02 iyul 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Elm və Təhsil
YADA DÜŞƏN XATİRƏLƏR Elm və Təhsil

Misir Mərdanov: Akademik Fəraməz Maqsudovun anadan olmasından 95 il ötür

1 il əvvəl 553 01

Misir Mərdanov:

Akademik Fəraməz Maqsudovun anadan olmasından 95 il ötür

Martın 20-si görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Fəraməz Maqsudovun anadan olduğu gündür. Allah Fəraməz müəllimə rəhmət eləsin.

Fəraməz Qəzənfər oğlu Maqsudov 20 mart 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. Fəraməz Maqsudov 1938-ci ildə bir nömrəli Naxçıvan şəhər orta məktəbinə daxil olmuş və 1948-ci ildə həmin məktəbi bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə qəbul olmuş, 1954-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il o, “riyaziyyat” ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirantura illərində Fəraməz müəllim fəal elmi tədqiqat işlərinə qoşulmuş və “Diferensial operatorların spektral nəzəriyyəsi” sahəsində bir sıra mühüm nəticələr almışdır. O, elmi fəaliyyətə Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri olan akademik Zahid Xəlilovun rəhbərliyi ilə başlamışdır. 1957-ci ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olmuşdur. 1959-cu ildə akademik Zahid Xəlilovun rəhbərliyi ilə “Öz-özünə qoşma olmayan diferensial operatorların spektirlərinin diskretliyi, məxsusi və qoşulmuş funksiyaların tamlığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə o, baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1962-ci ildə Azərbaycan Elmlər Akdemiyasının Rəyasət Heyəti gənc, perspektivli alim olan Fəraməz Maqsudovu M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və SSRİ Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutunda birgə tədqiqat işləri aparmaq məqsədi ilə Moskvaya göndərir. Bir ildən sonra Bakıya qayıdaraq, Riyaziyyat və Mexanika İnstitutunun elmi təşkilati fəaliyyətində iştirak edir. Məhz Fəraməz müəllimin ciddi səyləri nəticəsində həmin illərdə institutun elmi seminarları daha ciddi xarakter almış, müxtəlif elmi mərkəzlərlə əlaqələri möhkəmlənmiş, institut əməkdaşlarının mərkəzi və xarici jurnallarda çap olunmuş məqalələrinin sayı artmışdır. Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışarkən o, elmi maraqları əsas tutaraq institutun kollektivi arasında hiss olunan birliyə nail olmuş, bütün qüvvələri riyaziyyat və mexanikanın müasir, aktual problemlərinin həllinə yönəltmişdir. Fəraməz Maqsudov təşkilati işlərlə yanaşı, özünəməxsus inadkarlıq və dözümlülüklə elmi tədqiqat işlərini davam etdirmiş, bir sıra fundamental nəticələr əldə etmişdir.

O, akademik M.V. Keldışın məhşur elmi nəticələrindən bəhrələnərək spektri kəsilməz olan operatorlar dəstəsini spekral nəzəriyyəsini işləyib hazırlamışdır. 1960-1972-ci illər ərzində aldığı elmi nəticələr onun 1974-cü ildə Bakı Dövlət Universitetinin Elmi Şurasında müvəffəqiyyətlə müdafiə etdiyi “Kəsilmə spektrə malik polinomial operatorlar dəstəsinin spektral nəzəriyyəsinin bəzi məsələləri” adlı doktorluq dissertasiyasının əsasını təşkil etmişdi. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə seçilmiş, 1975-ci ildə professor elmi adı almışdır.

Onun Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etdiyi illərdə (1974-2000) institut keçmiş sovetlər birliyinin aparıcı elmi mərkəzlərindən birinə çevrilmiş, Azərbaycanda riyaziyyat və mexanika sahəsində ənənəvi elmi istiqamətlərdən olan funksional analiz, diferensial tənliklər, funksiyalar nəzəriyyəsi ilə yanaşı, cəbr və topologiya, qeyri-hamar analiz, riyazi-iqtsadiyyat kimi yeni elmi istiqamətlər yaranmış, harmonik analizin problemlərinin işlənməsinə yönəlmiş riyazi analiz şöbəsi, həmçinin diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində riyazi-fizika şöbəsi yaranmışdır. Bilavasitə institut direktorunun təşəbbüsü ilə elmi nəticələrin istehsalata tədqiqi üçün institutda Xüsusi Konstruktor Bürosu yaranmış, bununlada institutun maddi texniki bazası xeyli möhkəmləndirilmişdir. Həmin illərdə SSRİ Elmlər Akademiyasının riyaziyyat və mexanika sahəsində alınan nəticələr mühüm işləri siyahısına düşmüş, elmi nəticələrin sayı hiss olunacaq dərəcədə artmışdır. İnstitut təsərrüfat sazişli mövzuların işlənib hazırlanmasına fəal iştirak etmiş, institutda potent xidməti təşkil edilmişdir.

1975-ci ildə Bakı şəhərində, “Zaqulbada” funksional analiz üzrə Ümumittifaq konfransının təşkilat komitəsinin sədri olmuşdur.

1976-cı ildə Fəraməz Maqsudov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981-1997-ci illərdə “Fizika-Riyaziyyat və Texnika Elmləri” Bölməsinin akademik katibi, 1997-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində işləmişdir.

1981-ci ildə kompozit materiallar sahəsində məsələlərin həllinə aid riyazi modellərin qurulmasına və riyazi metodların işlənməsinə görə Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin Qızıl Medalı ilə təltif edilmişdir.

1983-cü ildə Fəraməz Maqsudov mexanikanın bir sıra aktual nəzəri və tətbiqi problemlərinin həlli ilə əlaqədar yaratdığı metoda görə bir qrup alimlərlə birlikdə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.

1986-cı ildə ABŞ-da (Berkli şəhərində) riyaziyyatçıların beynəlxalq konqresində iştirak etmişdir. 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yüksək ixtisaslı kadrlar hazıladığına və elmdə böyük naliyyətlərinə görə “Xalqlar Dostluğu” ordeni ilə təltif olunmuşdur.

1986-cı ildə Tibilisi Dövlət Universitetinin nəzdində fizika-riyaziyyat elmləri üzrə doktorluq və namizədlik elmi dərəcəsi verən regional şuranın üzvü olmuşdur.

1986-cı ildə orta məktəblərdə riyaziyyatın tədrisi sahəsindəki xidmətlərinə görə, Respublika məktəblərinin olimpiadasının münsiflər heyyətinin sədri kimi, “SSRİ Xalq Maarifi Əlaçısı” nişanı ilə təltif olunmuşdur.

1987-ci ildə Zaqulbada keçirilən topologiya üzrə Beynəlxalq konfransın təşkilat komitəsinin sədri olmuşdur. 1990-cı ildə Respublikada elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə AzSSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan SSR Əməkdar Elm Xadimi” adı verilmişdir.

1990-cı ildə “Əlincə” xeyriyyə cəmiyyətinin sədri seçilmişdir.

1990-cı il Yaponiyada riyaziyytaçıların beynəlxalq konqresində iştirak etmişdir.

1992-ci ildə Türkiyə Respublikasına ezam olunmuş və İstanbul Texniki Universitetində professor vəzifəsində çalışmışdır.

Fəraməz Maqsudov 1994-1997-ci illərdə Nazirlər Kabineti yanında ali ekspert komissiyasının sədri olmuşdur. 2000-ci ildə respublika prezidentinin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Akademik Fəraməz Maqsudov 31 iyul 2000-ci ildə Moskva şəhərində vəfat etmiş, Bakıda Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Vugar Ismailov

1995-ci ildə aspiranturaya 3 qəbul imtahanı verdim (riyaziyyat, fəlsəfə və ingilis dili), bütün imtahanlardan 5 qiymət aldım. Amma qəbul olunmadım, çünki cəmi bir yer var idi, o yer bir nəfər üçün nəzərdə tutulmuşdu və həmin şəxs də bütün imtahanlardan 5 almışdı. Fərəməz müəllim prezidiumun iclasında akademiya prezidentinə dedi ki, bizim instituta əlavə 1 yer də verməlisiniz, biz bütün imtahanlardan əla qiymət almış adamı kənarda qoya bilmərik. O iclasa məni də çağırmışdılar. Həmin hadisədən sonra akademiya prezidentinin göstərişi ilə mən aspiranturaya qəbul olundum.

Kamilə Həsənova

Allah rəhmət eləsin. Orta məktəbdə 9-cu sinifdə oxuyurdum, 8 martda atam məni Filarmoniyada konsertə aparmışdı. Konsertdən əvvəl Fərəməz müəllim çıxış etdi. O təbrik sözlər uzun illər yaddaşımda qaldı, sonralar inşa yazanda bəzi cümlələrdən istifadə edərdim.

Misir müəllim, Allah sizə can sağlığı, uzun ömür versin. Bayramınız da mübarək olsun.

Qubad Süleymanov

Allah rəhmət eləsin. Fərəməz müəllim böyük bir məktəb yaratmışdır. Ümumiyyətlə Riyaziyyat və Mexanika İnstitutunun gözəl ənənələri var. Bu ənənələrin formalaşmasında və qorunmasında ona rəhbərlik etmiş insanların müstəsna rolu olub. Fərəməz müəllim, daha sonra isə İnstituta rəhbərlik etmiş İlham müəllim, Akif müəllim seçilmiş insanlar olmuş və İnstitunun bir elm məbədi kimi qalmasını təmin ediblər. Hazırda isə İnstituta Mısır müəllim kimi böyük bir şəxsiyyətin rəhbərlik etməsi İnstitutunun nüfuzunu daha da artırmışdır. Allahdan keçmiş rəhbərlərə rəhmət, Mısır müəllimə isə möhkəm cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayıram.

Hümeyir Əhmədov

Fərəməz müəllim Riyaziyyat institutuna direktor seçiləndə mən II kurs tələbəsi idim. Həndəsə dərsi idi. Riyaziyyat müəllimləri bizim auditoriyaya cəmləşdilər. Hamı onu xoş sözlə təbrik edir, xoş xasiyyət və həlim insan olduğunu diqqətə çatdırırdılar.

Ruhu şad olsun

Allah hörmətli el ağsaqqalı Misir müəllimə möhkəm can sağlığı versin, belə insanlar, görkəmli alimlər barədə ətraflı məlumat verib tarixi yaddaşımızı yeniləsin.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

John Doe 6 gün əvvəl

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

John Doe 1 həftə əvvəl

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 1 həftə əvvəl

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

John Doe 2 həftə əvvəl

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onko...

30 iyun 2026 14:18:58
• Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi }

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının...

29 iyun 2026 23:01:17
• Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib}

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı payla...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com