Azərbaycan milli komandasının 4 idmançısı boks üzrə Avropa çempionatının finalına yüksəlib
Serbiyanın Novi Pazar şəhərində oğlanlar və qızlar arasında boks üzrə Avropa çempionatı davam edir.
Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iyulun 15-də keçiriləcək həlledici döyüşlərdə Azərbaycan millisinin 4 idmançısı - Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq) və Syama Abbasova (66 kq) rinqə çıxacaq.
Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olaraq çempionatı bürünc medalla başa vurublar.
Avropa çempionatı
1/2 final
A.Tağı / Dominika Vnukova (Slovakiya) - idmançımız aşkar üstünlüklə qalib gəldi;
C.Muradlı / Liana Camharyan (Ermənistan) - 5:0;
F.Bakarova / Asya Turkoviç (Bosniya və Herseqovina) - 5:0;
S. Abbasova / Mariya Dovqopol (Moldova) - idmançımız aşkar üstünlüklə qalib gəlib.
Xatırladaq ki, bu gün gənclər arasında yarımfinal döyüşləri baş tutacaq. Finalda altı dəri əlcək ustamız mübarizə aparacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.