Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb
Bu səfər Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikası Milli Şurasının sədri Riçard Raşi ilə birlikdə Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bu gün apardığımız müzakirələr zamanı parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi barədə ortaq məxrəcə gəldik", - deyə Sahibə Qafarova bildirib.
O, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd etdi.
Milli Məclisin sədri ölkələr arasında əməkdaşlığın iqtisadi, ticarət, enerji və müdafiə sahələrində inkişaf etdiyini, humanitar əməkdaşlığın isə xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Sahibə Qafarova həmçinin iki parlament arasında bu gün imzalanan Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha sıx əməkdaşlığa yol açacağını qeyd etdi.
"Digər tərəfdən, Slovakiya parlament nümayəndə heyəti Ağdam rayonunun Baş Gervend kəndinə də səfər edəcək. Məlum olduğu kimi, bu kənd Slovakiya şirkətləri tərəfindən tikilir. Qarabağın bərpasında Slovakiyanın Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndiririk. Bu kənd işğaldan azad edilmiş ərazilərdə Azərbaycan-Slovakiya dostluğunun nümunəsi olacaq", - deyə Milli Məclisin sədri əlavə etdi.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.