Güləşçilərimiz Bağırovla Əmiraslanov AÇ-nin finalında
Dünən Xorvatiyanın Zrenyan şəhərində 23 yaşlı (U-23) gənclər larasında idman güləşi üzrə Avropa çempionatına sərbəst güləşçilərin çıxışı ilə start verilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmiz bu turnirə 10-u sərbəst güləşçi, 6-si qadın və 10-u da yunan-Roma güləşçisi olmaqla 26 idmançı ilə qatılıb. Çempionatın ilk günü beş müxtəlif çəki dərəcəsində (57, 65, 70, 79 və 97 kq) olan sərbəst güləşçimiz döşək üzərinə çıxaraq mübarizəyə qatılıb. Besliyimizdən ikisi - Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) daha inamla çıxış edərək finala yüksəlib. Bu gün həlledici finalda Bağırov rusiyalı Ayanday Ondarla, Əmiraslanov isə İsmayıl Xaniyevlə (Rusiya) qarşılaşacaq. Digər təmsilcilərimizə gəlincə, Musa Aqayev (65 kq) bürünc medal uğrunda erməni Aram Musikyanla, Zəfər Əliyevsə (97 kq) Davide Kossu (İtaliya) - Emircan Kılıç (Türkiyə) cütün qalibi ilə qarşılaşacaq. Ramik Heybətov (70 kq) isə bürünc uğrunda mübarizəni təsəlliverici görüşlərə davam etdirəcək.
Bu gün eyni zamanda daha 5 çəki dərəcəsində sərbəst güləşçimiz mübarizəyə qatılacaq.
Çempionata martın 15-də yunan-Romaçıların son həlledici final görüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.