28 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

XİN-dən Moskvada Azərbaycan səfirliyinə qarşı təxribatla bağlı SƏRT AÇIQLAMA

XİN-dən Moskvada Azərbaycan səfirliyinə qarşı təxribatla bağlı SƏRT AÇIQLAMA

Prezident “Sabah”a 5 milyon ayırdı

Prezident “Sabah”a 5 milyon ayırdı

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Ulduz Qasım: Bir günün xatirəsi...

2 il əvvəl 741 01

Ulduz Qasım:

Bir günün xatirəsi...

Təyyarə Bakıya yaxınlaşanda həyacanım daha da artmağa başladı. Sanki ilk dəfədi bu doğma şəhərə gəlirdim. Pəncərənin ağzında oturduğuma görə aşağı baxırdım. Dənizin qəribə mənzərəsi məni özünə cəlb edirdi. Mavi sular dalğalandıqca hər şey yadımdan çıxırdı. Hava limanında təyyarədən enəndə aldığım havanın dadı da, qoxusu də başqaydı. Doğmalıq ətri gəlirdi bu bir qurtum havadan. İnsanın içini isidən, insanı rahatladan bir hiss verirdi mənə...

Yol boyu şəhərin dəyişiklərini, yeni binaları seyr edirəm. Dəyişməyən bircə şey var. O da Bakının havası, küləyi, gilavarıdı...

Saçlarıma toxunan külək doğma insan, dost kimi gəlir mənə. Əvvəllər saçlarımı dağıtdığına görə qınadığım bu külək indi başqa bir duyğu gətirir qəlbimə. Gülümsəyirəm öz-özümə. Sanki darıxmaışam bu şıltaq külək üçün. Sən demə, doğmalıq elə budu, küləyin toxunuşu, sığalıdı...

Sən demə, hər şey bundan başlayır. Gözlərimi yumub bu havanı doyunca hiss etməyə çalışıram. Xəyallar, xatirələr məni haralara aparmır, kimləri, nələri xatırlatmır? Bir-birinə qarışır fikirlərim. Bir dəli həsrət qovurur içimi. Acılı-şirinli, ağlı-qaralı həsrət...

Qış havası yaz günləri kimi gəlir mənə. İlahi, nə əzizdi Vətən torpağı, Vətən havası? Qurban olum Vətənimin torpağına, havasına. Təkrar-təkrar bitmək istəyirsən bu torpaqda. Saçına toxunan bu rüzgar üçün hər şeyi qurban verərsən...

Solmuş yarpağınam, sınmış budağın,

Sönmüş ocağınam, uçmuş otağın,

Hər dərdə şəfadır isti qucağın,

Oxşa saçlarımı, dara, sığal çək,

Vətən, məni torpağında bir də ək!

Nə gözəl demiş gözəl şairimiz Novruz Sirikli Həsənov. Vətən, məni torpağına bir də ək!..

23.12.2023-də baş tutan təqdimat C.Cabbarlı adına Gənclər kitabxanasında keçdi. Kecikmişdim tədbirə, hamıdan sonra gəlmişdim. Tıxaclar öz işini görmüşdü. Sən demə, Bakının tıxacları Moskvanınkından geri qalmır...Lakin sağ olsun gözəl insanları, hər şeyi həll etmişdilər.

İçəri girəndə yaxın sandığım dostlarımı axtardım. Çoxu gəlməmişdi. Qəribədir, niyə mən zamanə insanlarına oxşamağı bacarmadım? Hələ də yatmışam fil qulağında. Kimdənsə inciyirəm, küsürəm hələ də. Bu zəiflik nə zaman bitəcək, nə zaman açıq gözlə baxacam dünyaya?

Sən demə çox dəyərlər dəyişib. İndi bəziləri salamı da insana rüşvətlə verirlər. Təəssüf, həm də çox təəssüf. Məni çox incidir belə münasibətlər. Özümə uzun illərdi yaxın saydıqlarım əgər mən yaşayan şəhərə gəsəydilər qaça-qaça gələrdim. Heç nəyi düşünmədən, fikirləşmədən onları görmək üçün. Yağım daşsa da özümü yetirərdim görüşlərinə. İki-üç saatlıq vaxtı hər zaman tapmaq olar. Bəhanələr gərəkmir. Hətta, hava limanından qarşılayıb gətirərdim. Kömək lazımsa can-başla edərdim.

Bilirsiniz, “uman yerdən küsərlər” demiş böyüklərimiz. Amma, sən demə bütün dəyərlər dəyişib bu dünyada. Mən keçmişdə qalmışam. Əbəs yerə mənə “geridəqalmış” demirlər ki. Sən demə müasir həyat, müasir yaşam, müasir dostluqlar belə dəyişib, başqalaşıb... Dəyişməsəydi, 45 ilin dostları yanımda olardılar. Çox-çox təəssüflər...

Tanıdığım ünülərdən də bir neçəsini dəvət etmişdim. Gəlməmişdilər. Niyə də gəlsinlər? Mən heç bir vəzifə, heç bir məqam tutmuram. Sadəcə bir yazaram, vəssəlam...Ancaq bəzən də fikirləşirəm ki, nəyləriylə ünlüdülər onlar? Qəribədi, deyilmi? Əsil ünlü olan, öz zəhmətiylə ad-san qazananlar belə olmurlar. Nəsə, onları müzakirə etmək mənim işim deyil. Canları sağ olsun...

Tədbirdə gözəl şair, publisist, ədəbiyyatçı Əli Rza Xələflinin yaradıcılığımdan yazdığı, 2 cildli “Yazıçın vətən dağı” monaqrafyasından söz açıldı. Alimlər, şairlər, yazarlar, jurnalistlər, publisistlər və oxucularım danışdılar. Kimsənin adını sadalamayacam. Belə olsa, böyük bir siyahı alınacaq. Gələnlərin hamısı mənim üçün dəyərli insanlardı. Hamısına təşəkkür edirəm. Minnətdaram zamanlarını ayırıb gəldikləri üçün. Var olsunlar!

Sonra isə “Maral” və “Badamgözlü” romanlarım təqdim edildi. Çıxış edənlər yaradıcılıq yollarımadan söz açdılar. Mənə uğurlar dilədilər.

Təyyarədə oturub olanları düşünürəm. Bir-birinə qarışıb duyğularım. Xatirələrin əlində qalmışam, çəkib-çevirə bilmirəm...

Məcburiyyət qarşısında bir gün sonra dönməyim də içimi bir tərəfdən didib-dağıdır. Arxamca uzunan Vətən torpağı, əl sallayan ağaclar, mənimlə birgə getmək istəyən Bakı küləyi...

Yerimdə otura bilmirəm. Yenə təyyarənin pəncərəsindən aşağı baxıram. Yavaş-yavaş geridə qalan Xəzərin suları dalğalanır. Sanki o da mənimlə vidalaşır...

Ulduz Qasım

yazıçı-publisist

Moskva şəhəri.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Cenub.az "Boradigah" kitabından yazdı

Cenub.az "Boradigah" kitabından yazdı

John Doe 8 saat əvvəl

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

John Doe 1 gün əvvəl

Rüstəm Behrudi: Yaradıcı adam üçün əsas məsələ nəyi yazmaq deyil, necə yazmaqdadı

Rüstəm Behrudi: Yaradıcı adam üçün əsas məsələ nəyi yazmaq deyil, necə yazmaqdadı

John Doe 1 ay əvvəl

Məmməd Əvəzoğlu: Ay Nabat

Məmməd Əvəzoğlu: Ay Nabat

John Doe 1 ay əvvəl

Şəmil Sadiq: “Ötükən Xatirələri” tədbiri davam edir +VİDEO/FOTO=29

Şəmil Sadiq: “Ötükən Xatirələri” tədbiri davam edir +VİDEO/FOTO=29

John Doe 1 ay əvvəl

Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi +FOTO=15

Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi +FOTO=15

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident “Sabah”a 5 milyon ayırdı

Prezident “Sabah”a 5 milyon ayırdı

27 avqust 2026 15:58:03
• Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib +FOTO=4}

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası isti...

27 avqust 2026 15:50:39
• Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib +FOTO=16}

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında işti...

27 avqust 2026 14:52:55
• Prezident İlham Əliyev "Sabah"ı təbrik edib}

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

26 avqust 2026 12:33:04
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com