlərinə görə çətin il kimi unuda bilmədiyi  o ildə Azərbaycan hökuməti tərəfindən Türkiyəyə təhsil almağa 50 nəfərə yaxın tələbə göndərildi. Müxtəlif ixtisaslar üzrə göndərilən bu tələbələr ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək göstəriciləri olan abituriyentlər arasından seçilmişdi. Bu seçilmişlər arasında İzmirin 9 eylül Universitetinin Tibb fakültəsinə göndərilən arıq,  hündür bir oğlan da var idi. Seçilmişdi! Minlərlə gəncin arasından seçilmişdi deyə, qarşıdakı yolun  mürəkkəbliyindən, dillərini yaxşı bilmədiyi türk dilində təhsil alacağından, harada yaşayacağını müəyyən etmədiyindən, evlərindən heç vaxt çıxmadığına görə anasının qayğısından uzaqda nə edəcəyindən vahimələnərək  geri qayıtmaq, təhsilini elə Bakıda davam etdirmək, lazım olanda evlərinə getmək, bu şəhərdə yaşayan qohumlarının  qayğısından bəhrələnmək, daha rahat və aydın görünən gələcəyi seçmək  haqında bayaqdan düşündüyü tərəddüdlərinə son qoydu. Nənəsinin danışdığı Məlikməmmədin nağılındakı etimad məsuliyyəti onu ürəkləndirdi. Sinif yoldaşlarından öz biliyi, davranışı, qabiliyyəti,təhsil və idman göstəriciləri, ictimai fəallığı, qavrama qabiliyyəti ilə seçilən bu oğlanı müəllimləri, dostları, valideynləri, bacı-qardaşları, bütün qohumları xüsusi istedadlı bir uşaq kimi əzizləyir, gələcəyinə böyük ümidlər bəslədiklərini gizlətmirdilər. Tibb  İnstitutuna(indiki ATU) sənəd verən minlərlə abituriyentin arasında ən yüksək bal toplayan da o idi, onu seçmişdilər.  Yox, getməliyəm! Çətin olsa da getməliyəm!

Çoxuşaqlı ailənin sonbeşiyi, böyük bacısından 22 il kiçik olan onuncu uşağın dünyaya gəlməsi də seçilmiş olduğunu göstərirdi. Onun  ana bətnində olduğunu bilən  böyük bacıları qəti etiraz etmişdilər: ”Ay ana, biz Bakıda universitetdə oxuyuruq,   birimizin 22,  o birinin 20 yaşı var,  sənin dünyaya uşaq gətirən vaxtındır? Camaatı bizə güldürmə, tələbə yoldaşlarımız nə deyər, bizim taylarımız ana olur, indi deyək ki, bizim anamızın uşağı olacaq, gülməli deyil?” 1973-cü ilin yay tətilində Astarada olanda xeyli deyinib-danışdıqdan sonra ananı yoldan çıxarıblar, aparıblar həkimə ki, uşağı tələf eləsinlər, bu ”biabırçılıq” bitsin. Həkim də bunu günah sayan qadının etirazlarına baxmayaraq, qızların inadlı sözündən çıxa bilməyib, missiyasını yerinə yetirib. Ancaq, “Allahın dediyi olur”,”sən saydığını say, gör fələk nə sayır”,deyiblər, uca tanrı seçdiyi  bəndəsini  bu xatadan qoruyur. Qızlar yay tətilindən Bakıya qayıtdıqdan  xeyli sonra məlum olub ki, həkimin cəhdləri və aldığı pullar əbəsmiş, uşağa heç nə olmayıb, dünyaya gəlməlidir, vəssalam! Sonralar dəqiq məlum oldu ki, ona görə gəlməliymiş ki, minlərlə insanın taleyini yaxşılığa doğru dəyişə bilsin, ona görə bu hadisə qarşısıalınmaz olub ki, dünyaya qarşısıalınmaz bəlaların qarşısını almağı bacaran, çarəsini bilən adam gəlirmiş.

Nəhayət, 1974-cü ilin yanvarın 18-də gələcək missiyaları ilə birlikdə, ancaq elə ana bətnində ağır sınaqlardan keçərək dünyaya gəlir... Sonralar da uca Tanrının bu sevimli və seçilmiş bəndəsi hamar olmayan ömür yolunda çox sınaqlardan, imtahanlardan, çətinliklərdən keçəcəkdi, hamısından da üzüağ, alnıaçıq, şərəflə çıxmağı bacaracaqdı.

2018-ci ilin yanvarında ölkənin tanınmış insanlarından birinin ürəyində ciddi problem yaranır. Avtomobildə gedən həmin şəxsin halı birdən pisləşir və onu təcili klinikalardan birinə, sonra daha məşhuruna çatdırırlar. Hər ikisində komada olan dostumuzla bağlı tanınmış kardioloqların diaqnozu eyni olur:  “Bunu xilas etmək  mümkün deyil.”  Süni nəfəs aparatına qoşulmuş deputatı vəziyyətdən çıxarmaq üçün son ümid kimi Almaniyadan  tanınmış kardioloq-cərrahlar dəvət olunur.  Ancaq, demə  bu da çıxış yolu deyilmiş-dostumuzun cəmi bir neçə  saat vaxtı qalıbmış, alman həkimlər isə ən tezi  iki günə  gələ biləcəkdilər, gəldilər də... Onlar gələnə kimi  ümidləri hər yerdən üzülmüş qohumlardan birinin təklifi ilə xəstəni Gömrük  hospitalına, Rəşad Mahmudovun yanına aparırlar.  Rəşad Mahmudov böyük risk tələb edən mürəkkəb əməliyyatın məsuliyyətini üzərinə götürür və həyat şansı çox cüzi olan xəstəni təcili əməliyyat edir. Özü də necə əməliyyat: sonra alman həkimlərin də təəccüblə qarşılayacağı dəqiqliklə, unikal və çox yüksək peşəkarlıqla.

Almaniyadan gələn həkimlər əməliyyatın gedişinin videogörüntülərini izlədikdən, epikrizlərlə, digər tibbi sənədlərlə tanış olduqdan sonra heyrətlərini gizlədə bilmədilər: ”Yəni doğrudan bu əməliyyat Azərbaycanda olub???” Axşam   şam yeməyində bu heyrəti bir az da açıqladılar: ”Biz indiyədək elə bilirdik ki, bu tipli əməliyyaları dünyada yalnız bircə nəfər edə bilir, o da Almaniyadadır. Dünyanın hər yerindən- İzraildən, Yaponiyadan, Amerikadan, Avropanın digər ölkələrindən onun növbəsinə yazılırlar, o da il ərzində cəmi  50 əməliyyat edə bilir,  qalan yüzlərlə adam çarəsiz qalır. Biz inanmazdıq ki, Avropanın lap ucqarında, Azərbaycanda belə həkim ola bilər”.

Bu cür unikal əməliyyatların sayı yüzlərlədir. Son dərəcə mürəkkəb varlıq olan insanın döş qəfəsi açılana kimi oradakı real vəziyyəti heç bir avadanlıqla müəyyən etmək mümkün deyil. Tibb elminə yalnız 10-15 faizi məlum olan ürək də, onun mürəkkəb funksiyaları da hər insanda individualdır. Çox vaxt əməliyyat vaxtı ekstremal qərarlar qəbul etmək lazım gəlir. Belə anlarda çevik təfəkkür, iti düşüncə, dəqiq qərar insan taleyini həll edir. İndiyədək on beş minə yaxın açıq ürək əməliyyatı etmiş professor Rəşad Mahmudov da on beş min dəfə fərqli, ancaq dəqiq qərar qəbul edib, bu qədər ölkə vətəndaşını sağlam həyata qaytarıb, on beş min insanın ürəyinə şəfalı, nurlu əlləri dəyib, onların ailə üzvlərini, qohum-qardaşını saysaq 100 minlərlə insana sevinc bağışlayıb, milyonlarla insanın ürəyinə ehtiramla, məhəbbətlə daxil olub.

Azərbaycanın Mustafa Topçubaşov, Mirməmməd Cavadzadə kimi beynəlxalq nüfuzlu həkimləri sırasında dünyanın bütün kardioloqlarının tanıdığı və ehtiramla yanaşdığı, hesablaşdığı bir imza var: Rəşad Mahmudov! Uca Tanrı seçdiyi, sevdiyi  bu insana öz nurundan, hikmətindən səxavətlə pay ayırıb ki, onun hökmü ilə ömrü davam etməli olan kəsləri professor Rəşad Mahmudovun əli ilə dünyaya qaytarsın. Belə olmasaydı, bu qədər intellekti, nəcibliyi, fəhmi, abırı, xoş simanı, gözəl nitqi, əxlaqı, bunları əldə etmək üçün zəkanı, zəhmətsevərliyi, müşahidəçiliyi ona verməzdi. Belə olmasaydı, həyat yolunu asan, keşməkeşsiz, sınaqlarsız, dərəsiz- təpəsiz, ətrafını paxıllarsız, bədxahlarsız edərdi. Belə olmasaydı cavan yaşında bu qədər hörmətə, məhəbbətə, rəğbətə, yüksək vəzifələrə, nüfuzlu statuslara sahib olmazdı.

Xalqımızın fəxri olan bu unikal şəxsiyyətin 50 yaşı tamam olur! Hələ 50 il də bu xalqa xidmət göstərməyini, həm həkimliyi ilə, həm də nəcibliyi ilə milli qürur mənbəyi olmasını arzulayırıq.

Fikrət Şiriyev

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

John Doe 1 gün əvvəl

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

John Doe 2 gün əvvəl

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 1 həftə əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 2 həftə əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyas...

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
• İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim...

10 aprel 2026 14:35:25
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com