27 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Türkiyə Müdafiə Nazirliyi: Biz həmişə Azərbaycanla birik

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfirini geri çağırdı

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

AMEA-da “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub +FOTO=13

2 il əvvəl 669 01

AMEA-da “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub

Dekabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli başa çatmaqda olan “Heydər Əliyev İli” çərçivəsində təqdimatı keçirilən kitabın əhəmiyyətinə toxunub. O, gərgin əməyin nəticəsi olaraq ərsəyə gələn bu nəşrdə respublikamıza  rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin ikinci siyasi hakimiyyət dövrünün tam salnaməsinin əks olunduğunu vurğulayıb.
“Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, elədə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub”, - deyə akademik İsa Həbibbəyli  bildirib.
AMEA-da “Heydər Əliyev İli” çərçivəsində görülmüş işlərə dair statistik məlumatları diqqətə çatdıran akademik İsa Həbibbəyli  Elmlər Akademiyasında Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, elmi-publisistik nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. O, sözügedən nəşrlərin hər birinin Ulu Öndərin fəaliyyətinin önəmli məqamlarını əhatə edən akademik səviyyədə monoqrafik tədqiqatlar olmaqla əvvəlki dövrlərdə işıq üzü görmüş kitablardan fərqləndiyini bildirib.
Alim il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 46 kitab və monoqrafiyanın nəşr olunduğunu qeyd edib.
AMEA-da fundamental nəşrlərdən biri kimi “Heydər Əliyev Ensiklopediyası”nın da hazırlandığını söyləyən akademik İsa Həbibbəyli təxminən 830 maddədən ibarət ensiklopediya sözlüyünün geniş müzakirə olunduğunu və nəşrin 2024-cü ilin sonlarına kimi iki cilddə ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.
O, həmçinin Akademiyada görkəmli dövlət xadiminə həsr olunmuş 60-dan çox yerli və beynəlxalq konfransın təşkil edildiyini, eləcə də dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasının keçirildiyini xatırladıb. AMEA rəhbəri sözügedən tədbirlərdə 36 ölkədən hibrid formatda (həm onlayn, həm də canlı) olmaqla yüzlərlə xarici alimin iştirak etdiyini və onların Ümummilli Liderin həyat və fəaliyyətinin önəmli məqamları ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.
“Heydər Əliyev İli”nin ən mötəbər hadisəsi Azərbaycanın suverenliyinin tam bərpa olunmasıdır”, - deyə vurğulayan akademik İsa Həbibbəyli dahi liderin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini düşünməsi olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və bir gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu, Azərbaycan tarixində nadir hərbi-siyasi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Çıxışının sonunda AMEA prezidenti vurğulayıb ki, Prezident İlham Əliyevin 2023-cü il 7 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi də ölkəmizin yeni epoxaya qədəm qoymasının bəyannaməsidir. O, Azərbaycan alimlərinin mütəşəkkil qaydada İlham Əliyevin namizədliyini dəstəkləndiyini və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirib.
Daha sonra kitabın ideya müəllifi və tərtibçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli çıxış edərək müxbirlik fəaliyyətindən, Ulu Öndərlə bağlı görüşlərindən, səmimi söhbətlərindən danışıb. Bildirib ki, kitabın 1993-1997-ci illəri əhatə edən birinci hissəsi “Prezident. Xronika. 1993-1997” 1998-ci ildə Ulu Öndərin xeyir-duasi ilə işıq üzü görüb. Nəşrin təqdimatı 1998-ci ildə dahi liderin iştirakı ilə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında olub. 1999-cu ildə Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatdıqdan sonra Prezident Heydər Əliyev “Prezident. Xronika. 1993-1997” kitabını akademiyaya hədiyyə edib və onu “həyatının bir hissəsi barədə kitab” adlandırıb.
Aynur Bəşirli “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabını 11 il əvvəl tamamlasa da onun çapının yalnız 2023-cü ildə gerçəkləşdiyini qeyd edib. Vurğulayıb ki, bu nəşr müstəqil Azərbaycanın dövlətçilik tarixinin iki həlledici gününü bir-biri ilə bağlayan mürəkkəb, ümid, inam və zəhmət dolu 10 ilin - Ümummilli Lider Heydər Əliyevin prezidentlik xronikasıdır. O, kitaba “Ön söz”ü isə məhz 2023-cü il sentyabrın 20-də, dünyanın gözünün Azərbaycana dikildiyi gün, dövlət suverenliyimizin tam bərpa  edildiyi, düşmənin ağ bayraq qaldırdığı tarixi gündə qələmə aldığını deyib.
Nəşrin tərtibçisi kitabın yaranması ilə bağlı Ulu Öndərlə olan səmimi söhbətini xatırlayıb, xronikanın AZƏRTAC-ın “Azərbaycan” qəzetində çap edilmiş materialları əsasında tərtib olunduğunu bildirib.
Kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirən Aynur Bəşirli diqqətə çatdırıb ki, nəşrin elmi redaktoru akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru isə dosent Şəhla Tahirqızıdır.
Qeyd olunub ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi və “Heydər Əliyev İlinə” həsr olunan qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Tarixçiləri İctimai Birliyinin “Xronika.1993-2003” kitab-albomunun nəşri” layihəsi çərçivəsində hazırlanaraq “GL Technical Services” MMC-nin maliyyə yardımı ilə çap olunub.
Təqdimat mərasimində akademik Yaqub Mahmudov, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Tahir Kərimov, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq fotoqrafı Rafiq Bağırov və digər çıxış edənlər Ulu Öndərin həyatının ən çətin və mübarizə dolu illərindən bəhs edən kitabı “Heydər Əliyev İli”nə ən böyük töhfə kimi dəyərləndiriblər. Qeyd edilib ki, Ümummilli Liderin müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdən, onun siyasi fəaliyyətindən bəhs edən kitab gələcək nəsillər, tədqiqatçılar üçün qiymətli salnamədir. Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısında tarixi xidmətlərindən, jurnalistlərlə görüşlərindən söz açıb, Ümummilli Liderin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

John Doe 2 gün əvvəl

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

John Doe 3 gün əvvəl

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 3 gün əvvəl

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

John Doe 1 həftə əvvəl

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr...

26 iyun 2026 11:59:08
• Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib}

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım...

26 iyun 2026 11:47:05
• Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar}

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada B...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com