Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
Bakı Hərbi Məhkəməsində hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən, hakimlər Camal Ramazanov və Anar Rzayevin (ehtiyat hakim Günel Səmədova) sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər birinə anladıqları dildə tərcüməçi, eləcə də müdafiə üçün vəkil verilib.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlər, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişlərə hakimlər kollegiyasını, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s.-ni təqdim edib, onların qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Azərbaycan mülki əhalisinə qarşı törədilmiş terror və digər cinayətləri əhatə edən iki fəsil üzrə məhkəmə prosesinin zərərçəkmişlərin dindirilməsi və digər sənədlərin araşdırılması yolu ilə davam etdirilməsini təklif edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.