22 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Ləman Ələşrəfqızı: Anlamadım, paltarın, çantanın dəbi olar, şəhidliyin də dəbi olurmu?

1 il əvvəl 269 01

Ləman Ələşrəfqızı:

Anlamadım, paltarın, çantanın dəbi olar, şəhidliyin də dəbi olurmu?

Deyəsən indi də Mehriban Ələkbərzadəni hədəfə alıblar. 1 il əvvəlki söhbətin ucundan tutub ucuzluğuna gedirlər. Ümumiyyətlə, Azərbaycanda şəhid adı manipulyasiyaya çevrilməkdədir. Və bunu edənlər də nə yazıq ki, çox vaxt elə şəhid ailələrinin özləri olur. İndi də əməkdar artist Məsmə Aslan deyir ki, bir il qabaq Mehriban Ələkbərzadə mənə "aaz" deyib. Və həm də atasının 20 yanvar şəhidi olduğuna eyham vuraraq "20 yanvar şəhidləri indi dəbdə deyil" ifadəsini işlədib. Anlamadım, paltarın, çantanın dəbi olar, şəhidliyin də dəbi olurmu? Və mənim tanıdığım, nitqinin səlisliyinə, dünyagörüşünə, mədəniyyətinə az-çox bələd olduğum Mehriban Ələkbərzadə belə cümlə işlədə bilməz.Nə isə..Qayıdaq manipulyasiya məsələsinə... Belə söhbətlər hansı konteksdə ortaya çıxır? Sən rəhbərlikdən nəsə istəyirsən, misal üçün ev, fəxri ad və s. , o da alınmayanda keçirsən şantaja...Sonra başqaları da nəsə istəyir, alınmayanda 1 il əvvəlki mövzu hər kəsin işinə yarayır.. Ayıbdır vallah. İndi baxıram, Prezidentə, mədəniyyət nazirinə müraciət ediblər ki, Mehriban Ələkbərzadə şəhidləri təhqir edib, o bu postda otura bilməz. Mübarizə aparırsınızsa, sivil qaydada aparın, şəhidlərimizə toxunmayın. Onların ruhunu incitməyin. Bu ad altında kimisə gözdən salmaq da əxlaq anlayışına ziddir.

Bəri başdan deyim ki, Mehriban Ələkbərzadə cəmi bir dəfə müsahibim olub. Yəni onu müdafiə etmək içimdən gəldi. Çünki, illərdir bu xanımı istedadı ilə tanımışam. Arxivlərdə çalışıb, mən də çalışmışam və bu işin nə qədər çətin olduğunu bilirəm. Tamaşalar qoyub, uğur qazanıb. İmkan verin işləsin də. Gərək ayağının altını qazaq???

İlahə Sadıqova

Bəzən gözləmədiklərimizdən görürük, eşidirik nələrisə. Kimsə arxasındakılara güvənib özbaşınalıq edirsə, onun istedadının olması onun əməllərini örtə bilməz. Hər kəs öz işi ilə vicdanla məşğul olmalıdır. Birinci məsələ deyil bu xanımla bağlı qabardılan. Sənət adamları vaxtı ilə indi rəhmətə getmiş birindən çəkirdilər, indi də bu xanım arxasındakılara güvənib at oynadır. İctimaiyyətin bilmədiyi çox şeylər var ki, onu mətbəxdəkilər bilir. Ümumiyyətlə, düşünürəm, elə bir dövrə çatmışıq ki, ata balasına belə cavabdeh durmağa çəkinməlidir. O ki qala tanımadığımız, uzaqdan izlədiklərimizə. İnsanlıq başqadır, istedad başqa, vəzifə başqa. Hamısı bir adamda nadirən cəmlənir.

Lale Aliyeva

Onun verilişini həvəslə gözləyirdik, çox gözəl və ciddi işlər görürdü. Teatrda da elə olduğuna əminəm

Saida Eylaz Məmmədli

Mehriban xanım 1996 cı ildə Aztv də işləyərkən dəfələrlə Səməd Vurğunun ev muzeyində silsilə çəkilişlərdə olub. Hər dəfə də başqa başqa sənətkarlarımızla. Mən o xanımdan heç vaxt onlara qarşı soyuq münasibət, ya nəsə danışıq ,hərəkət görmədim. Çox mədəni, həddindən çox sakit, təmkinli xanım idi. Düzdür, illər ötüb. Amma insanda mənəviyyat dəyişmir, məncə.

Gulnara Rza

Mehriban xanım teatra gələndə şəxsən mən sevindim.Fikirləşdim ki, bəlkə ölü teatrı dirildər...amma, belə kollektiv ilə işləmək ona baha başa gələcək.Teatrı fikirləşən yoxdur, hər kəs öz problemini qoyub ortaya.Bir də, deyilən sözə vaxtında reaksiya vermək lazım idi.İndi daldan atılan daşa bənzəyir.

Samir Rzayev

Azdramma sanki medeniyyet ocağı deyil, şeytan yuvasıdir. Nemətovdan əvvəldə sonrada burada söz - söhbet, dava - dalaş bitmədi. Orada bir neçe xalq artisti var ki, İsa Məsihde zühur etse sakit durmayacaqlar.

Sedaqet Saatova-Zamanova

Adı gedən aktrisanı yəqin ki,məndən savayı hamı tanıyır.Deyir sözü kim böyüdər-yiyəsi. Mehriban Ələkbərzadəyə şər və böhtan atmaqla nə əldə edəcəklər ki? Heyf ki,şəhid adı hallandırılır...Çox heyf

Veten Aşiqi

Mehriban xanımı uzun iller televiziyadakı fealiyyetinden tanıyiram və çoxda istedadlı biri kimi hemdə.Düzü son illerde onun fealiyyetini izlememişəm.Qaldıkı əsas fikrinizə, tam razıyam.Yuxuralılardan Şedidlerimiz olsun, qazillerimiz olsun , düşünülmüş sekilde menevi deyerleri gözdən salınır.

Habil Ibrahim Tagiyev

Şəhidlik adından manipulyasiya eləyənlər özləri elə şəhidlərə hörmət qoymayanlardlr.

Onlar ona görə şəhid olmahıblar ki,indi onların adından istifadə edib əlavə imtiyazlar alalar.

Quliyev Güloğlan

Azərbaycanda hansı sahədə sivil mübarizə varki, xanım? Elə sizin sahədə-jurnalistikada sivil mübarizə var?

Esmer Huseynova

Görəsən o “azz” sözünə vaxtında niye cavab verilməyib? Və yaxud soyuq münasibətlərdə heç vaxt belə müraciət olunmur, ən azı özlərinə rəva bilməzlər. “Dəbdə deyiı” ifadəsinə açıqlama: 1)tarix unudulmur; 2) 2-ci Vətən müharibəsi bizə çox itkilər gətirdi deyə hələ də barışmırıq; 3) Şəhid ailələri tanıyıram 1-dəfə də olsun böyük itkinin adını dillərinə gətirməyiblər. Niyə? Bilirlər ki, dövlət nəzarəti var.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 3 gün əvvəl

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

John Doe 6 gün əvvəl

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

Faiq İsmayılov:  Uşaq pulu cəmiyyətdə narazılıq yaratmaq üçün vasitə olmamalıdır

John Doe 2 həftə əvvəl

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

Həyatlarını riskə atan, həqiqət uğrunda prinsipial mübarizə aparanlar

John Doe 2 həftə əvvəl

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

Sən bir günəş idin Azərbaycanın üzərində doğan...

John Doe 3 həftə əvvəl

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

Xeyransa İsmayılova: Əsrlərə söykənən qardaşlığın ƏBƏDİLİYİ

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com