Azərbaycan futbol klubları təlim-məşq toplanışları çərçivəsində bir sıra yoldaşlıq oyunları keçirəcək
Bu gün Azərbaycan futbol klubları növbəti yoldaşlıq oyunlarını keçirəcəklər.
Hazırda Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) təlim-məşq toplanışında olan "Neftçi" Çinin "Çendu Ronçenq" komandası ilə qarşılaşacaq.
"Ağ-qaralar" daha əvvəl Misirin "Piramidas" klubu ilə 1-1 hesablı heç-heçə etmiş və Qazaxıstanın "Kayrat" komandasını (3-0) məğlub etmişdi.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Zirə" və "Qarabağ" bu gün də iki yoldaşlıq oyunu keçirəcəklər. Paytaxt klubu Ukraynanın "Oleksandriya" və Çexiyanın "Bohemians 1905" komandaları ilə qarşılaşacaq. Ağdam komandası Bakı vaxtı ilə saat 12:00-da Xorvatiyanın "Osijek" klubu və saat 19:00-da Polşanın "Zaqlenbi" klubu ilə qarşılaşacaq.
Daha əvvəl "Zirə" Rumıniyanın "Çiksereda" (3-3) klubu ilə heç-heçə etmişdi, "Qarabağ" isə Özbəkistanın "Neftçi Fərqanə" komandasını 5-0 hesabı ilə məğlub etmişdi.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.