Azərbaycan cüdoçuları Praqada yarışacaqlar
Azərbaycan cüdoçuları 27-28 iyun tarixlərində Çexiyanın Praqa şəhərində keçiriləcək böyüklər üçün Açıq Avropa Kubokunda iştirak edəcəklər.
Milli komanda yarışda beş çəki dərəcəsində 15 idmançı ilə təmsil olunacaq.
Komandaya kişilərdən ibarət böyük komanda məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.
Murad Əliyev və Babarəhim Mirzoyev 60 kq çəki dərəcəsində yarışacaqlar.
İslam Rəhimov, Nazir Talıbov, Hüseyn Allahyarov, Yaşar Nəcəfov, Rəşad Yelkiyev və Elşən Əsədov 66 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcəklər.
İbrahim Əliyev, Kamran Süleymanov, Rüfət Şövlətov və Nəriman Mirzoyev 73 kq çəki dərəcəsində yarışacaqlar.
Xəyyam Əliyev 90 kq, Elmar Qasımov və Əjdər Bağırov isə 100 kq çəki dərəcəsində yarışacaqlar.
Yarış Avropa Cüdo İttifaqının himayəsi altında keçiriləcək. Praqada 38 ölkədən ümumilikdə 444 idmançının iştirakı gözlənilir. Turnir Avropa cüdosu üzrə yayın ən böyük beynəlxalq yarışlarından biri olacaq.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.