02 iyul 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycan Yaponiya və Cənubi Koreyadan olan turistlər üçün vizaları ləğv edib

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycanlılar ölkəyə girməzdən əvvəl Rusiyaya məlumat verməli olacaqlar

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə ediblər

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Nəsimi Ağayev: Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirir

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Elman Eldaroğlu: Sabir Sarvan mərd şair idi...

1 il əvvəl 310 01

Elman Eldaroğlu:

Sabir Sarvan mərd şair idi...

Düzünə qalsa, onunla nə dostluğum, nə də yoldaşlığım olmayıb, amma arada Əli Kərim adına Poeziya klubuna yolum düşəndə, rastlaşıb söhbətləşərdik. Çox çılğın və emosional adam idi. Bir anda coşa, bir dəqiqə sonra sakitləşə bilirdi. Güclü yaddaşı vardı. Demək olar ki, bütün klassiklərin, eləcə də zəmanə şairlərinin poeziya nümunələrini əzbərdən söyləməyi bacarırdı. O vaxt yüksək postda çalışan qohumunun vasitəsi ilə AYB-nin Sumqayıt bölməsini yaratmışdı və bölməyə özü rəhbərlik edirdi. Münasibətinin kimlərlə necə olduğunu deyə bilmərəm, amma onun vəzifəsinə göz dikənlərin də olduğundan məlumatlıydım. Hətta AYB-nin sədri xalq yazıçısı Anara, eləcə də müxtəlif distansiyalara yazılı, şifahi müraciətlər edirdilər ki, onu tutduğu vəzifədən uzaqlaşdıra bilsinlər. O isə bu xəyanətlərə tab gətirirdi. Elə bil, hansısa sehirli qüvvə onu qoruyub saxlayırdı...

Haqqında söhbət açdığım şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdu. Əsl anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanımın himayəsində böyüyüb, təlim-tərbiyə almışdı. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi, 1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə o vaxtkı M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakultəsini bitirmişdi. Bir müddət N. Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, sonra isə Bakı Tədris Teatrında aktyor işləmişdi. 1996-cı ilin dekabr ayından AYB-nin Sumqayıt bölməsinin sədri vəzifəsində çalışırdı.

2017-ci ilin mart ayında xəstəlikdən vəfat edib...

Uzun illər evli olsa da övladı yox idi. Amma uşaqları çox sevirdi...

Həyat yoldaşı Zərnigar xanımın söylədiyinə görə, həkim ondan son istəyini soruşduqda, Sabir Sarvan dərindən ah çəkərək: “Ölüm məni qorxutmur, torpaqdan gəlmişik, torpağa da qovuşacağıq, amma bir arzum var, keşkə Qarabağı azad görüb öləydim.” Həkm təəccüblə üzünə baxaraq, sən Qarabağlısanmı?- deyə soruşduqda isə, Sabir Sarvanın cavabı qısa və sərt olub: “Mən Azərbaycanlıyam. Bunu istəmək üçün Qarabağlımı olmalıydım?!.

Xarizmatik xüsusiyyətlərilə çoxlarından seçilirdi. Mərdanə davranışı, ağayanə xarakteri vardı. Sözü üzə deməyi bacarırdı. Yaxşı təşkilatçı, bacarıqlı inzibatçıydi. Şəhər rəhbərliyi ilə münasibəti çox yaxşıydı. Bütün bunlarla yanaşı, Sabir Sarvan necə deyərlər, təpədən dırnağa şair idi. Şəxsiyyətilə yaradıcılığı üst-üstə düşən şair...

Deyirdi ki,- “Ədəbiyyat ilk növbədə səmimiyyətdən başlayir. Səmimiyyət olmayan yerdə insanlıq və deməli sənət də yoxdur. Mənim müşahidələrimə görə paytaxt ədəbi mühitində səmimiyyət itib, Sumqayıt ədəbi mühitində isə ayrı-ayrı qələm sahiblərinin sayəsində hələ ki, bir duruluq var və buna görə də, bu fikirlə razıyam ki, Sumqayıt ədəbi mühiti daha fəal, daha güclüdür. Paytaxt ədəbi mühitinin nümayəndələrinin Sumqayıtda görüşlər keçirmək istəyi də elə bununla bağlıdır. Amma təəssüf ki, səmimiyyətdən kənar, bir-birini oxumadan belə, bir-birini tərifləmək bizim ədəbi mühitə də ayaq açır. Ümumilikdə isə, bizim ədəbi mühitdə elə imzalar var ki, təbliğatı “tanrının yanına” qaldırılan paytaxt yazıçısından, yaxud şairindən qat-qat üstündür. Sadəcə, reklamı yoxdur. Günahı da budur ki, əyalətdə yaşayır.”

Vəfatından az öncə, 2017-ci ildə AYB-nin "Natavan" adına klubunda 60 illik yubileyi geniş şəkildə qeyd edilib. Vəsiyyətinə əsasən, doğulduğu Ağsu rayonunun Pirhəsənli kəndində dəfn olunub.

Sağlığında hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onların dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi...

Sabir Sarvanın Miri deyə müraciət etdiyimiz bir həmkəndlisi və sinif yoldaşı ilə mehriban münasibətim var. Hər dəfə Sabir Sarvandan söz düşəndə, söhbətə atası Soltan müəllimdən başlayıb deyir ki,- “Soltan müəllim çox ciddi və zabitəli kişi idi. Onun zabitəsindən hamımız çəkinirdik. Bu gün nail olduğumuz ali təhsilə, mədəni davranışa görə, məhz ona minnətdarıq. Elə bir kişinin oğlu pis adam ola bilməzdi. Şairin ölümü hamımızın sinəsinə dağ çəkib...”

Söhbətimin sonunda, bir daha vurğulamaq istəyirəm ki, bəli, Sabir Sarvan mərdanə kişilərdən idi. Bunu sağlığında ondan qalaq-qalaq şikayətlər yazıb yuxarılara göndərən qələm yoldaşları da, sonradan başa düşdülər və haqqında ürək dolusu danışmağa başladılar...

Bu gün onun yaratdığı bölmədən necə deyərlər, evinə əməkhaqqı aparan bir neçə adam var. Onlardan biri də Sabir Sarvanın vəzifəsini daşıyan Gülnarə Cəmaləddindir. Sağ olsun, Sabir bəyin açdığı cığırı daha da genişləndirərək, AYB-nin Sumqayıt bölməsinin köhnə nüfuzunu qoruyub saxlaya bilir...

Yaşasaydı, martın 5-də şairin 69 yaşı tamam olacaqdı...

Ruhu şad olsun!..

Elman Eldaroğlu

Əşrəf Veysəlli

Allah qəni- qəni rəhmət eləsin. Məkanı cənnət olsun… onun işlərini ləyaqətlə davam etdirən Gülnarə xanıma və dolğun yazıya görə Elman bəyə təşəkkürlər!!!

Xatire Rehimli

Ulu Şirvan torpağının oğlu. ELoğlu, nur içində yatasan!

Said Rashidov

Sabir qardaşım Rüstəmlə Lənkaranda birgə çalışıb,80ci illərdə Şüvəlanda evimizdə qardaşımla birgə yaradıcılıqlarını davam etdiriblər,çoxlu müzakirələrimiz olurdu,çox səmimi,realist,əzmkar insan idi.Onu ağrısız acısız xatırlamaq olmur

Ayb Sumqayıt Bölməsi

Sağ ol,Elman.Təşəkkür edirəm.Sabir müəllim sözünün ağası,ağayana kişilərdən idi.

Тагир Агарагимов

Ruhu şad , məkanı cənnət olsun .

100 minlərdən qat - qat çox tirajı olan , 90 - cı illərdə nəşr olunan , məhşur "Gənclik " jurnalından , şairin şeirlərini oxumuşuq .Azman şairimiz Məmməd İsmayılın rəhbərliyi , redaktorluqu ilə çap olunan bu jurnalda , mərhum şairimiz Sabir Sarvanda əməkdaşlıq edirdi .Yaddaşımızın əlavəsini qeyd etməyi ,oxucu kimi lazım bildim .

Murad Kohneqala

Sabir dəyərli insan, gözəl şair idi, ruhu şad olsun.

Bu kövrək yazıya görə də Elman bəyə təşəkkür edirəm.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Çeşmə” ədəbi məclisinin növbəti yığıncağı keçirilib

“Çeşmə” ədəbi məclisinin növbəti yığıncağı keçirilib

John Doe 2 gün əvvəl

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

İncəsənət kətana qardaşlıq gətirir: Ankarada Türkiyə-Azərbaycan dostluğunu qeyd edən rəngli toplantı

John Doe 6 gün əvvəl

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı

John Doe 6 gün əvvəl

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

"RUHUMUN DAMAN YERİN"dən YÜKSƏLƏN SƏDA (FOTO=122)

John Doe 1 həftə əvvəl

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

John Doe 1 həftə əvvəl

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onko...

30 iyun 2026 14:18:58
• Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi }

Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının...

29 iyun 2026 23:01:17
• Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib}

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı payla...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com