"Barselona"nın keçmiş oyunçusu Əl Haddadi ölkədəki vəziyyətlə əlaqədar olaraq İrandan qaçıb
İranın "İstiqlal" klubunda oynayan "Barselona"nın keçmiş oyunçusu Munir El Haddadi ölkədəki vəziyyətlə əlaqədar olaraq İrandan qaçıb.
30 yaşlı mərakeşli hücumçu bölgədə şiddətli döyüşlərin başlamasından sonra təhlükəsizlik səbəbi ilə Türkiyəyə qaçıb.
Bildirilir ki, El Haddadi, İranda da oynayan digər oyunçu İvan Sançezlə birlikdə quru yolu ilə Türkiyəyə gedib.
"Dünən ölkəni təyyarə ilə tərk etmək niyyətində idim, amma son anda təyyarədən endirildik və uçuş ləğv edildi. Klub mənə ölkəni tərk etmək üçün maşın verdi. Bunun sayəsində sərhədi maneəsiz keçə bildim. Hazırda Türkiyədəyəm və yaxın saatlarda İspaniyaya yola düşəcəyəm", - El Haddadi deyib.
Karyerasına "Barselona"da başlayan mərakeşli kataloniyalılarla üç La Liqa və bir UEFA Çempionlar Liqası titulunu qazanıb. Bu mövsüm hücumçu İran liqasında 26 oyunda oynayıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.