28 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

XİN-dən Moskvada Azərbaycan səfirliyinə qarşı təxribatla bağlı SƏRT AÇIQLAMA

XİN-dən Moskvada Azərbaycan səfirliyinə qarşı təxribatla bağlı SƏRT AÇIQLAMA

Prezident “Sabah”a 5 milyon ayırdı

Prezident “Sabah”a 5 milyon ayırdı

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA

Tamilla Qulami: Biz niyə xoşbəxt olmağı bacarmırıq?

3 ay əvvəl 229 01

Tamilla Qulami:

Biz niyə xoşbəxt olmağı bacarmırıq?

Bəlkə də bu, şüurumuzun altındakı sual olsa da, günün sonunda bu barədə düşünmək ağlımıza gəlmir. Həm bəlkə məsələ xoşbəxtliyin özündə deyil. Bəlkə biz ona inanmağı unutmuşuq və ya bəlkə heç onu tanımırıq?! Bəlkə də yaddaşımızın ən dərin qatlarında sevincdən çox, yarımçıq qalmış ümidlərin, qırılmış etibarın və sağalmamış yaraların izi var. Həm deyirlər ki, xoşbəxtlik andır, uzun sürən deyil. Bəlkə də xoşbəxt edə bilməyənlərin uydurmasıdır bu... Kim bilir?

Biz travmalarla böyüyən nəsilik. Müharibə, itkilər, savaşlar yaşamışıq... Ağır uşaqlıq yaşımızda eşitdiyimiz bir söz, gördüyümüz bir baxış, bir laqeydlik bizi içimizdən qoparıb başqa birinə çevirir. Sonra illər keçir, böyüyürük, o travmalar da bizimlə birlikdə böyüyür. Onları gizlətməyi öyrənirik, amma unutmağı yox. Dostoyevskinin dediyi kimi... İnsan hər şeyə alışır və bu onun ən dəhşətli xüsusiyyətidir.

Bəli, biz ağrıya da alışırıq. Və bəzən elə buna görə onu normal saymağa başlayırıq.

Hər yeni münasibətdə, hər yeni addımda, hər yeni yolda köhnə qorxular baş qaldırır. Sanki xoşbəxt olmaq istəyirik, amma eyni zamanda ondan qaçırıq. Çünki biz artıq güvənməyi bacarmırıq.

Güvən bir dəfə qırıldıqdan sonra, o artıq əvvəlki kimi olmur. Zərbə alanda insan təkcə onu vuran adama yox, bütövlükdə insanlara qarşı ehtiyatlı davranmağa başlayır. Sonra gözünün içinə baxa-baxa birinin yalan danışdığını görəndə, həqiqətin özü də şübhəli görünməyə başlayır.

Və Nitşenin dediyi kimi bizi öldürməyən şey bizi gücləndirir. Lakin bəzən bu güclənmə daha sərt, qatı, qəddarlıq ilə qarışdırılır. Biz isə əslində güclənmirik, sadəcə hisslərimizi dondururuq, biz sevməyi buraxmırıq, onu göstərməyi dayandırırıq.

Travmalar həm də xəyanətdən də yaranır. Xəyanət isə tamamilə başqa bir səviyyədir. Və xəyanəti təkcə qadın-kişi münasibətlərinə aid etmək lazım deyil. Qan bağından, can bağından olan fərdlərlə, həmcinslərimizlə də yaşaya bilirik bunu. Və təəssüf ki, xəyanət, yalan sadəcə münasibəti yox, insanın özünə olan inamını da dağıdır. Görəsən mən nəyisə səhv etdimmi sualı içimizdə kök salır.

Və bu nöqtədə də qaçılmaz olan növbəti sual yaranır. Kimdir müqəssir və müqəssirlə nə etməliyik? İlk baxışda cavab asan görünür. Bizi aldadanlar, xəyanət edənlər, yalan danışanlar — günahkar onlardır. Və bu, doğrudur. Amma bu, tam həqiqət deyil.

Yenə Cem Yılmaz demiş, "iskoç bilim adam"ından misal gətirəcəm. Kamyu deyirdi ki, insan yalnız ümidini itirdikdə həqiqətən azad olur.

Bəlkə də biz azad olmaq üçün deyil, məsuliyyətdən qaçmaq üçün başqalarını günahlandırırıq.

Çünki bir müddətdən sonra məsələ artıq yalnız “onlar” olmur. Məsələ bizim necə yaşamağa davam etdiyimiz olur. Biz o zərbələri kimliyimizin mərkəzinə çeviririk. Biz xəyanəti yaddaşımızda yox, həyat strategiyamızda saxlayırıq.

Yaxşı, bəs müqəssirlə nə etməliyik Bağışlamalıyıqmı? Bunu etmək, robot kimi davranmaq asandırmı? Həm də bağışlamaq, geri dönməz olanı dəyişməyin yeganə yoludur deyiblər. Dəyişmək... Dəyişə bilirlərmi, dəyişirikmi? Amma unutmamalıyıq ki, bağışlamaq unutmaq demək deyil. Və bağışlamaq heç də həmişə qarşı tərəf üçün edilən bir mərhəmət deyil. Deyəsən, çox vaxt bağışlamaq özünü azad etməkdir.

Çünki biz də bəzən öz xoşbəxtliyimizin qarşısını alan tərəfə çevrilirik. Qorxularımızı qoruyuruq, divarlarımızı sökmək istəmirik, incinməmək üçün sevməməyi seçirik.

Biz isə artıq qərar verməkdən qorxuruq. Çünki hər qərar bir risk olduğunu düşünürük. Xoşbəxtlik isə risk istəyir. O, güvənmək istəyir. İnanmaq, bağlanmaq, hətta bəzən yanılmaq istəyir.

Tolstoy demiş, xoşbəxt olmaq istəyirsənsə, ol!!!

Ola bilirik ki...

Bu cümlə çox asan və sadə görünür, axı onun içində böyük bir məsuliyyət gizlidir.

Biz artıq yanılmaqdan o qədər qorxuruq ki, doğru olanı da qəbul edə bilmirik. Sanki həyatın qapısını bağlamışıq ki, içəri pis heç nə girməsin. Amma unutmuşuq ki, yaxşı şeylər də o qapıdan daxil olur.

Yadımda qalmayıb, hansısa əsərdə oxumuşdum ki, sizin sevinciniz sizin kədərinizin maskasız halıdır. Bəlkə də məsələ günahkarı tapmaq deyil. Bəlkə də məsələ o günahın həyatımız üzərində hökmranlığını bitirməkdir.

Və bəlkə də ən çətini budur. Keçmişin bizə etdiklərini gələcəyimizə etməmək.

Biz xoşbəxtliyi itirməmişik.

Sadəcə onu qorxularımızın altında gizlətmişik.

Və anladım ki, bu həyatda xoşbəxtlik huzurdadır. Huzur verən hər şey xoşbəxtlikdir...

Sizə diləyim...Moşu demiş...Xoşvaxtlıx, xoşvatlıx, xoşvaxtlıx...

Фамил Сафаров

1. Xoşbəxtlik nisbi anlayışdır - kimlərsə 300-400 manat məvaciblə xoşbəxt həyat yaşaya bilər, başqasını isə milyonlar da xoşbəxt etməyə bilər. Yəni, xoşbəxtlik əsla maddiyyatdan asılı deyil.

2. Xoşbəxtliyə gedən yol nəfsin tərbiyəsindən keçir. Nəfsi məmnun etməklə xoşbəxtlik əldə olunmaz

3. Mənəvi yoxsulluq, əxlaqsızlıq və haramlıq olan yerdə xoşbəxtlik ola bilməz.

4. Statistikaya görə, ən çox xoşbəxt insanlar həqiqəti dərk edə bilmiş şükran insanlardır.

Sadiq Musa

Bu mövzu ilə bağlı Napoleon Hilldən tərcümə etdiyim "Şeytanı Aldatmaq" kitabında cavablar var və birdir, qorxu. Bizim cəmiyyət və insanımız qorxuları ilə yaşayan cəmiyyətdir. Bütün qərarlarının və qərarsızlıqlarının arxasında qorxuları dayanır. Qorxunun idarə etdiyi cəmiyyət isə xoşbəxt ola bilməz, çünki bu qorxunun təbiətinə ziddir...

Rami Sayadlı

Bilirsiniz hər kəsin özünün düşüncə tərzi bə beyninin tutum qədəri var.İnsanlar cürbə cürdür .İnsan var hansısa bir yaxşılığı edəndə onu unutmur illərdə keçsə amma bəzilidə var ki etdiyin yaxşılığa görə səni görəndə hər zaman özünü borclu kimi hesab edir.

Yəqin buda şüur altı vəzinin tez gec qavrama sisteminin norma çərçivəsində fəaliyyətinin nəticə məhsuludur.Düşüncəni darlığı və düşüncə tərzinin hər kəsdə eyni olması mümkün deyil.Kiməsə söz tez çatır kimlərəsə izzahlarla təhlillərlə belə çatdırmaq olmur.Belə insanlara dünyanı dərk etməyən toplum deyirlər.

Qemnali Allahverenov

Həyatsevər olmaq lazımdır. Həyatsevər olmaq elə çox şey deməkdir. Qara rəngdən uzaq durun, həyatda rənglər çoxdur. Hər gününüzə şükür deyin və bizi daim izləyən Allahımızı unutmayın. Allah həmişə başımızın üstündədir. Hər kəsə və müəllifə uğurlar arzulayıram

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Alimlər aralıqlı oruc zamanı yemək üçün ən yaxşı vaxtı müəyyən ediblər

Alimlər aralıqlı oruc zamanı yemək üçün ən yaxşı vaxtı müəyyən ediblər

John Doe 1 ay əvvəl

Laboratoriyada yetişdirilən hüceyrələr retinanı bərpa edir

Laboratoriyada yetişdirilən hüceyrələr retinanı bərpa edir

John Doe 1 ay əvvəl

Alimlər hörümçək dişlərinin ən qədim dəlillərini aşkar ediblər

Alimlər hörümçək dişlərinin ən qədim dəlillərini aşkar ediblər

John Doe 1 ay əvvəl

Alimlər yüzlərlə xəstəliyin erkən aşkarlanması üçün qan xəritəsi yaradıblar

Alimlər yüzlərlə xəstəliyin erkən aşkarlanması üçün qan xəritəsi yaradıblar

John Doe 2 ay əvvəl

Rusiyada xərçəngin erkən diaqnozu üçün çip hazırlanıb

Rusiyada xərçəngin erkən diaqnozu üçün çip hazırlanıb

John Doe 2 ay əvvəl

Alimlər dəniz səviyyəsinin düşməsi səbəbindən Xəzər sahillərində dəyişikliklər qeydə alıblar

Alimlər dəniz səviyyəsinin düşməsi səbəbindən Xəzər sahillərində dəyişikliklər qeydə alıblar

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident “Sabah”a 5 milyon ayırdı

Prezident “Sabah”a 5 milyon ayırdı

27 avqust 2026 15:58:03
• Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib +FOTO=4}

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası isti...

27 avqust 2026 15:50:39
• Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib +FOTO=16}

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında işti...

27 avqust 2026 14:52:55
• Prezident İlham Əliyev "Sabah"ı təbrik edib}

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

26 avqust 2026 12:33:04
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com