Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib
Mayın 30-da Bakı Hərbi Məhkəməsində sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən hərbi cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər Camal Ramazanov və Anar Rzayevin (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə danışdıqları dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillər ayrılıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlərdən bəziləri, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişləri məhkəmənin tərkibi, tərcüməçilər və digər iştirakçıları təqdim edib, onların qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Məhkəmədə bildirilib ki, Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin birbaşa nəzarəti və göstərişi ilə həyata keçirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.