Polşa və Ermənistan birgə hərbi təlimlər barədə razılığa gəldilər
Polşa Müdafiə Nazirliyinin məlumatına görə, Polşa Baş nazirinin müavini və Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamış Ermənistanın müdafiə naziri Suren Papikyanla danışıqlar aparıb.
"Sabitlik, təhlükəsizlik və əməkdaşlığa maraq göstərən ölkələr bizim dialoq tərəfdaşlarımızdır. Buna görə də biz birgə hərbi təlimlərdə, hərbi akademiyalar arasında əməkdaşlıqda və Polşa ilə Ermənistanın müdafiə sənayesi arasında təcrübə mübadiləsində maraqlıyıq. Mən bu gün müdafiə naziri Suren Papikyanla müzakirə etdim", - Kosiniak-Kamış danışıqlar barədə şərh verib.
O, əlavə edib ki, Varşavada Ermənistan səfirliyində hərbi attaşe ofisinin açılması da planlaşdırılır.
"Bugünkü dünyada təhlükəsizlik təkcə hərbi güclə deyil, həm də regionun gələcəyini strateji baxımdan düşünən ölkələr arasında məsuliyyətli tərəfdaşlıq şəbəkəsi və uzunmüddətli əməkdaşlıqla qurulur", - nazir vurğulayıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.