26 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Belarus Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Belarus Prezidenti Mehriban Əliyevanı təbrik etdi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Rəsmiyyə Sabir: “Özündən narazı” şairin xatirəsinə

5 ay əvvəl 149 01

Rəsmiyyə Sabir:

“Özündən narazı” şairin xatirəsinə

... hələ uşaq olanda onun şeirlərini bacımın alıb gətirdiyi “Payız düşüncələri” adlı kitabından oxuyub əzbərləyirdim. Məşhur şairin “Payız düşüncələri” bir məktəblini də düşüncələrə qərq etmişdi, onu tamam fərqli bir aləmə alıb aparmışdı. Nədənsə bacım bu kitabı oxumağıma icazə vermirdi. Yəqin ki, yaşımın azlığından onu dərk edə bilməyəcəyimi düşünürdü. Lakin nə bacım mənə bu haqda bir söz deyirdi, nə də mən soruşurdum. Ancaq fürsət tapdıqca gizli-gizli “Payız düşüncələri”ni oxuyurdum və düşünürdüm...

Zaman keçəcəkdi...

Mən böyüyüb şair olacaqdım, hətta “Payız düşüncələri”nin müəllifi də mənim şeirlərimi oxuyub bəyənəcəkdi...

Zaman keçəcəkdi...

Mən Tokata “Yeşilırmak Uluslararası Şeir Şöləni”nə qatılacaqdım. “Abi” dediyim Osman Başın sonsuz zəhmətiylə araya-ərsəyə gələn bu tədbir zamanı Tokatın “Günəş” televiziyası ilə canlı yayında çıxış edərkən öz şeirlərimlə yanaşı, məşhur şairin “Bir salama dəymədi” şeirini oxuyacaqdım. Bu bir təsadüf idimi, yoxsa zərurət, deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, nədənsə o zaman öz şeirlərimlə bərabər Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini oxumaq keçmişdi qəlbimdən:

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan,

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kəsmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

...Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır.

... həm də elə gözəl (təvazökarlıqdan uzaq da olsa) oxudum ki... Bəlkə bir də heç vaxt bu şeiri o qədər gözəl oxuya bilməyəcəyəm. Təsadüfi deyil ki, o zaman mənimlə bərabər canlı yayında çıxış edən tənqidçi Əsəd Cahangir “bu şeir Azərbaycanda çox sevilir və onun xeyli sayda ifaçıları var, lakin Rəsmiyyə xanım onu xüsusi bir şövqlə, gözəlliklə söylədi” dedi.

Bunlar gələcəkdə baş verəcəkdi...

...hələ kiçik bir məktəbli Bəxtiyar Vahabzadənin “Ana dili” adlı şeirini yaddaşına köçürürdü:

Dil açanda ilk dəfə ana söyləyərik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil, - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

İllər keçirdi, uşaqlıq yavaş-yavaş arxada qalırdı. Gənclik illəri... Yenə də Bəxtiyar Vahabzadənin şeirləri biz gənclərin dilindən düşmürdü:

...Dağlara dırmanıb ardımca qoşdun,

Özgə buludlara qarışan mənəm.

Taleyin hökmüylə sən çox vuruşdun,

Bu ağır hökm ilə barışan mənəm.

Yandıran da mənəm, yaxılan da mən.

Döyən də,

Vuran da, yıxılan da mən!

Ayrıldıq...

Bilmədik,

Neçin,

Nədən biz?

Ayrıldıq...

Ayrılıq istəmədən biz.

Zaman keçirdi, ömürdən illər bir-birini əvəz edirdi. Bəxtiyar Vahabzadənin qəzet, kitab səhifələrinə yazdıqları ürəyimizə yazılırdı:

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə bundan razıyam ki,

Özümdən narazıyam.

...bəli, o, özündən narazı idi. Şair kimi, insan kimi, yoxsa vətəndaş kimi? “Gülüstan” poemasının, ana dili, muğam və başqa milli-mənəvi dəyərlər haqqında yüzlərlə şeirin müəllifi nədən narazı idi? Bəlkə:

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstə qandırdı muğam.

-deyən şair hələ vaqif ola bilmədikləri üçün özündən narazı idi. Deyə bilmərəm. Yəqin ki, bu sualın dəqiq cavabını yalnız o özü verə bilərdi. Türk Dünyasının Bəxtiyar Vahabzadəsi. O, isə indi haqq dünyasındadır və kim bilir, hansı suallara cavab verir...

Allah sənə rəhmət eləsin, Şair!

Mərhum şairin əziz xatirəsinə sayqılarla: Rəsmiyyə Sabir

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

Hindistanın Azərbaycandakı Səfirliyində “Bihar Diwas” qeyd edilib

John Doe 1 həftə əvvəl

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

Leyla Əliyeva öz sözlərinə yazdığı mahnını paylaşdı

John Doe 2 həftə əvvəl

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

Fidan Hacıyevadan 50 illik yubileyinə möhtəşəm sənət töhfəsi +VİDEO

John Doe 2 həftə əvvəl

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

Hindistanın Azərbaycandakı Səfiri İsmayıllının zəngin mədəni və təbii irsi ilə tanış olub +FOTO=5

John Doe 4 həftə əvvəl

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

Azərbaycanda ilk dəfə "AVAZ” Gənclərin Xor Düşərgəsi keçiriləcək

John Doe 1 ay əvvəl

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

“Hindistanın UNESCO Dünya İrs Siyahısına daxil edilmiş abidələri” mövzusuna həsr olunmuş daimi sərginin açılışını edib

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik e...

26 avqust 2026 12:33:04
• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür}

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın do...

26 avqust 2026 10:45:29
• Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub +VİDEO, FOTO=29}

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin...

25 avqust 2026 22:05:33
• Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO, FOTO=7}

Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO,...

25 avqust 2026 21:48:04
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com