24 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. ARAŞDIRMA - QALMAQAL
ARAŞDIRMA - QALMAQAL

XATİRƏ ƏZİZ: O qədər haqsızlıqlar var ki, jurnalist kimi bilmirəm hansı birini deyim

3 ay əvvəl 106 01

XATİRƏ ƏZİZ:

O qədər haqsızlıqlar var ki, jurnalist kimi bilmirəm hansı birini deyim

Azərbaycan Yazıçılar Birliyinin Sədri, cənab Anar Rzayevə,

Azərbaycanın Xalq şairlərinə,

Azərbaycanın Xalq yazıçılarına,

Azərbaycanın ziyalılarına,

Azərbaycanın millət vəkillərinə şair-publisist, jurnalist Rəhimli Xatirə Əziz qızı (XATİRƏ ƏZİZ) tərəfindən

AÇIQ MƏKTUB

Hörmətli cənablar!

Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, vicdanınız oyansın, vicdanınız yatmasın. Şair-jurnalist kimi, ədəbiyyat adamı kimi, ziyalı xanım kimi etdiyim bu müraciəti ölkə prezidenti cənab İlham Əliyevə çatdırın.

Azərbaycan dövləti, milyonlar səltənəti olan dövlət olaraq VƏTƏNDAŞına, yəni mənə-şair-jurnalist Rəhimli Xatirə Əziz qızına sahib çıxın!

Şair-jurnalist kimi 10 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dəfələrlə yazılı olaraq müraciət edirəm və həmçinin Prezident Administrasiyasında hər il mənzil problemimlə bağlı məmurların qəbuluna gedirəm.

Amma çox-çox təəssüf olsun ki, məmurlar mənim ərizəmi, şikayətimi, müraciətimi ölkə prezidenti cənab İlham Əliyevə çatdırmırlar.

Mənzilim yoxdur, ailə üzvlərimlə birgə neçə illər ərzində 39 dəfə kirayə mənzillərə köçmüşük. Uzun illərdir ki, kirayələrdə, zirzəmilərdə, daxmalarda çərləyib çürüyürəm. Hələ də yarımzirzəmidə min-bir əzab içində yaşayırıq. Otaq suyun içindədir. Divarlardan qapqara kifli su axır. Zirzəminin döşəməsi daşdandı. Demək olar ki, hamımız xəstələnmişik bu şəraitsizlikdən.

Hörmətli cənablar!

Şair-jurnalist kimi düşünürəm ki, yəni bu məmləkətdə bütün ziyalıların, bütün Xalq şairlərinin, bütün Xalq yazıçılarının, bütün millət vəkillərinin vicdanı yatıbmı?

Hanı sizlərin vicdanınız, cənablar. Ədəbiyyat adamı kimi vətəni üçün sağlamlığını itirən ziyalı bir xanımın həyatı zirzəmilərdə məhv olur, sizlər isə susursunuz. Hanı bəs sizlərdə olan vicdan, hanı?

Yəni bu ölkədə bütün vəzifəli şəxslər, məmurlar vicdanını tamamilə itiribmi?

Vicdanınız yatıbsa, oyansın. Belə qəlbidaş olmayın, insafınız olsun bir qədər də olsa.

Sizlərə ədəbiyyat adamı kimi, bu VƏTƏN üçün şair-jurnalist kimi uzun illərdi cəbhə bölgələrinə, sərhəd bölgələrinə saysız-hesabsız səfərlər edən, ana Vətəni qoruyan əsgərlərin qarşısında Vətənpərvərlik mövzusunda saysız-hesabsız odlu-alovlu çıxışlar edən ziyalı xanım kimi müraciət edirəm.

Bu dövlət üçün, bu Vətən üçün şair-jurnalist kimi böyük qürurla deyirəm ki, mənim çox yüksək əməyim var.

Xatırladım şair-jurnalist kimi neçə illərdir ki, hələ 44 günlük Vətən müharibəsindən əvvəl də, Qələbədən sonra da cəbhə bölgələrinə, sərhəd bölgələrinə səfərlər etmişəm.

Şair-jurnalist kimi çox sevdiyim ana Vətənimə xidmət edirəm.

Qarabağın, Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın o möhkəm soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm oldu, bronrxlarımda dəhşətli dərəcədə allergiya yarandı. Butün bunların da nəticəsində Bronxial Astma xəstəliyinə düçar oldum.

Cənab yüksək vəzifəli şəxslər, məmurlar, mən, neft-qaz ölkəsi olan, dünyada milyonlar səltənəti kimi tanınan zəngin Azərbaycanın VƏTƏNDAŞıyam axı.

Nə üçün mən zirzəmilərdə çərləyib çürüməliyəm? Axı mən şair-jurnalist kimi Vətənim üçün sağlamlığımı bir qədər itirmişəm. Mən müalicəylə yaşaya bilirəm.

Cənablar, bir ədəbiyyat adamının, şair-jurnalistin, ölkənin ziyalı xanımının uculub-dağılan daxmalarda, sopsoyuq zirzəmilərdə həyatını cavan yaşda itirməsinə imkan verməyin.

Cənablar, ola bilməz ki, sizin Allahınız olmasın. Ola bilməz ki, siz Allahı tamımayasınız. Ola bilməz ki, sizin Allahdan bir az da olsa qorxunuz olmasın. Ola bilməz ki, sizin hamınızın ürəyi qara daş olsun.

Bu, mümkün ola bilməz axı.

Ola bilməz ki, dövlətin idarəçiliyində olan bütün yüksək vəzifəlilər və bütün məmurlar, insafsız, zalım, daşqəlbli olsun.

Mən buna inanmaq istəmirəm.

Əgər mən, uzun illərdir zülüm içində, dözülməz, əzablı günlərlə yaşadığım zirzəmidə ağrı-acı içərisində bu dünyadan köçsəm, mənim də, bacılarımın da, ailə üzvlərimin də əllərimiz hər iki dünyada bu dövlətin idarəçiliyində olanların, yüksək vəzifəli şəxslərin, məmurların yaxasında olacaq.

#Cənablar, bu, Azərbaycan dövləti adına çox utancverici hal olar. Dövlət adına ayıb olar.

Şair-jurnalist kimi, Azərbaycan VƏTƏNDAŞı kimi hələ də başa düşə bilmirəm ki, bu, necə DÖVLƏTdir?...

Dövlət belə olurmu yəni?

Dövlət belə idarə olunmalıdırmı?

Hər ay mütəmadi olaraq müalicə qəbul edirəm. Çünki müalicə olunmasam nəfəs ala bilmirəm, boğuluram, nəfəsim çatmır.

Zülüm içində ürəyim qubar ola-ola yaşadığım, çat-çat olan divarlarından qara su axan bu yarımzirzəminin qapısını heç bir məmur açmır.

Hər ay müalicəmin də vəsaitini ailə üzvlərim ödəyir. Xəstəlikdən əziyyət çəkən insan üçün çox əzablıdı uçuq-sökük soyuq zirzəmidə yaşamaq, əzablı ömür sürmək.

2000-ci ildən bugünə kimi yaradıcı şəxslərə Yazıçılar Birliyi tərəfindən bir neçə dəfə mənzil verilib. Yazıçılar Birliyinin Sədri tərəfindən sonuncu dəfə 2023-cü ilin noyabrında 21 nəfər yaradıcı şəxsə mənzil verildi. Hamıya da məlum oldu ki, bu bölgü obyektiv şəkildə aparılmadı.

O da bilindi ki, hətta 1-2 yerdə evi-mənzili olanlara yenidən mənzil verildi.

25 ildir ki, jurnalist kimi mətbuat sahəsində çalışıram. Jurnalistlərə 3 yaşayış binası tikildi. 5 il ərzində o yaşayış binalarındakı mənzillər jurnalistlərə verildi.

Jurnalistlər üçün tikilmiş 3-cü yaşayış binasının isə bir neçə nəfərin ölkə prezidentinə etdiyi müraciətinə görə təynatı dəyişdirildi.

Hansı ki, o müraciəti imzalayanların fərdi yaşayış evləri, bağ evəri, hündürmərtəbəli yaşayış evində mənzilləri, hətta bəzilərinin villası da var.

Həmçinin o müraciətdə imzası olanların bir çoxu jurnalistlərə verilən 1-ci və 2-ci yaşayış binasında mənzillə təmin olunublar.

Bir məsələni də vurğulayım ki, jurnalistlər binasında mənzilləri ola-ola yenidən dövlət tərəfindən mənzillə təmin olunanlar həmin artıq olan mənzillərini kirayə veriblər.

Bu da acı bir reallıqdır.

Onu da deyim ki, istər Yazıçılar Birliyində, istərsə də jurnalistərə verilən mənzil bölgüsündə mənzili ola-ola mənim mənzil haqqıma girənləri heç vaxt, heç zaman bağışlamayacağam.

Əlim hər iki dünyada mənzil haqqımı əzənlərin, məni daxmalarda, zirzəmilərdə çürüdənlərin, kirayələrdə ürəyimi qubar edənlərin yaxalarında olacaq.

Hörmətli Xalq yazıçısı Anar müəllim!

Siz Yazıçılar Biriyinin katibləri ilə bağlı, eləcə də digər əməkdaşları ilə bağlı dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə onlara mənzil verilməsilə bağlı TƏQDİMAT göndərmisiniz.

Onlar da fərdi qaydada ölkə prezidenti tərəfindən SİZin TƏQDİMATınıza əsasən mənzillə təmin olunublar.

Hörmətli Anar müəllim.

SİZdən xahiş edirəm ki, mənimlə bağlı da ölkə Prezidenti cənab İlham Əliyevə TƏQDİMAT göndərin, Prezident məni də mənzillə təmin etsin.

Səhhətimdə çox-çox ciddi problem yaranıb. Divarı, döşəməsi su içində olan daxmalarda, zirzəmilərdə yaşaya bilmirəm daha. Canım dözmür, ürəyim qubar olur kirayələrdə...

Yeri gəlmişkən onu da söyləyim ki, Yazıçılar Birliyində olduğu kimi jurnalistlərlə bağlı mənzil bölgüsü də qətiyyən düzgün həyata keçirilmədi. O yaşayış binalarında da, bir çox mənzilləri bir neçə yerdə mənzili olanlara verdilər. Çox böyük ədalətsizlik baş verdi. Bu ölkədə nə qədər ədalətsizlik baş verir ey Böyük Allah?

Rəbbim, məgər SƏN Azərbaycandakı ədalətsizlikləri, haqsızlıqları görmürsənmi?

Allahım, heç olmasa SƏN izin vermə ki, bu ölkənin məmurları ədalətsizlik, haqsızlıq etsin.

Ey Böyük Allah, yoxsa SƏN də Azərbaycanın idarəçiliyində olan vəzifəli şəxslər kimi, məmurlar kimi bu XALQı unutmusan, yaddan çıxarmısan?

Bir daha söyləyirəm, çox-çox təssüflər ki, mənə nə Yazıçılar Birliyi tərəfəfindən mənzil verilmədi, nə də ki, jurnalistlər üçün tikilmiş hündürmərtəbəli yaşayış evlərindəki mənzillərdən verilmədi.

Azərbaycan adlı bu kiçik məmləkətdə o qədər böyük ədalətsizliklər, o qədər böyük haqsızlıqlar var ki, jurnalist kimi bilmirəm hansı birini deyim.

Cənablar, haqq-ədalət belə olurmu?

İdarəçilik belə aparılırmı?

İnanın ki, belə haqq-ədalət olmaz.

Bəlkə sizlər üçün haqq-ədalət bu cürdür?

P. S. Bu məsələyə aidiyyatı olan dövlət qurumlarının rəhbərləri, ədalət tərəzisinin çəki daşlarını əllərinizlə niyə əyirsiniz?

P.S.S. Unutmayın ki, Böyük Allah yer üzündə qara daşın üstündə qara qarışqanı da görür.

P. S.S.S. Onu da unutmayın, Yer üzünün də, Göylərin də Sahibi var. Bu dünya belə qalmaz.

P.S.S.S.S. Ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı, şair-jurnalistə qarşı bu qədər qanunsuzluq, bu qədər ədalətsizlik, bu qədər haqsızlıq olarmı cənablar?

Yerlərin-Göylərin Sahibi olan Sahiblər Sahibinin nə vaxtsa bu ölkənin ədalətsizlik edən, haqsızlıq edən vəzifəli şəxslərinə, məmurlarına çox böyük qəzəbi tuta bilər...

XATİRƏ ƏZİZ Rəhimli

Şair-publisist, jurnalist

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Azərbaycan Jurnalistlər Bilyinin üzvü

28 dekabr 2025

Шамсаддин Бабаев

YURDDA GEDİR SİÇAN-PİŞİK OYUNU...

Yurdda gedir siçan-pişik oyunu,

Qurd da oynadır on milyon qoyunu.

İndi guya evin yıxıb Ramizin -

Qurd oğluna yaman tutub toyunu.

Dövlətdə, Hərbdə general quldurdu,

Qurd nə tez unutdu əzəl soyunu.

Fövqəladə durumda xalq mat qalıb,

Qurd sevinir hər gününü, ayını.

Şəhidin* qisasın Dövlətdən alıb,

Şəms yerə soxacaq onun boyunu.

Şəhid - Oğlum, General Polad Həşimovun Tibb xidməti rəisi baş leytenant Dr.Rəşid Babayev

MİLLİ QƏHRƏMAN ATASI

ƏBURƏŞİD Dr.Şəmsəddin

02.12.2025, 08:05-08:25

Xəlil Yunusov

Âparatda necə necə adamlar ýox necəňəfərlər var ki tytdyglari vəzifədə yox sahədə küçə süpürməyə laýiqdilərhəmən

Hidayət Ölməz

Başına min cür bəzək vuran Elza Seyidcahan AYB-NİN üzvüdür. Müğənnidir, şair, yazıçı deyil. Mən 44 ilin yazarı AYB-NİN üzvü deyiləm. Bilə-bilə buna susurlar, görə-görə göz yumurlar.

Nüyvər Şərifova

Gözəlim..O gün yazıçılara getdim.Qapısına çataçatda maşın saxladığını gördüm..İçində Anar müəllim düşdü...Qorxdum..İnan Allaha ki,bir dəqiqəyə bir addım atşrdı.Balaca uşaq kimi görünü.Adını çağırdım eşitmədi.iki metir məsafəmiz vardı.Salamlaşmaq istəyirdim...Eşitmədi deyə üstünə getmədim.

Arxasınca keçmək istədim növbətçi hara getdiyimi soruşanda artıq əsəbləşdim.Elə bil Azərbaycan əsarətdədi

Vətəndaşlarda quldurdu

Aləmzər Sadıqqızı

Bizim ən böyük səhvimiz odur ki, biz hələ də həyata inanmaq istəyirik...Həyatın tələbi başqadır...Biz onları yox, özümüzü dəyişməliydik...bunu bacarmadıq... Heç kimdən incimirəm...Bagişlamadığim tək biri var...Onun adı Aləmzər Sadıqqızı dı...Vəssalam!!!!

Gülnarə Məmmədova  ·

Vurğuladığın,səlahiyyətli orqanlarda oturanların hamısı qocalıb,qocalmışların ürəyi ,həssas damarları, hissiyatları özləri kimi qocalıb ölüb.Onlar bir kötüyə bənzəyir,vicdanları qanları donub.Rəhmlilik,duyğuları ölüb.Onlar əzablı əziyyətli xalqını,vətəndaşının nələr çəkdiyini duymur,hiss etmir.Allah qəlblərinə,donmuş ürəklərinə mərhəmət versin.Allah sizi arzunuza çatdırsın,üzünüz gülsün sevinin.Amin.2026 düşərli il olsun.

Sərdar Əlibəyli

AY(ı)B kolxozundan və onun əbədi sədrindən ayıbsız işlər ummaq, mərhəmət gözləmək bir az sadəlövhlük kimi görsəndi mənə, ama yenə də Allahdan ümid kəsilməz, bakalım Mövlam neylər, neylərsə gözəl eylər, qışlaqda doğan quzunun otunu Mövlam yaylaqda bitirər, Tanrı köməyin olsun, Xatirə ...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

John Doe 2 saat əvvəl

Keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum ediləcək

Keçmiş müdafiə naziri 10 il müddətinə azadlıqdan məhrum ediləcək

John Doe 2 saat əvvəl

İran parlamentinin spikeri istefa verdi

İran parlamentinin spikeri istefa verdi

John Doe 2 saat əvvəl

İrəvanda radikallar Türkiyə bayrağını yandırıblar

İrəvanda radikallar Türkiyə bayrağını yandırıblar

John Doe 2 saat əvvəl

Ermənistan məhkəməsi Serj Sarkisyanın qardaşı qızının əmlakını müsadirə edib

Ermənistan məhkəməsi Serj Sarkisyanın qardaşı qızının əmlakını müsadirə edib

John Doe 1 gün əvvəl

Ərdoğan məktəb hadisələrindən sonra silah nəzarətinin sərtləşdiriləcəyini açıqladı

Ərdoğan məktəb hadisələrindən sonra silah nəzarətinin sərtləşdiriləcəyini açıqladı

John Doe 2 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyas...

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
• İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim...

10 aprel 2026 14:35:25
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com