Qadın voleybol millimiz AQL-ya uğursuz başlayıb
Mayın 30-dan iyunun 1-dək Avropada növbəti voleybol həyacanı yaşayıb. Söhbət Azərbaycanın millisi də daxil olmaqla qitənin 12 komandasının iştirakı etdiyi və üç mərhələdən ibarət olan Avropa Qızıl Liqasından (AQL) gedir.
Qeyd edək ki, baş məşqçisi Faiq Qarayev olan Azərbaycan millisi ilk mərhələnin oyunlarını Bakıda - doğma divalar arasında keçirib. Təəssüflər olsun ki, millimiz Bakı Voleybol Mərkəzində keçirdiyi hər iki oyunda meydanı məğlub durumda tərk etməklə pərəstişkarlarıni məyus edib. Belə ki, statrda Macarıstan millisinə quru hesabla (0:3) uduzan yığmamız ardından Sloveniyaya qarşı oyunda da eyni hesabla məğlub olub - 0:3 (16:25, 19:25, 23:25). Bakıda keçirilən bu mərhələ yarışında Sloveniya millisi Macarıstanı da quru hesabla udub.
Reqlamentə görə AQL-da mübarizə aparan 12 komandanın hər biri 6 oyun keçirəcək. Sonda isə ümumi turnir cədvəli olacaq. Həmin cədvəldə ilk 4 yeri tutan komanda 4-lər finalına vəsiqə qazanacaq.
Yeri gəlmişkən, Azərbaycan novbəti 4 matçını səfərdə keçirəcək.
6 iyun: Slovakiya - Azərbaycan;
7 iyun: Montoneqro - Azərbaycan;
13 iyun: Xorvatiya - Azərbaycan;
14 iyun: Rumıniya - Azərbaycan.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.