Boksçumuz Maqomedəli Aşurəliyev rinqə çıxır
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində kişilər arasında boks üzrə növbəti dünya çempionatına start veriləcək. Dekabrın 13-dək davam edəcək mundialda Azərbaycan da daxil olmaqla, 120 ölkənin boksçusu medallar uğrunda yarışacaq. Ölkəmiz sözügedən turnirə baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında 11 boksçu ilə qatılıb. Bu gün Azərbaycan komandasından ilk olaraq Maqomedəli Aşurəliyev (60 kq) rinqə çıxacaq. 1/32 finaldan mübarizəyə qatılan boksçumuz startda Visd Barnorla (Syerra-Leone) qarşılaşacaq.
Yeri gəlmişkən, mundialın mükafat fondu 8 milyon dollar təşkil edir. Reqlamentə görə ilk üç yeri tutan boksçular müvafiq olaraq, 300, 150 və 75 min ABŞ dolları civarında mükafat alacaqlar. Hətta 5-ci yerin sahiblərinə 10 min dollar veriləcək. Əsasnaməyə görə, boksçular üçün nəzərdə tutulan mükafatın 50 faizi onların özlərinə, 25 faizi onların məşqçilərinə, qalan 25 faizi isə boksçuların təmsil etdikləri milli federasiyalara veriləcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.