Ukrayna İrandan dörd dənizçini geri qaytarıb
Aprel ayında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən Hörmüz boğazında saxlanılan "Epaminondas" konteyner gəmisinin heyət üzvü olan dörd Ukrayna vətəndaşı azad edilib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georqi Tixi bildirib.
Onun sözlərinə görə, gəminin saxlanılmasından sonra Ukrayna diplomatları dənizçilərin geri qayıtmasını təşkil etmək üçün dənizçilər, onların qohumları, yunan gəmi sahibi və digər tərəflərlə əlaqə saxlayıblar.
Bu işin nəticəsi olaraq dənizçilər azad edilib və İranı tərk ediblər. Onların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir. Xarici İşlər Nazirliyi tərəfdaşlarına və prosesdə iştirak edən bütün şəxslərə təşəkkür edərək, Ukraynanın vətəndaşlarının geri qayıtması prinsipinə sadiq qaldığını vurğulayıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.