"Real Madrid" "Barselona"dan milyonlarla dollarlıq təzminat tələb etmək niyyətindədir
"Real Madrid" texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyranın işi ilə bağlı "Barselona"dan çoxmilyon avro təzminat tələb etməyi planlaşdırır.
"Real Madrid" katalonların Neqreyra ilə əməkdaşlığının "Real Madrid"ə ziyan vura biləcəyinə inanır. Buna görə də, Madrid "Barselona"ya qarşı müvafiq iddia qaldırmağı düşünür.
2023-cü ildə "Barselona" İspaniya Kral Futbol Federasiyasında işləyən Neqreyraya ödənişlərlə bağlı rüşvətxorluqda ittiham olunub. Müstəntiqlər hesab edirlər ki, "Blaugrana" 2001-2018-ci illər arasında ona təxminən 8,4 milyon avro məbləğində vəsait köçürüb.
"Barselona" iddia edir ki, Neqreyra texniki hakimlər haqqında hesabatlar hazırlamaq üçün xarici məsləhətçi kimi işə götürülüb. Keçmiş CTA vitse-prezidenti özü hakimlərə təsir göstərmək üçün pul aldığını inkar edir.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.