İşxanyanın hərbi əməliyyatlarda iştirakını təsdiq edən videomaterial təqdim olunub
Bakı Hərbi Məhkəməsində erməni əsilli şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası çərçivəsində təqsirləndirilən Davit İşxanyanın Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini və hərbi əməliyyatlarda iştirakını təsdiq edən videomaterial təqdim olunub.
Videogörüntülərdə İşxanyanın yoldaşları və tanışları təqsirləndirilən şəxs haqqında danışır.
Alik Sarkisyan vurğulayıb ki, İşxanyan ilk silaha sarılanlardan biri, ilk könüllü dəstənin yaradıcılarından biri, eyni zamanda ilk rota və batalyon komandirlərindən biri olub.
Sarkisyan İşxanyanla bağlı videoçarxda deyir: “O, belə demək mümkünsə, tarixi tapşırığı yerinə yetirdi: “Silah götürməklə, özünümüdafiə ideologiyasını xalq arasında yaymaqla, hər kəsə şəxsi nümunə olmaqla, tarixi missiyanı yerinə yetirdi”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.