21 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Orban Macarıstanın xarici işlər naziri təyin edildi

Orban Macarıstanın xarici işlər naziri təyin edildi

Tramp İran rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqladı

Tramp İran rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqladı

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

Tramp İsrailə qarşı sərt qadağalar tətbiq etdi

Tramp İsrailə qarşı sərt qadağalar tətbiq etdi

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elxas Comərd: SÖZÜN AĞRISI, RUHUN HESABATI

2 həftə əvvəl 74 01

Elxas Comərd:

SÖZÜN AĞRISI, RUHUN HESABATI

(Əlisa Qəmgin poeziyası üzərində publisistik-ədəbi esse)

Bəzən şeir sadəcə şairin hisslərin ifadəsi olmur. O, şairin ömür qismətinə yazılan həyat qarşısında çəkdiyi çətinliklərin hesabatı zamanı, daxilində özünə verdiyi sualların yaratdığı gizli mübarizənin poetik formasına çevrilir. Bu poetik forma sonradan tək bir nəfərin yox, cəmiyyətdə bir çox insanların həyat fəlsəfəsinin nümunəsi kimi dərk edilir. Demək olar ki, bu kimi hallar və yaxudda yaşantılar bütün şairlərimizdə baş verir.

İlk gündən Facebookoda dostluğumuz başlayandan mükəmməl yaradıcılıqına görə daha çox səmimi münasibətdə olmaqa cəhd etdiyim şairlərdən biri, Əlisa Qəmgin həmişə mənim üçün fərqli tərəfdə olub. Bunun bir çox özəl səbəbləri var. Bunlardan ən birincisi və vacibi onun yaradıcılıqının çoxşaxəliliyi və ictimai, siyasi, sosial, idman və digər sahələrə böyük maraq göstərməsidir. Elə bu səbəbdən onun barəsində niyyət edib yazmaq qərarım neçə dəfə məni rahat buraxmayıb. Nəhayət...

Əlisa müəllimin səhifəsinə keçib,onun yaradıcılığına münasibətimi bildirmək üçün bir neçə şeirini seçmək məcburiyyətində qaldım. Bir neçə şeirini oxuyub, seçim edərkən bir məqamı özüm üçün tam qətiləşdirdim.

İlk başdan, birbaşa deyə bilərəm ki, Əlisa Qəmgin yaradıcılıqı oxucunu adi estetik zövqdən çıxarıb daha dərin — mənəvi və fəlsəfi qatlara aparır. Onun poeziyasında ilk diqqət çəkən cəhət məsuliyyət ideyasının ön plana çəkilməsidir. Şairin ilk seçdiyim, “ÖZ GÜNAHINDI” - şeiri oldu. Şair bu şeirində insan taleyini kənar qüvvələrə bağlamaq meylinə qarşı çıxır. Bu, təkcə dini-fəlsəfi mövqe deyil, həm də həyatın praktiki həqiqətdir. Çünki insan öz həyatının müəllifidir. Göylərə uzanan əllərdən daha çox, insanın öz daxilinə yönələn baxış burada əhəmiyyət qazanır. Şair sanki deyir;

xilası uzaqda axtarma, o sənin içindədir. Bu fikir klassik Şərq hikmətinin müasir şüurda yenidən səslənməsidir.

"Göylərə əl açıb ümid diləmək

Düşünmə, bu sənin son pənahındı.

Niyə düşünmürsən, ey yazıq

bəndə ?!

Qəlbini oyadan ruh Allahındı."

Bu bənddə olan şair insanın yalnız dua ilə kifayətlənməsini tənqid edir. Burada əsas fikir budur ki, insan məsuliyyəti yalnız göylərə yönəltməməlidir. “Ruh Allahındı” misrası isə insanın daxilindəki ilahi başlanğıcı xatırladır — yəni çıxış yolu insanın öz içindədir. Çünki insan taleyinin passiv müşahidəçisi deyil, iştirakçısı olması şeirin fəlsəfi qatının göstəricisidir.

"Qaraya qara de, ağ olsun üzün

Nur versin ömrünə səksənin, yüzün

Zülmət gecələrdə bilinsin izin

Bəlkə də açılan son sabahındı."

Bu bənddə həqiqətə sədaqət ideyası ön plana çıxır. “Qaraya qara demək” – yalnız dürüstlük göstəricisidir.

Burada, - “Zülmət gecələrdə bilinsin izin”- misrası insanın ən çətin anlarda belə öz kimliyini itirməməsini vurğulayır. Yəni, şair demək istəyir ki, mənəvi dürüstlük insanın yolunu işıqlandıran nurdur.

"Başımda fikirlər dolaşdı xeyli,

Eşqə, məhəbbətə salıblar meyli,

Qəmgin, taleyindən olma gileyli,

Yaşaya bilmədin öz günahındı."

Burada artıq müəllif daha şəxsi tona keçir. İnsan eşqə, hisslərə qapılıb həyatın əsas məqsədlərini itirə bilər.

Sonda şair özünə xitabən –" Qəmgin, taleyindən olma gileyli, Yaşaya bilmədin öz günahındı” – misrası şeirin kulminasiyasıdır.

Bu bənddə hökm var. İnsanın yaşaya bilməməsi, həyatını yarımçıq qoyması öz seçimlərinin nəticəsidir.

Şeir insan məsuliyyəti, daxili oyanış və mənəvi dürüstlük üzərində qurulub. Klassik hikmət üslubuna yaxın bir didaktik poeziya nümunəsidir.

Şairin “BƏYƏNMİR” şeiri isə artıq fərdi müstəvidən çıxaraq ictimai mühitin tənqidinə çevrilir. Burada şairin qarşılaşdığı ən böyük problem anlaşılmamaqdır. Sözə zərgər dəqiqliyi ilə yanaşan sənətkarın qarşısında zövqsüzlük, səthilik və dəyişkən münasibətlər dayanır. Cəmiyyətin “bəyənməmək” sindromu əslində onun öz daxili boşluğunun təzahürüdür. Şairin təbiətə üz tutması — arı, gül, çiçək obrazları ilə danışması — onun saf və təmiz gözəlliyə sığınmaq istəyi kimi görünür. Lakin paradoks ondadır ki, bu saflıq belə qəbul edilmir. Beləcə, şair tək qalır — amma bu təklik həm də onun həqiqətinə sadiqliyinin sübutudur. Burada “bəyənməmək” motivi təkrarlanaraq cəmiyyətin ziddiyyətli münasibətini göstərir.

"Sözdə zər axtardım, bir zərgər kimi

Düşür naşı ələ, əllər bəyənmir.

Özgə havasına durub dəm tutan

Dili topuq vuran dillər bəyənmir."

Zərgər obrazı – sözə həssas yanaşan şairin özüdür. “Dillər bəyənmir” isə cəmiyyətin səthi və dəyişkən zövqünün göstəricisidir.

"Seyr etdim yamyaşıl tər biçənəyi,

Arılar bal çəkən hər bir ləçəyi,

Vəsf etdim baxçada gülü, çiçəyi,

Tərs kimi vəsfimi güllər bəyənmir."

Şair burada doğurdanda gözəl bir vəsfi ilə mükəmməl tablo yaradır. "Vəsf etdim baxçada gülü, çiçəyi, Tərs kimi vəsfimi güllər bəyənmir". Təbiət təsvirləri (arı, gül, çiçək) – saflıq və gözəllik simvoludur, amma şair deyir ki, bu cür gözəllik belə qəbul edilmir.

"Bir gözü tox olub, bir gözü acıq

Gəlsən, ünvanımın yolları açıq

Bir ömür yaşadım, o da yarımçıq

Yarımçıq ömrümü illər bəyənmir."

Şair, - "Bir gözü"m tox oldu, "bir gözüm acıq"-deyərək ona gedən ünvan yollarının açıq olmasına baxmayaraq “Yarımçıq ömür”– yaşadım deyib, daxili narazılıq və həyatın natamamlığıdını göstərir.

Həqiqət yolunda yaşa dolmuşam

Tüstüsüz, alovsuz yanıb solmuşam

Səhra axtarmaqdan dəli olmuşam

Mən kimi dəlini çöllər bəyənmir.

Həqiqət yolunda yaşa dolub, amma tüstüsüz, alovsuz yanan insanın "Səhra axtarmaqdan dəli olmuşam,

Mən kimi dəlini çöllər bəyənmir." - deməsi çox təbiidir.

Səhrada gül bitir qələmin ilə

Sular axar olsun əməlin ilə

Sənin yaratdığın lap gəlsin dilə

Qəmgin bəyənsə də, ellər bəyənmir

Son bənddə isə çox güclü fikir var:

şair yaradır, amma onu xalq yox, yalnız özü bəyənir, özü anlayır.

Şeirin əsas ideyası onu göstərir ki, cəmiyyət o qədər laqeyidləşib, həmişə həqiqi sözü və səmimi yaradıcını dəyərləndirmir.

“ÖLƏCƏYƏM ŞERİMDƏ” - şeiri, Əlisa Qəmgin poeziyasının ən dramatik və eyni zamanda ən iddialı mətnlərindən biridir. Burada şair artıq həyatdan yox, zamandan danışır. O, fiziki ömrün sonluluğunu qəbul edir, lakin sözün ölümsüzlüyünə inanır. Şeirdə “ölmək” anlayışı bioloji yox, poetik məna daşıyır: şair özünü misralarda əridir, varlığını sözə çevirir. Bu, sənətə verilən ən yüksək dəyərdir — yaşamaq üçün yazmaq yox, yazmaq üçün yaşamaq. Eyni zamanda şeirdə cəmiyyətin intellektual qarışıqlığına işarə edilir; savadlı ilə savadsızın fərqinin itməsi, dəyərlərin aşınması fonunda şair öz mövqeyini daha da sərtləşdirir.

Şairin - “ÖLƏCƏYƏM ŞERİMDƏ” - şeiri, şeirdən çox, şairin öz poetik manifestdir. Yəni şairin öz sənətinə andı kimi səslənir.

Müjdə versən bir gün o şad xəbəri

Qəhqəh çəkib güləcəyəm şerimdə.

Addım - addım hər qayanın, hər

dağın

Hüzuruna gələcəyəm şerimdə.

Şair burada fiziki yox, ruhi ölümsüzlük ideyasını irəli sürür.

El nə çəkir, xəbəri yox şəhərin

Dan sökülür, xəbəri yox səhərin

Qəm-kədərin, xoşbəxtliyin, zəhərin

Hər dadını biləcəyəm şerimdə.

“Şeirində yaşamaq və ölmək” – sənətlə əbədiləşmək anlamındadır.

Ərşə qalxıb "sözçü"lərin qiyamı

Bilinməyir savadlısı, avamı

Belə getsə bu həyatın davamı

Mən ömrümü siləcəyəm şerimdə.

Cəmiyyətə tənqidi baxış var:

“Bilinməyir savadlısı, avamı” – dəyərlərin qarışması

Nə tez çatdım ömrümün bu yaşına

Əlim yetmir zirvələrin başına

Həsrət qalsam torpağına, daşına

Misra-misra öləcəyəm şerimdə.

Son bənd çox təsirlidir:

“Misra-misra öləcəyəm şerimdə” – bu, həm fədakarlıq, həm də sənətə qurban getmək obrazıdır.

Şeirin əsas ideyası odur ki, şair öz varlığını sözə çevirərək zamanın fövqünə qalxmaq istəyir.

“Elegiya” isə bu poetik silsilənin ən ağır, ən ağrılı nöqtəsidir. Burada fərdi hisslər milli yaddaşla birləşir. Şairin “özündən qabaq vətənə qayıdan” düşüncələri onun kimliyinin əsasını təşkil edir. Şəhid obrazı bu şeirdə sadəcə bir motiv deyil, bütöv bir faciənin simvoludur. Qan, torpaq, haray — bu sözlər artıq poetik vasitə olmaqdan çıxıb tarixi yaddaşın daşıyıcısına çevrilir. Şairin “ərş”ə yönəltdiyi suallar isə ilahi ədalət problemini ortaya qoyur. Bu, poeziyanın metafizik həddidir: insan artıq təkcə cəmiyyətlə yox, kainatın özü ilə dialoqa girir.

ELEGİYA” şeiri digərlərindən daha ağır, daha ağrılıdır və açıq şəkildə vətən mövzusunu daşıyır.

Mən hara dönürəm, hara baxıram

Sellərə dönürəm, çay tək axıram

Fikrim, xəyallarım ruhumla birgə

Vətənə qayıdır özümdən qabaq.

Baxıb keçmişinə, ağladım onu

Salıb ürəyimə, bağladım onu

Canımda, qanımda saxladım onu

Onu ağlamışam özümdən qabaq.

Hopub torpağına şəhidlər qanı

Haraylı nəfəsi... Yaralı canı

Çəkir vətənimin qanlı rəsmini

Bir cüt şəhid gözü ölümdən qabaq.

Ərşin xəbəri yox, ərş buna dözməz

Düşsə cəhənnəmin oduna, sönməz

Kimdi ərşə çıxan iblis donunda

Bu zülmü kim verir Allahdan qabaq.

Yazmağa bir sözüm qalmadı nəsə

Ruhum sığışmayır bu dar qəfəsə

Doğulub ölürəm gündə min dəfə

Məzarım göyərir ölümdən qabaq

Axıcılıq və ritm – “sellərə dönürəm, çay tək axıram” misraları daxili daşqını göstərir. Vətən motivi – şairin ruhundan da əvvəl vətənə qayıdan hissələridir. Şəhid obrazı isə milli ağrının kulminasiyasıdır. “Ərş” və “iblis” qarşıdurması – metafizik səviyyədə ədalətsizlik sualı qoyulur.

Son bənd çox güclü ekzistensial çalarlar var. “Doğulub ölürəm gündə min dəfə” – bu, artıq sırf poetik yox, fəlsəfi iztirabdır.

Əlisa Qəmgin yaradıcılığından seçdiyim bu dörd şeir də, ortaq xətt aydın görünür. Bu şairin daxili hesabatlılığı zamanı cəmiyyətlə ziddiyyət də ziddiyyət təşkil edən hallardan, sözə və sənətə sığınmağa və ən əsası, məsuliyyətin ağrısını daşımaqdır.

Əlisa Qəmgin poeziyasında diqqət çəkən mühüm xüsusiyyətlərdən biri də dilin sadəliyi ilə fikrin ağırlığı arasındakı tarazlıqdır. O, mürəkkəb fəlsəfi ideyaları sadə, anlaşıqlı ifadələrlə təqdim etməyi bacarır. Bu isə onun şeirlərini həm geniş oxucu kütləsinə yaxınlaşdırır, həm də onları düşündürücü edir.

Bu şeirlərdə ortaq bir xətt aydın sezilir: insanın özü ilə mübarizəsi, cəmiyyətlə ziddiyyəti və sonda sözə sığınması. Şair üçün söz sadəcə ifadə vasitəsi deyil, həm də sığınacaqdır. O, bu sığınacaqda həm yaşayır, həm yanır, həm də ölümsüzləşir.

Şeirin əsas ideyası şəxsi ağrı ilə milli ağrı birləşərək ümumbəşəri faciəyə çevrilməsini göstərməkdir.

Əlisa Qəmginin poetik dünyasında həm klassik qoşma ənənəsinin izi var, həm də müasir düşüncə ilə yoğrulmuş fəlsəfi qat özünü büruzə göstərir.

Nəticə etibarilə, Əlisa Qəmgin poeziyası oxucunu rahat buraxmır. O, suallar yaradır, vicdanı oyadır və insanı öz daxilinə baxmağa məcbur edir. Bu isə artıq poeziyanın ən ali missiyasıdır.

Bu yazı ilə mən də, dəyərli şairimiz Əlisa Qəmginə sağlam can sağlığı, uzun ömür və yaradıcılıq uğurları diləyirəm.

Böyük səmimiyyətlə,

Elxas Comərd.

AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

John Doe 3 saat əvvəl

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 1 həftə əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 2 həftə əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 2 həftə əvvəl

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

İlham Əliyev Antalyada Diplomatiya Forum...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
• İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim...

10 aprel 2026 14:35:25
• İlham Əliyev Litvanın Baş nazirini qəbul edib}

İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

10 aprel 2026 12:54:55
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com