"Araz-Naxçıvan"ın Avrokubok debütü uğurlu olub
"Araz-Naxçıvan" klubu bu gün futbol üzrə UEFA Konferensiya Liqasının ikinci mərhələsində ilk matçına çıxıb. Qeyd edək ki, Avrokubok yarışlarında debüt edən Naxçıvan təmsilçisi doğma divalar arasında Yunanıstanın "Aris" klubunu qəbul edib. Görüş "Araz-Naxcivan"in 2:1 hesablı qələbəsi ilə bitib. Maraqlıdır ki, hər üç qol matçın ikinci yarısında vurulub. Birinci hissəsi qolsuz bərabərliklə bitən matçda ilk qolu qonaqlardan Loren Moron (66-ci dəq) vurub - 0:1. Naxçıvanlılar yalnız 75-ci dəqiqədə Felipe Santosun dəqiq zərbəsindən sonra pozulmuş statusu bərpa ediblər - 1:1. Bundan 3 dəqiqə sonra isə Patrik Andrade "Araz-Naxcivan"a qələbə qazandıran qola imza atıb - 2:1. Bununla da "Araz-Naxçıvan" Avrokubokdakı debütünu qələbə ilə qeyd edib.
Cavab oyunu iyulun 31-də Qədim Ellada torpağında olacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.