29 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan və Maldiv adaları viza rejimini ləğv edib

Azərbaycan və Maldiv adaları viza rejimini ləğv edib

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Samir ƏSƏDLİ: Söz yeri gələndə danışan qələm

3 ay əvvəl 169 01

Samir ƏSƏDLİ:

Söz yeri gələndə danışan qələm

“Yollar yoldaşımdır, yollar sirdaşım” deyən adamın taleyi də, qələmi də səssiz ola bilməz. Bu misra Əli Nəcəfxanlının təkcə poeziyasının yox, bütöv yaradıcılıq və həyat yolunun ifadəsidir. O, sözə ömür yükü kimi baxan yazarlardandır. Publisistikası ilə poeziyası bir-birindən ayrılmır, biri o birinin davamı kimi axır. Faktın içində duyğu, duyğunun içində mövqe var. Elə buna görə də Əli Nəcəfxanlı oxucuya sadəcə publisist yox, şair ruhlu publisist kimi tanışdır.

Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlıdandır. Bu mənsubiyyət onun sözündəki dağ möhkəmliyini, səbrini və təmkinli etirazını aydın şəkildə duyurur. Onun yazılarında bu mənşə təkcə bioqrafik fakt kimi yox, mənəvi dayaq kimi hiss olunur. Sumqayıtda 17 nömrəli orta məktəbi bitirib, ali təhsil alıb. Müxtəlif sahələrdə çalışdıqdan sonra həyatını mətbuatla bağlayıb. Uzun illər AzTV-də fəaliyyət göstərməsi onun peşəkar jurnalist kimi formalaşmasında mühüm rol oynayıb. Televiziya mühiti ona hadisəyə operativ baxmaq, sözün çəkisini ölçmək, məsuliyyəti anlamaq vərdişi qazandırıb. Hazırda “Xalq” qəzetinin əməkdaşıdır və dövlət mətbuatında ardıcıl, prinsipial yazıları ilə seçilir.

Onun bölgələrə həsr etdiyi məqalə və oçerklərdə quru məlumat yoxdur; bu yazılarda insan taleyi var, torpaq zəhməti var, gündəlik həyatın ritmi, zamanın yaratdığı dəyişikliklər var. Yaradıcı insanlardan yazanda isə sadəcə təqdim etmir, anlayır, dərinliyə gedir. Əli Nəcəfxanlı üçün publisistika danışmaq məsuliyyətidir. Elə buna görə də o, yeri gələndə susanları nə yazıda, nə də şeirdə bağışlayır. Bu, onun qələminin əsas prinsipidir.

Bu mövqe onun poeziyasında da açıq görünür. Cəmiyyətə ünvanlanan sərt, amma ədalətli çağırış ruhunda yazılmış aşağıdakı şeir publisist düşüncə ilə şair qəzəbinin qovuşduğu nümunələrdəndir.

Çox dilli dilavər kişilər var ki,

Dinib danışmırlar yeri gələndə.

Kolun arxasına dovşansayağı

Sinib danışmırlar yeri gələndə.

Söhbətə başlayıb yaxşı-yamandan,

Misal da çəkirlər Sahib-zamandan.

Amma nə sirdisə, dindən, imandan

Dönüb danışmırlar yeri gələndə.

Səngərə çevirib dalanı, tini,

Atəşə tuturlar şeytanı, cini.

Külək hardan əsir, bilirlər yəni

Sönüb danışmırlar yeri gələndə.

Elə qızırlar ki şöhrətə, taca,

Dönürlər yuxanı yandıran saca.

Ar-ayıb demədən lap ayağacan

Enib danışmırlar yeri gələndə.

Bu şeir təkcə poetik mətn deyil, vətəndaş mövqeyidir. Burada şairin dili ilə publisistin sualı səslənir. Susmaq da seçimdir, amma bu seçimlə razılaşmayan bir qələm var. Və bu qələm vicdanın tərəfində dayanır.

Əli Nəcəfxanlının poeziyasında zaman, ömür və itkilər ayrıca bir xətt təşkil edir. Gəncliyin səssizcə əldən çıxması, illərin insandan apardıqları kövrək, amma dürüst boyalarla təqdim olunur.

Zaman dedikləri alıcı quşdu,

İllər gəncliyimi alıb apardı.

Sandım ki, başımdan papağım uçdu,

Yellər gəncliyimi alıb apardı.

Dəyişə-dəyişə ayrısı oldum,

Sözə könül verdim, sayrısı oldum.

Kəpənəyi oldum, arısı oldum,

Güllər gəncliyimi alıb apardı.

Bilməzdim qocallam, düşər rütbələr,

Sevinc tək-tək olar, qəm cüt-cüt gələr.

Alçaq badalaqlar, xain fitnələr,

Fellər gəncliyimi alıb apardı.

Başımın üstündə bitdi qocalıq,

Həmən qanadımı ütdü qocalıq.

Üzümü torpağa sürtdü qocalıq,

Sellər gəncliyimi alıb apardı.

Bu misralarda şikayət yoxdur, dərk var. Zamanla barışmaq yox, onun qiymətini anlamaq var. Bu, həyatla səssiz, amma dərin dialoqdur.

Onun şeirlərində payız da sadə fəsil deyil, ruh halıdır. Bu payız şeiri daxili boşluğun, gecikmiş hisslərin poetik ifadəsidir.

Bu payız özünə oxşamadı heç,

Eləcə vaxtını ötürdü, getdi.

Dünyanı güldürən gözəllikləri

Görməmişsayağı götürdü, getdi.

Bu payız könlümü oxşamadı heç.

Əli Nəcəfxanlının şeirləri “Azərbaycan” və “Ulduz” jurnallarında, “Ədəbiyyat” qəzeti, “525-ci qəzet” və Türkiyə dərgilərində dərc olunub. AYB-nin Sumqayıt bölməsinin tədbirlərində fəal iştirak edir. Ədəbi prosesə kənardan baxan yox, onun içində olan qələm sahiblərindəndir.

O, həm də məhsuldar müəllifdir. “Uğur olsun, Qarabağ”, “Ürəyimi döyən həvəs”, “Payız prospekti”, “Ürəyimdir yazanım”, “Söz yerə düşməsin” adlı bədii-publisistik və şeir kitabları onun yaradıcılıq yolunun əsas mərhələlərini əks etdirir. Bu kitabların hər birində Qarabağ ağrısı ilə şəxsi taleyin, zamanın sərt sualları ilə insanın daxili dünyasının kəsişməsi hiss olunur. O, sözü yerə salmamağı həm yaradıcılıq prinsipi, həm də mənəvi mövqe kimi qəbul edir.

Əli Nəcəfxanlının yaradıcılıq dairəsi bununla məhdudlaşmır. O, dünya ədəbiyyatını da Azərbaycan oxucusuna yaxınlaşdıran qələm sahiblərindəndir. Corc Oruelin “Kataloniyaya məhəbbətlə”, “Birma günləri”, “Keşiş qızı”, Nil Geymanın “Koralina” və “Qapı arxası” əsərlərini dilimizə çevirərək oxucuya təqdim edib. Bu tərcümələrdə sadəcə mətn yox, müəllif ruhu, əsərin atmosferi qorunub saxlanılıb. Bu da onun sözə yanaşmasının başqa bir məsuliyyət tərəfidir.

Əməyi dəfələrlə qiymətləndirilib. Jurnalist müsabiqələrinin qalibi olub, Həsənbəy Zərdabi və San Yarlığı mükafatlarına layiq görülüb. Diplom və fəxri fərmanlarla təltif edilib. 2019-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb. 2021-ci ildən Prezident təqaüdçüsüdür.

Əli Nəcəfxanlı publisist kimi zamanın ağrılarını yazır, şair kimi bu ağrıların insan ruhunda buraxdığı izi göstərir. Əslən Yardımlıdan gələn dağ dözümü, Sumqayıtda formalaşan həyat təcrübəsi və sözə sədaqət onu müasir Azərbaycan mətbuatında şair ruhlu publisist kimi fərqləndirir. Onun yazıları və şeirləri bir həqiqəti xatırladır: söz yeri gələndə danışmaq lazımdır. Susmaqla nə yol gedilir, nə də vicdan rahat olur.

Samir ƏSƏDLİ,

VHP sədrinin müavini

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 1 saat əvvəl

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

John Doe 4 saat əvvəl

Sənsizliyin qırxıncı günü

Sənsizliyin qırxıncı günü

John Doe 1 gün əvvəl

Bu gün görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

John Doe 1 gün əvvəl

"Çeşmə" ədəbi məclisinin növbəti yığıncağı keçirildi

"Çeşmə" ədəbi məclisinin növbəti yığıncağı keçirildi

John Doe 2 gün əvvəl

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “AB...

29 aprel 2026 00:08:22
• Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar}

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət...

29 aprel 2026 00:05:33
• Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər}

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət e...

29 aprel 2026 00:03:10
• Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər}

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələ...

28 aprel 2026 23:59:17
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com