24 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elman Eldaroğlu: Həmişə irəliyə baxan xanım...

1 il əvvəl 213 01

Elman Eldaroğlu:

Həmişə irəliyə baxan xanım...

“Facebook” sosial şəbəkəsində yaradıcı xanım dostlarım çoxdur və mən, adətim üzrə hər dəfə onların ad günlərində, haqlarında bacardığım qədər məlumat toplayıb, digər dostlarımla bölüşməyə tələsirəm. Bu günki söhbətimin qəhrəmanı isə şair, publisist, jurnalist Südabə Sərvidir. Sərvi təxəllüsünü ona mərhum şair İlyas Tapdıq verib. Axı aprelin 10-da onun növbəti ad günüdür...

Nəsib Abid onun haqqında yazır:- “İlham, ruhun həyat atəşindən yaranan sevgidir. İlham, insanın könül dünyasının odu, atəşidir. İlham, insanın qəlb evinin yanan çırağıdır. Şair Südabə Sərvinin şerlərində, insanın yaşam döngüsünün, həyati rəngarəngliyinin tablosu var...”

Südabə Sərvi Göyçayda dünyaya gəlib. ADPU-nun Filologiya fakültəsini bitirib. Bir müddət Göyçayda 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Eyni zamanda rayonda çıxan “Yeni həyat” qəzetinin əməkdaşı və rayon Gənc Müəllimlər Şurasının sədri olub. 1996-cı ildən Bakıda “Hürriyyət”, “525-ci qəzet”, “Respublika”, “Ekspress” qəzetlərində köşə yazarı kimi fəaliyyət göstərib. Yüzlərlə publisistik məqalənin, dəyərli şəxsiyyətlərdən götürdüyü müsahibələrin, mənəviyyatla bağlı yazıların müəllifidir. 2003-2005-ci illərdə Azərbaycan Dövlət Radiosunda, “Qərib axşamlar” proqramında ssenarist-redaktor kimi çalışıb. 2005-2010-cu illərdə İctimai Televiziyanın Ədəbi Verilişlər redaksiyasında ssenarist-redaktor kimi ədəbi verilişlər hazırlayıb. O, 2010-cu ildə ANS TV Şirkətlər Qrupuna, ölkədə çox populyar olan “EL” jurnalına şef-redaktor kimi dəvət olunub. Bir müddət bu vəzifədə işləyib. Hazırda isə AYB-də məsul vəzifədə çalışır. AYB-nin yaranmasının 75 illiyi münasibətilə ərsəyə gətirilən 30 dəqiqəlik filmin ssenari müəllifi və redaktorudur. Film bu gün də İctimai Televiziyanın fondunda saxlanılır...

Deyir ki:- “Bəzi adamları anlaya bilmirəm. Görəsən, klassik şair və yaıçılara qarşı bu qədər kin, nifrət hardandı onların içində? Hərəsi bir söz deyib, onları aşağılamağa çalışır. 37-ci il olsaydı, bu sözləri deyə bilərdilərmi? Xatırladım ki, 37-ci ilin qorxusu bütün sahələrdə uzun müddət insanların beyinlərdən getmədi. Hətta Stalinin ölümündən sonra çox illər ədəbiyyatda "bığ" sözü işlədilmədi. İnanmırlarsa, o illərin tarixini qaldırıb, baxa bilərlər. Və 90-cı illərə qədər bu qorxu bəzi yaşlı yazarlarda davam etdi. Yadımdadır, 1999-cu ildə yazıçı Manaf Süleymanovdan o illər haqqında müsahibə götürəndə çantamdan diktafonu çıxardım, dərhal sifəti ciddiləşdi və sərt şəkildə dedi ki, diktafonu söndürüm. Yoxsa heç nə deməyəcək. Sözüm bu gün ədəbi senzuranın olmadığı bir zamanda ağızları isti yerdə olub da söz azadlığından gen-bol istifadə edənlərədir! İndi kimisə "satqın", "xain" çıxartmağa nə var ki?”

Necə deyərlər, odlu-alovlu, cəsarətli xanımdır. İnadkar, iradəli və qətiyyətlidir. Sözü üzə deməyi, haqqı tələb etməyi bacarır. Yerində saymağı xoşlamır, hərəkət onun üçün çox vacib məsələdir…

“Mən Məhəmməd Əmin Rəsulzadıni Səməd Vurğunun şeiriylə tanıdım. "Millət rəhbəri Rəsulzadə" deməklə şair onun böyüklüyünü şüuraltı yeridirdi beynimizə. Acı da olsa, etiraf edəcəm, ermənilər tarix boyu öz yalanlarını dünyaya sırımaq üçün istedadı oldu olmadı, həmmillətlərini qabağa verirlər. Bu gün Rusiya televiziyalarında görün nə qədər erməni var? Biz isə doğru olanlarıımızı da tanıda bilmirik. Başımız qarışıb şər-böhtana, klassikləri, o cümlədən zəmanəmizin istedadlıarını daşlayırıq. Səd heyif!”- söyləyir.

Onun “Döz görüm” adlı ilk şeirlər kitabı 2003-cü ildə çap edilib. Daha sonra bəstəkar Emin Sabitoğlu haqqında “Bu dənizin gözü yaşlı sənsiz”, türk dünyasının böyük yazarı Çingiz Aytmatov haqqında “Mən Manasın oğluyam”, “Bəstəkar Qara Qarayev”, "Tarın məcnunu", "Tikdim ki izim qala", Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən “Anar fenomeni” publisistik, Qarabağ-Xocalı faciəsinə həsr olunan “Alyoşa əfsanəsi”, şəhid Milli Qəhrəman Çingiz Babayev haqqında “Əfsanəvi qəhrəman”, 1-ci Qarabağ şəhidlərinə həsr olunmuş "Açılmayan güllə" kitablarının müəllifidir. “Mən Manasın oğluyam” kitabı qırğız, rus, ingilis dillərinə tərcümə olunub və 17 ölkədə təqdimatı keçirilib...

Deyir ki:- “Gözəl xatirələr unudulmur. 15 il əvvəl ANS-in “EL” adlı bir jurnalı vardı. O vaxt arxivlərə girərək araşdırıcı yazılar hazırlayırdıq və inanın ki, jurnalın hər nömrəsini almaq üçün oxucular ANS-in həyətinə qədər gəlirdilər. Oxumağa maraq da güclüydü o vaxt. Həqiqətən ANS bir məktəb olub. Bunu danmaq olmaz! Heyif ki, o cür jurnal Azərbaycanda bir daha çıxmadı...”

2010 və 2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi vətənpərvərliklə bağlı hekayə müsabiqəsində onun “Mənim əsgərim” və “Qorxmaz” hekayələri xüsusi mükafata və Fəxri diplomlara layiq görülüb...

Çətinliklər onu ruhdan salmır, əksinə, həvəsləndirir, amma çox səbirsizdir. Qayğıkeş və insanpərvərdir. Hətta başqalarının hüquqları üçün mübarizə aparmaqdan çəkinmir. Nə qədər ki, inanır, o, bütün gücü və əzmi ilə bir məqsəd uğrunda mübarizə aparacaq. Sonsuz nikbindir, geriyə baxmağı xoşlamır, həmişə irəliyə baxır. Amma uşaq kimi saf və səmimidir. Fəqət kimsə onu tənqid etməyə cəsarətlənirsə, o insan özünü müdafiə etməyə hazır olmalıdır. Çünki bu xanım, cavab verməkdən qorxmur...

Bəli, aprelin 10-u şair, publisist, jurnalist Südabə Sərvinin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Яшар Назаров

Sərvi xanım, sizin doğum gününüzü bir sözün fəlsəfəsiylə, bir roman qədər təbrik edirəm!

Ləman Xəlilova

Doğum gününüz mübarək olsun çox hörmətli, çox dəyərli Sudabe Servi xanım. Yaradıcılıqinizda bol-bol uğurlar arzulayıram sizə

Mayisə Əsədulla Əliyeva

Dünyaya gəlişin mübarək, Sudabe xanım. Can sağlığı, xeyirli uzun ömür, yaradıcılıq uğurları arzu edirəm. Qələm adamının sevimli işi yazıb-yaratmaqdı. Bol ruzi-bərəkət arzu edirəm. Hər zaman sevdiklərinizin və sizi sevənlərin əhatəsundə olasınız.

Rita Eliyeva

DƏYƏRLİ ZİYALI XANIM JURNALİST İMİZ SÜDABƏ XANIM AD GÜNÜNÜZ ,DOĞUM GÜNÜNÜZ MÜBARƏK OLSUN ! SAĞLAM ÖMÜR ,XOŞ MƏNALI HƏYAT , YARADICILIQ UĞURLARI ARZU EDİRƏM SİZƏ

Hafiz Rüstəm

Nə vaxtsa Südabə xanımın təxəllüsünü şərh etmişəm. "Sərvi - sərvə məxsus, sərv kimi azadlıq simvolu (olmaq) deməkdir.

Təbrik edirəm!

Яшар Назаров

Gözəl təqdimat!

Sərvi xanım, simanızda iki günəş əks olunub: biri təbiətdəndir, digəri də qəlbinizdən! (Şəklinizdəki duyğu!)

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

"Qarabağ"ın futbolçusundan Azərbaycanın Milli Qəhrəmanına

John Doe 1 gün əvvəl

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

John Doe 3 gün əvvəl

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 2 həftə əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 2 həftə əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının...

24 aprel 2026 10:27:47
• Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub}

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com