29 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Aİ Ermənistana 20 milyon avro ayırıb

Aİ Ermənistana 20 milyon avro ayırıb

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

On dörd Avropa ölkəsi Putinin kölgə donanmasına qarşı mübarizə aparmaq üçün müqavilə imzaladı

On dörd Avropa ölkəsi Putinin kölgə donanmasına qarşı mübarizə aparmaq üçün müqavilə imzaladı

Serbiya prezidenti Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün plan açıqlayıb

Serbiya prezidenti Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün plan açıqlayıb

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Dünyada neçə lider qalıb?

1 il əvvəl 369 01

Vidadi Mamedrzayev:

Hörmətli Beybala m.,çox sağ olun, həmişə olduğu kimi doğru,real və obyektiv təhlil.Təəssüf ki,Ərdoğanın bu açıqlamasını Sizin kimi deyil,başqa bir prizmadan yanaşacaq və bu Böyük şəxsiyyəti Putinlə müqaisə edəcəklər.Neçə illərdir görürük,Putin çox məsələlərdə Ərdoğanla hesablaşır,Ərdoğan onu ram edə bilir.Elə Putinin özü də Ərdoğana həm hörmətlə yanaşır,həm də yüksək qiymət verir,bunun dəfələrlə şahidi olmuşuq.

Ərdoğan təlxək və malçişka Makronla nə siyasi dialoq aparsın.Bir daha sağ olun,hər zaman iş başında,düşünən beyniniz,işləyən əlləriniz var olsun

Beybala Mirzeyev:

Vidadi müəllim, tamamilə doğru qeyd etmisiniz, Ərdoğanı Putinlə müqayisə edənlər, onları eyni miqyaslı liderlər kimi dəyərləndirənlər var. Hal bu ki, Ərdoğan Putindən ən azı bir addım öndədir. Və mənəvi dəyərləri də tam fərqlidir.

O ki qaldı Makrona, bu adamın siyasi ambisiyaları nə qədər böyük olsa da, lakin özü xaraktercə cılız adam olduğuna görə qlobal liderlik anlayışını yersiz hərəkətləri ilə, ağır səhvləri ilə gözdən salmaqla məşğuldur. O, sadəcə "saqqallı uşaq"dır.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Bəybala Mirzəyev:

Dünyada neçə lider qalıb?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Qaziantep vilayətində gənclərlə söhbəti zamanı dünya liderləri ilə bağlı fikirlərini açıqlayarkən, “Hazırda dünyada yalnız iki təcrübəli lider qalıb. Mən və Vladimir Putin",- bəyanatı ilə çıxış etməsi nə siyasi eqoizmin və qocalıq marazmının təzahürüdür, nədəki Putinin zəif damarını tutmaq, onu tərifləyib sakitləşdirmək, yola vermək anlamına gəlmir.

Ərdoğanı belə bir şok açıqlama ilə dünya gündəmini zəbt etməyə sövq edən bir neçə önəmli məqamlar var.

Birincisi, o, bu açıqlaması ilə siyasi uzunömürlülüyün ölkəsi üçün faydalı olduğunu diqqət mərkəzinə gətirməyə çalışır.

İkincisi, hazırda qlobal siyasətdə təcrübəli liderlərin az olmasının dünya üçün mənfi nəticələrə gətirib çıxardığına diqqət çəkmək istəyir.

Üçüncüsü, dialoqun və siyasətin davam etdirilməsinin mövcud beynəlxalq problemlərin həlli üçün vacib olduğunu vurğulayır. Belə ki, kansler Angela Merkel getdikdən sonra Almaniyada siyasətin başa çatdığını bildirən Ərdoğan, naşı liderlərlə qlobal problemlərin çözülməsinin mümkünsüzlüyünə işarə edir.

Və nəhayət, dördüncüsü isə, Türkiyə liderinin Almaniyanın sabiq kansleri Gerhart Şröderin onunla görüşləri zamanı onun dini inancına sayğı duyaraq yanında spirtli içki içmədiyini, ehtiram göstərdiyini, sözünün məsuliyyətini dərk etdiyini məxsusi olaraq qeyd etməklə, bu günkü dünya liderləri arasındakı münasibətlərdə bu kimi mənəvi-əxlaqi dəyərlərin, kriterlərin, liderlik keyfiyyətlərinin yoxa çıxdığını hamının diqqətinə çatdırmağa çalışır.

Başqa sözlə desək, Ərdoğan indiki dünya liderləri arasında yalançıların, boşboğazların, intriqanların, məsuliyyətsizlərin və ədəbsizlərin çoxluq təşkil etdiyinə vurğu edir. Məsələn, Fransa prezidenti Emmanuel Makron kimi.

Heç kimə sirr deyil ki, fransız lider öz yalançılığı ilə, populistliyi ilə, provokativ davranışları ilə köhnə nəsil siyasətçilərdən pis mənada fərqlənir.

Ərdoğan da ilk növbədə məhz bu kimi amilləri nəzərdə tutaraq hazırda dünyada yalnız iki təcrübəli liderin qaldığını vurğulayıb.

Əlbəttə, bəziləri Ərdoğanın bu fikri ilə razılaşmayıb deyə bilərlər ki, ABŞ-ın hazırkı prezidentləri Bayden və Tramp da, Hindistanın baş naziri Narendra Modi də, Çinin rəhbəri Si Zinpin də kifayət qədər təcrübəli siyasətçilərdir. Bəli, onların da hərəsinin özünə görə müəyyən təcrübəlilik əmsalı var. Lakin bu gün onların heç biri dünyanın geosiyasi proseslərinə köklü şəkildə təsir göstərə biləcək, öz damğasını vura biləcək sərt dönüşlü addımlar atmağa qadir, necə deyərlər, "Qordi düyünü"nü bir qılınc zərbəsi ilə çözə biləcək, yeni gündəm yarada biləcək azman şəxsiyyətlər deyil.

Bəşər Əsəd iqtidarının çöküşü ilə bitən Suriyadakı son proseslərdə Türkiyənin pərdəarxası aktor rolunu yüksək müvəffəqiyətlə icra etməsi Ərdoğanın indiki dünya liderlərinin bir çoxundan fərqli olaraq zəri də, zoru da olan siyasətçi olduğunu bir daha təsdiqlədi. Bəşər Əsədin Türkiyənin dialoq çağırışlarını xüsusi inadkarlıq və ötkəmliklə davamlı olaraq geri çevirməsinin ardından, Ərdoğanın Əsəd rejiminin bitirilməsinə qəti qərar verməsi onun həlledici məqamlarda möhkəm xarakter nümayiş etdirmək xüsisiyyətini üzə çıxarır.

Putin də həlledici məqamlarda Ərdoğan kimi qəti qərarlar qəbul etməyi bacarır. Lakin əfsuslar olsun ki, Putinin qərarları bir çox hallarda şərə xidmət edir. Kreml rəhbərinin 2008-ci ilin avqustunda Gürcüstana qoşun yeritməsi, 2014-cü ilin yazında Krımı ilhaq etməsi, 2022-ci ilin yanvarında KTMT-nın xətti ilə Qazaxıstana hərbi kontingent göndərməsi, həmin ilin fevralında isə "Xüsusi Hərbi Əməliyyat" (СВО) adıyla Ukraynaya müdaxiləsi məhz şərin "təntənə"si idi.

Ancaq yeni geosiyasi reallıqlar Putinə də ciddi təsirini göstərir və onu reallıq hissinə qayıtmağa, baş verənlərlə hesablaşmağa məcbur edir. Bu mənada Ərdoğan Putini neytrallaşdıran əks güc, onun toksikliyini zərərsizləşdirən antidot rolunda çıxış edir. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli mənəvi, siyasi dəstəyi Rusiyanın müdaxiləsinin qarşısını aldı. Rusiya Suriyadakı son hadisələrdə də Türkiyənin mövqeyi ilə hesablaşmalı oldu.

Bu da onu göstərir ki, Ərdoğan Putinə münasibətdə əsl qrossmeyestr kimi davranır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da Ərdoğanla hesablaşmağa üstünlük verən liderlərdəndir. Bu isə ABŞ-Türkiyə münasibətlərinin daha əlverişli müstəviyə keçməsinə imkan verəcək.

Beləliklə, önümüzdəki illərdə Türkiyə-Rusiya və Türkiyə-ABŞ münasibətləri region və dünyadakı geosiyasi proseslərin yönləndirilməsində çox önəmli rol oynayacaq. Bir sıra problemlərin mövcudluğuna baxmayaraq Türkiyə-Çin münasibətləri də sürətlə inkişaf edə bilər.

Ümumilikdə isə, bu ölkələrin bir-birilə münasibətləri yaxşılaşdırması və əməkdaşlığı genişləndirməsi bütün dünya üçün vacibdir. Çünki hazırda dünya xaos və məhvolma dövrünə daxil olmaqdadır.

P.S.

1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış, eləcə də ömrünün son günlərinə qədər hazırkı ABŞ prezidentlərinə xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələr verməyə davam etmiş Henri Kissincerin sözləri ilə desək, Renessans (İntibah) dövründən üzü bəri ilk dəfədir ki, dünya bu qədər geridönməz şəkildə böyük hərcmərclik və dağdıcılıq mərhələsinə qədəm qoyub. Bunun qarşısını almaq üçün isə dünyanın dərin düşüncəli, müdrik liderlərə ehtiyacı var.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

John Doe 2 həftə əvvəl

Asif Rüstəmli: 2025-ci İLDƏ

Asif Rüstəmli: 2025-ci İLDƏ

John Doe 3 həftə əvvəl

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

John Doe 4 həftə əvvəl

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

John Doe 1 ay əvvəl

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

John Doe 1 ay əvvəl

Natiq Cəfərli: İqtisadiyyatla məşğul olan hüquqşünas nazirlərə cavab

Natiq Cəfərli: İqtisadiyyatla məşğul olan hüquqşünas nazirlərə cavab

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com