24 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Yaponiya Ukraynaya ölümcül silah verməyəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTO=26

2 il əvvəl 1216 01

Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə qeyd olundu

27 dekabr 2023-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə qeyd olundu.

Ardınca cənab rektoru BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar İncəsənət xadimi, dosent Rüfət Axundzadə, dirijor “Nəfəs və zərb alətləri” kafedrasının müəllimi Taleh Qəmbərov) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Estrada heyəti (solist Əməkdar artist Aynur İsgəndərli) parlaq ifaları ilə təbrik etdilər.

Sonra tədbir Böyük zalda BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyası tərəfindən davam etdirildi.

Təbiətin əsrarəngiz dörd anı: yaz, yay, payız, qış

Təbiət, insan və musiqi səsləri – bu üç amil Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında maraqlı vəhdət təşkil edərək bir günü möcüzəvi şəkildə gözəlləşdirmişdir. Həmin gün – 27 dekabr 2023 il – Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu, dəyərli rektorumuz, professor Fərhad Bədəlbəylinin doğum günü idi. Təqdim olunan tədbir məhz Fərhad Bədəlbəylinin müəllif şeirləri əsasında təşkil olunmuşdur.

“İlin fəsilləri” adlanan maarifləndirici konsert-tamaşa görkəmli musiqi xadimi, Azərbaycan mədəniyyəti və təhsilinin inkişafı naminə saysız-hesabsız işlər görmüş professor Tərlan Seyidovun müəllif layihəsi əsasında BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyası tərəfindən keçirilmişdir.

İki böyük şəxsiyyət – Fərhad Bədəlbəyli və Tərlan Seyidovun şəxsi və professional müstəvidə uzun illər sürən dostluğu bir çox layihələrin həyata keçirilməsində rol oynamışdır. Tərlan müəllim hələ sağlığında “İlin fəsilləri” konsert-tamaşanın Fərhad Bədəlbəylinin doğum günü üçün bir yaradıcı sovqat kimi təqdim olunmasını arzu edirdi. Təəssüf ki, müəllif mötəbər tədbirin hazırlanmasına və təqdim olunmasına şahidlik edə bilmədi. Lakin bu layihə Tərlan Seyidovun tələbəsi və 30 ildən artıq çiyin-çiyinə çalışmış, hal-hazırda isə Məktəb-studiyanın direktoru Sevda Məmmədovanın və həmin müəssisənin kollektivi tərəfindən layiqli şəkildə reallaşdırılmışdır.

Tamaşanın quruluşçu rejissoru, professor Tərlan Seyidov sinfinin məzunu Nigar Həsənzadənin incə zövqü və qarşıya qoyulmuş məqsədə özünəməxsus yanaşması sayəsində mükəmməl iş ərsəyə gəlmişdir. Bir-birini əvəz edən kiçik səhnələr təbiətin 4 fəslini özündə əks etdirirdi.

Konsert-tamaşa ilk olaraq aparıcı Nigar Həsənzadənin canlı təbiətin insan həyatına təsiri haqqında, bu iki amilin qarşılıqlı həmahəngliyindən bəhs edən monoloqu ilə başladı. Nigar xanım: “Bu tədbir Tərlan Seyidovun öz dostuna hədiyyəsidir” giriş sözü ilə çıxış edərək Tərlan Seyidovun xatirəsini yad etdi. 43 il qurub yaratdığı Məktəb-studiyada Tərlan Seyidov özünün innovativ ideyalarını həyata keçirərək Azərbaycan musiqi mədəniyyəti və elminə bir çox yeniliklər gətirmişdir.

Qeyd etmək lazımdır ki, aparıcının monoloq tipli çıxışı konsert-tamaşanın leytmövzusu kimi bir neçə dəfə musiqili nömrələr arasında səslənirdi və bununla tədbirin gedişatına ayrı bir rəng qatırdı. Yaz fəslini səciyyələndirən səhnələr bu mövsümün özəlliklərini-təbiətin oyanışını, insan ruhunun təzələnməsini nümayiş etdirirdi. Fərhad Bədəlbəylinin “Весна” (“Bahar”) şeirini VI sinif şagirdi Qədimova Maryam poetik şəkildə tamaşaçıların diqqətinə çatdırmışdır.

Bahar fəslinin gözəlliyi şeir sətirlərindən sonra musiqi dili ilə XI sinif şagirdi Şəhla Yusubovanın (Əməkdar müəllim Nərgiz Mansurovanın sinfi) ifasında tərənnüm olunmuşdur. O, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin prelüdünü fortepianoda incəliklə nümayiş etdirmişdir.

Məktəb-studiyanın şagirdləri ilə bərabər müəllim heyəti də konsert-tamaşanın proqramına öz töhfələrini vermişdilər. Belə ki, Məktəb-studiyanın müəllimləri Aytən İbrahimova, Ofeliya Axundova və Şəfəq Hacıyeva ifa üçlüyündə Fərhad Bədəlbəylinin sözlərinə yazılmış “Весна” romansı (musiqi sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya məxsus) təqdim edildi.

Digər mövsümün – yay fəslinin səciyyəvi xüsusiyyətləri VIII sinif şagirdi Əhmədova Dərya tərəfindən F.Bədəlbəylinin “Лето” (“Yay”) şeirində ifadə olundu. Onun emosiyalarla zəngin çıxışı hər kəsin diqqətinə səbəb olmuşdur.

Maraqlı məqamlardan biri – Məktəb-studiyanın müəllimi, pianoçu Fəqan Həsənlinin günün səbəbkarı Fərhad Bədəlbəylinin obrazının yaratması idi. O, dünya şöhrətli pianoçunun yaradıcı simasının müəyyən cizgilərini görkəmli bəstəkarımız Qara Qarayevin “Eskiz” əsərini ifa edərək göstərmişdir.

Ecazkar gözəlliyi ilə insanın daxili aləmində müxtəlif hiss və düşüncələr oyadan payız fəsli dünya və Azərbaycan ədəbiyyatında geniş yer almışdır. Təbiətin gözəlliklərindən ilhamlanan böyük sənətkar Fərhad Bədəlbəyli də bu mövzuya biganə qalmayaraq özünün “Осень” (“Payız”) şeirində qaçılmaz kədər və qüssədən bəhs edir, bununla belə gələcəyə inam və ümid hisslərini də itirmir. Payız fəslini xüsusiyyətləndirən növbəti səhnədə Məktəb-studiyanın şagirdlərindən ibarət xor kollektivi Səid Rüstəmovun “Qızıl payız” mahnısını ifa etdilər (xorun rəhbəri – dosent Aqil Qafulov). Uşaqların saf və şəffaf duyğulu ifaları səhnədə payızın əsrarəngiz gözəlliyini yaratmışdır.

Qışın sərt soyuğu növbəti səhnədə – 5-ci sinif şagirdləri Sara Hacıyeva və Cəmilə Sadıxovanın qış fəslinə uyğun geyimləri və ifadəli şəkildə söylədikləri “Qış” (müəllif F.Bədəlbəyli) şeiri ilə hiss olundu. Uşaqların səhnədəki aktyorluq məharəti hər kəsi valeh edirdi. Poetik səhnəciyin ardından violin ixtisası üzrə VIII sinif şagirdi Yusuf Məmmədli (dosent Gülnarə Quliyevanın sinfi) A.Qlazunovun “İlin fəsilləri” baletindən “Dolu” («Град») əsərini ifa edərək soyuq fəslin özünəməxsus ab-havasını canlandırdı.

Məktəb-studiyanın fortepiano şöbəsinin müəllimi, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Nuranə Zeynalovanın fortepiano və çello üçün bəstələdiyi “Şuşada ilin dörd fəsli” silsiləsindən “Səngərdə şaxtalı qış” musiqi nömrəsi qış aylarında şanlı ordumuzun hansı çətinliklərlə üzləşdiyindən bəhs edir. Fortepianoda Nuranə Zeynalovanın, çelloda isə Azərbaycanın Əməkdar artisti Eyyub Əliyevin yanğılı ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Burada bəstəkar müəyyən musiqi ifadə vasitələri ilə (oktavalar, sinkopalar vasitəsi ilə) müharibənin dəhşətli səhnələrini göstərməyə çalışmışdır.

Tədbirin son səhnəsində aparıcı uşaqların əhatəsində monoloqla çıxış edərək Fərhad Bədəlbəylinin uşaqlıq illərindən tutmuş bu gününə kimi qısa ekskurs etdi və onun ən böyük arzusu – Şuşanın azad olunmasının reallaşmasını vurğuladı.

Səmimi münasibəti əks etdirən ən isti mənzərə konsertin son dəqiqələrinə təsadüf etmişdir. Belə ki, səhnədə Məktəb-studiyanın müəllim və şagird heyəti Fərhad Bədəlbəylini təbrik edərək, ona ən xoş arzularını dilədilər. Dəyərli rektorumuz isə öz növbəsində Məktəb-studiyanın bu töhfəsini yüksək qiymətləndirərək, öz minnətdarlığını bildirdi.

“İlin fəsilləri” layihəsi Tərlan Seyidovun son arzusu olmuşdur və Məktəb studiya bu tədbirin keçirilməsini layiqincə yerinə yetirmişdir.

Şəfəq Hacıyeva

Məktəb-studiyanın böyük elmi işçisi

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

John Doe 14 saat əvvəl

“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu

“Baharın rəngləri”adlı yaradıcılıq sərgiləri baş tutdu

John Doe 1 gün əvvəl

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib (VİDEO/FOTO=78)

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda rəngarəng Hind Yeməkləri Festivalı təşkil edib (VİDEO/FOTO=78)

John Doe 2 gün əvvəl

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu

"Misir və Azərbaycan dostluğu nəsillərdən nəsillərə" sərgisi uğurla baş tutdu

John Doe 3 gün əvvəl

“Halay” folklor kollektivinin hesabat konserti - MƏSALLIDA

“Halay” folklor kollektivinin hesabat konserti - MƏSALLIDA

John Doe 3 gün əvvəl

Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək

Hindistan Səfirliyində Böyük Hindistan Yemək Festivalı keçiriləcək

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyas...

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
• İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim...

10 aprel 2026 14:35:25
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com