Karateçilərimiz AÇ-dən 6 medalla qayıdıblar
Gürcüstanın Batumi şəhərində böyüklər və gənclər arasında karate in fullkontakt/şinkyokuşin versiyası üzrə Avropa çempionatı keçirilib. Çempionatda ölkəmiz AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 (13 böyüklər, 11 gənclər) karateçi ilə təmsil olunub.
Komandamız ümumilikdə 6 (1-3-2) medal qazanıb ki, onlardan da 3-ü (0-1-2) böyüklərin, 3-ü isə (1-2-0) gənclərin aktivinə yazılıb.
Böyüklərdən Əliqismət Həsənov (70 kq) gümüş, Səlahət Həsənovla (80 kq) Solmaz Zeynallı (59 kq) isə bürünc medal qazanıb.
Gənclərdənsə, Zamin Fərəcov (75 kq) qızıl, yalnız finalda büdrəyən Elmir Cəbrayılovla (75 kq) Nihat İmanov (65 kq) isə gümüş medal qazanıb.
Yeri gəlmişkən, gənclərin yarışında 75 kq çəkidə Azərbaycan finalı baş tutub. Fərəcov finalda komanda yoldaşı Cəbrayılovu məğlub edərək, Avropa çempionu olub.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.