Təranə Paşayeva:
Hər kəsin xoşuna gələ bilmərəm...
Ağlasam ayrı dərd, gülsəm ayrı dərd,
Yaşasam bir ayrı, ölsəm ayrı dərd,
Dünyaya yenidən gəlsəm ayrı dərd,
Hər kəsin xoşuna gələ bilmərəm.
Nə noqul, nə şəkər, bal deyiləm ki,
Dodağın üstündə xal deyiləm ki,
Vitrinə qoyulan mal deyiləm ki,
Hər kəsin xoşuna gələ bilmərəm.
Küləyin saçını darasan da mən,
Yaramla yaralar sarısam da mən,
Hər kəsin işinə yarasam da mən,
Hər kəsin xoşuna gələ bilmərəm.
Mən özüm özümü bilsəm bəsimdir,
Dərdimi verənlə bölsəm bəsimdir,
Allahın xoşuna gəlsəm bəsimdir,
Hər kəsin xoşuna gələ bilmərəm.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.