Tramp İranla 15 maddəlik bir razılaşma elan etdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla 15 maddəlik, daha uzunmüddətli müqavilə mövcuddur və bunların əksəriyyəti razılaşdırılıb.
Məlumata görə, Amerika lideri Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı qeyri-müəyyənlik fonunda "uzunmüddətli müqavilə" üçün möhkəm təməlin mövcudluğunu vurğulayıb.
"Bizim 15 maddəlik müqaviləmiz var və onların əksəriyyəti artıq razılaşdırılıb. Görək bundan sonra nə olacaq. Görək bunu edə biləcəyikmi?", - deyə Tramp bildirib.
Prezident müqavilənin pozulması halında İslam Respublikasındakı mülki elektrik stansiyalarını və körpülərini məhv etmək "ilkin təhdidlərinə" qayıdıb-qayıtmayacağını deməkdən imtina edib. O, həmçinin Tehranın uran zənginləşdirmə proqramının istənilən sülh müqaviləsində müzakirə olunacağını vurğulayıb.
Daha əvvəl Tramp İrana hücumları iki həftə müddətinə dayandırmaq barədə razılığını açıqlayıb və atəşkəsin ikitərəfli olacağına zəmanət verib. Netanyahunun ofisi İsrailin Vaşinqtonun qərarını dəstəklədiyini bildirib. İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası Tehranın ABŞ ilə danışıqlara aprelin 10-da Pakistanın İslamabad şəhərində başlayacağını açıqlayıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.