Kriştiano Ronaldo Donald Trampa imzalı köynək hədiyyə edib
Beşqat “Qızıl top” mükafatının sahibi Kriştiano Ronaldo ABŞ prezidenti Donald Trampa adı və şəxsi avtoqrafı olan Portuqaliya millisinin formasını hədiyyə edib.
Bu barədə Portuqaliya millisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı köynəyin üzərinə "Sülhün tərəfdarı olan prezident Donald Trampa" yazıb. Suvenir Trampa Avropa Şurasının rəhbəri Antonio Kosta tərəfindən verilib.
Ronaldonun 40 yaşı var. Portuqaliyalı beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi, milli komandalar, Avropa Çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatlarının ən yaxşı bombardiridir. Ronaldo rəsmi oyunlarda karyerasında 900 qol həddinə çatan ilk futbolçu olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.